Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Nərgiz həyətdə dura bilməyib yuxarı qalxdı. İçəri girəndə qorxulu bir şey olmadıgını görüb sakitləşdi. Onlar sakit oturmuşdular. Sevda hərdən bir Sabirin suallarına cavab verirdi. Nərgizə aydın oldu ki, Sevda Manuçer əhvalatını qardaşına danışıb və bildirib ki, Manuçer onunla evlənmək istəyir. Nərgiz çaş-baş qaldı. Necə yəni, bu biyabırçılıqdan sonra bu iş necə baş verə bilər ki? Lakin Sabirin durumundan belə anlaşılırdı ki, Sabir bu işə etiraz etmir və ya da ürəyində başqa bir planı var.

Axşam Ulduz öz evinə getdi. Sevdanı isə qardaşı heç yerə buraxmayıb, öz evində saxladı. Gecə hamı səssiz–səmirsiz yerinə uzanıb yatdı. Lakin Nərgiz yata bilmirdi. Necə yəni, Sevda nəyə görə burada qalmalı idi. Axı o, Nərgizin sellər qədər göz yaşının axmasına səbəb olmuşdu. ”Camaatın evini oğru girib aparar, onlar da milisə şikayət edər, oğrusunu həbs etdirər, mənim günümə bax, mən oğrumla bir damın altında yatmalıyam. Görəcəkli günlərim hələ qabaqdadır deyəsən” deyə düşünərək, gecənin bir yarısı yuxuya getdi.

Səhər uşaqlar məktəbə, Sabir işə getdi. Gedəndə Nərgizə bircə söz dedi:

- Sənin onunla işin olmasın! Mən özüm bilərəm, neyləyərəm!

Nərgiz heyrət içində onun arxasınca baxa-baxa qaldı. ”Məyər mən nə edəsiyəm ki?” deyə düşündü.

Gün ərzində Sevda otaqdan çıxmadı. Nərgiz də onun yanına getmədi. Arada Ulduz gəlib baş çəkdi, onun yemək yeyib, yemədiyi ilə maraqlandı. Nərgizin bişirdiyindən bir qab götürüb ona apardı. İçəridən Ulduzun qışqırtısı eşidilirdi. Sevda təkidlə yemək istəmədiyini bildirirdi. Əslində, Nərgiz indi ona bir stəkan çayı da haram bilirdi. Çünki ona çox hörmət etmişdi. Özünün əksiyini almamış, onu başdan ayağa təzələyirdi. Necə bu qədır nankor olmaq olardı, Nərgiz anlamırdı.

Bu gün Nərgizin qaynanası qayıtmalı idi. Hamı səbirsizliklə onu gözləyirdi. Nərgizin isə səbri tükənmişdi. O artıq Sevdanın bu evdə oturmasına dözə bilmirdi. Sevda isə içəri otaqda uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Bir müddət keçdikdən sonra Nərgiz, Nərminin ona sarı qaçdıgını gördü:

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

- Ana, bibim pisdir, nə isə olub ona.

Nərgiz əsəb və təlaş içində otağa girəndə, Sevdanın qusduğunu gördü. O evdəki bütün dərmanları içmişdi. Nərgiz tez Ulduza zəng etdi. Olanları danışdı və tez təcili yardıma zəng etdi. Ulduz tənginəfəs gəldi, bacısına yaxınlaşıb nə oldugunu soruşdu. Sevda özünü daha da ağır vəziyyətdə oldugunu göstərərək:

- Dəymə, qoy mən ölüm, yaşamayım.

Onun gözlərindən yaş axırdı. Ulduz da ağladı. Lakin Nərgizin ürəyi daşa dönmüşdü, ona yazığı gəlmirdi. Vüsal da özünü itirmişdi, tez-tez pəncərədən baxaraq təcili yardımın gəlməyini gözləyirdi. Təcili yardım gəldi və həkimlər ona baxdılar, vəziyyətin ciddi oldugunu deyib, onu xəstəxanaya apardılar.

Qaynanası Ziba arvad gəlib çıxdı. Onsuz da, Nərgizdən acıqlı idi, indi də, lap əsəbdən qara tuluğa dönmüşdü. Nə qədər özünü ələ almağa çalışsa da, yenə arabir iynəli sözlər danışırdı. Nərgiz arabir ona cavab verir, amma sözləşmənin daha da dərinləşməsini istəmirdi. Lakin Ziba sakit olmur, qızını nə yollasa müdafiə etməyə çalışırdı:

- Belə kim nə deyir, desin. Hə, nə olsun? Bir səhvdir eləyib də, tək bizdə görünməyib ki. Bir də ki, hamı dilini dinc saxlasın, belə qız da mənimdir, ogul da. Belə oglumun pulu da. Kimə nə bundan.

Nərgiz dözə bilmədi:

- Necə yəni kimə nə, bəs biz kimik burada, bəs bu uşaqlar hardan gəlib, bəyəm bunları atam evindən gətirmişəm? Bunlar da pulu oğurlanan kişinin övladlarıdır. Hər o pul gedəndə, bu tifillər nə zülm çəkib, bilmirsən sən. Niyə belə danışırsan? Bəyəm biz onu bu yola sürükləmişik. Bəlkə, nəyini isə əskik etmişik? Bəlkə çörək tapmayıb, ya övladları paltarsız qalıb? Nədən sən bu qədər haqsız danışırsan?Bilə-bilə qızına haqq qazandırmağa çalışırsan? Amma oglunu düşünmürsən. Bu evdə balalarının yanında hörmətdən saldı qardaşını. Bu uşaqlar indi necə hörmət edəcək, necə onun sözünə qulaq asacaqlar? Onları haqsız yerə neçə kərə döydü oğlun. Bəs bunlara sənin yazığın gəlmir?

Ziba haqsız olduğunu görüb, bir başqa yola əl atdı:

- Gözü tökülsün, meydi qalsın, mən ha demədim get qardaşının pulunu ogurla. Başı xarab olub də, əri öldü günü qaranın, başı xarab oldu. Başı xarab olmasa, belə şey edərdimi heç? Xəstədi, həkimə aparmaq lazımdır.

Nərgiz qaynanasına bələd idi. Heç zaman söz altında qalmazdı. Övladlarını haqlı-haqsız həmişə müdafiə edər, Nərgizi haqsız çıxardardı. İndi də belə oldu. Nərgiz qaynanasının bu sözləri necə düzüb-qoşduguna, hər dəqiqə vəziyyətdən necə çıxdıgına heyrət etdi.

Sevda xəstəxanadan çıxan kimi, onu Ulduz psixoterapevtin yanına apardı. Nərgizin yadına bəzi hadislər düşürürdü. Onların bu cür hərəkətlərini, ağır cinayət işləyənlərin psixoterapevtə aparıb, ruhi xəstəlik kağızı alaraq, cinayət işini yüngülləşdirmələrinə bənzətdi. Onlar cilddən-cildə girdikcə, Nərgiz onların necə çətin adam olduguna heyrət edirdi.

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Onu bir neçə gün xəstəxanada saxladılar. Hər gün bir oyun çıxartdı. Gah xəstəxananın pəncərəsini sındırdı. Sabir işini buraxıb, haraya qaçdı, gah özbaşına dərmanın dozasını qaldırmağa çalışdı, yenə də Sabir haraya qaçırdı. Lakin Sabirin verdiyi suallara bir dəfə dogru-dürüst cavab vermədi. Sabirə Manuçerin yerini demədi. Sabir vəkil də tutmuşdu, milisə ərizə də yazmışdı. Lakin bir nəticə əldə edə bilməmişdi. Manuçer çoxdan o pulları xərcləmiş və bu şəhərdən getmişdi.

Evdə isə Sabir elə davranırdı ki, sanki, onu bu yola Nərgiz yuvarlamışdı. Halbuki, Nərgiz yoldaşının ona verdiyi pullara baxmayaraq, bişirdiyi ləziz yeməklərdən onun payını, övladlarının payını mütləq yollayardı.

Bir axşamüstü Nərgiz namaz qılmağa hazırlaşırdı. Sabir ona tərs bir nəzər salıb, dedi:

- Deyəsən sən bu namazı qılırsan ki, bizim başımıza belə pis-pis işlər gəlsin hə? Paho, başqa işin-gücün yoxdu?

Nərgiz dəhşətə gəldi. Yoldaşının bu cür danışığından qorxuya düşdü. Allahdan qorxdu. Onun bu qədər dinsiz, imansız olduğuna nifrət elədi. Namaz bəyəm nə üçün qılınır ki? Yerindəcə donub qalmışdı. Handan-hana özünə gəlib dedi:

- Sən Allahdan qorxmursan belə danışırsan? Sən heç nə dediyini fərqindəsənmi?

Ona fikir verməyib namazını qılmağa getdi.

O vaxtdan Nərgiz nə Sevdanı, nə də onun balalarını görmək istəmədi. Sevdanın ayağı bu evdən kəsildi. Amma Sabir öz yardımını bacısından əsirgəmir, pulunu, ərzağını vaxtlı-vaxtında yollayırdı. İçində nifrət olsa da, bacısına sahib çıxırdı.

Qaynanası və baldızları isə Nərgizdən ona görə incimişdilər ki, gərək bu işi Sabir bilməyəydi. Gərək bu işi ört-basdır edəydi Nərgiz.

 Son

Səslərin sayı: 3
6
1815
loading...
Şərhlər
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox heyifki Sabir Nerqize qarshi bele vijdansizliq eledi.Sevdanida gerey Axiri turmede biteydi.Ona bir omur boyu ders olaydi.Yaziq Nerqiz yananda o yamanda o.Allah bizleri Sevda Ziba kimilerinden qorusun.Gunel xanim bilmirem bu eserdi olmush hadisedi?Onu deyimki lap evvelden axira kimi cox boyuk maraqla oxudum.Size teshakkur edirem.Yazan eliniz var olsun.Davamli olsun. give_ros
23 oktyabr 2013 15:12
Offline
Aysel İ.
Nərgiz kimi talehi olan qadınlar çoox təəssüf ki, çoxdur bu cəmiyyətdə. Buna görə valideynlər ilk növbədə qızları oxutdurmağı düşünməlidir. Möhtac olduğu üçün belələri ilə yaşamaq məcburiyyətində qalmasın. Təşəkkür edirəm Günel xanım. give_ros
22 oktyabr 2013 18:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ayka_M
Zehra Bedirxanli
Tesekkurler minnetdaram,,, ALLAH razi olsun
22 oktyabr 2013 18:04
Offline
Fatma xanım
vay burdada itib şərhlərimiz
22 oktyabr 2013 18:01
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Zehra Bedirxanli
hemin gun ad gunum idi

GECDƏ OLSA AD GÜNÜNÜZÜ TƏBRİK EDİRƏM. give_ros
22 oktyabr 2013 17:55
imza: QADİN.NET
Offline
Ayka_M
niye bele edirsiz axi serhleri pozursuz? Hem qayidirdizsa 18 oktyabra qayidardiz hemin gun ad gunum idilol bu qeder qaytmisdiz onsuz 1 gunde geriye gederdik
22 oktyabr 2013 17:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış