Qadin.NET / Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Nərgiz həyətdə dura bilməyib yuxarı qalxdı. İçəri girəndə qorxulu bir şey olmadıgını görüb sakitləşdi. Onlar sakit oturmuşdular. Sevda hərdən bir Sabirin suallarına cavab verirdi. Nərgizə aydın oldu ki, Sevda Manuçer əhvalatını qardaşına danışıb və bildirib ki, Manuçer onunla evlənmək istəyir. Nərgiz çaş-baş qaldı. Necə yəni, bu biyabırçılıqdan sonra bu iş necə baş verə bilər ki? Lakin Sabirin durumundan belə anlaşılırdı ki, Sabir bu işə etiraz etmir və ya da ürəyində başqa bir planı var.

Axşam Ulduz öz evinə getdi. Sevdanı isə qardaşı heç yerə buraxmayıb, öz evində saxladı. Gecə hamı səssiz–səmirsiz yerinə uzanıb yatdı. Lakin Nərgiz yata bilmirdi. Necə yəni, Sevda nəyə görə burada qalmalı idi. Axı o, Nərgizin sellər qədər göz yaşının axmasına səbəb olmuşdu. ”Camaatın evini oğru girib aparar, onlar da milisə şikayət edər, oğrusunu həbs etdirər, mənim günümə bax, mən oğrumla bir damın altında yatmalıyam. Görəcəkli günlərim hələ qabaqdadır deyəsən” deyə düşünərək, gecənin bir yarısı yuxuya getdi.

Səhər uşaqlar məktəbə, Sabir işə getdi. Gedəndə Nərgizə bircə söz dedi:

- Sənin onunla işin olmasın! Mən özüm bilərəm, neyləyərəm!

Nərgiz heyrət içində onun arxasınca baxa-baxa qaldı. ”Məyər mən nə edəsiyəm ki?” deyə düşündü.

Gün ərzində Sevda otaqdan çıxmadı. Nərgiz də onun yanına getmədi. Arada Ulduz gəlib baş çəkdi, onun yemək yeyib, yemədiyi ilə maraqlandı. Nərgizin bişirdiyindən bir qab götürüb ona apardı. İçəridən Ulduzun qışqırtısı eşidilirdi. Sevda təkidlə yemək istəmədiyini bildirirdi. Əslində, Nərgiz indi ona bir stəkan çayı da haram bilirdi. Çünki ona çox hörmət etmişdi. Özünün əksiyini almamış, onu başdan ayağa təzələyirdi. Necə bu qədır nankor olmaq olardı, Nərgiz anlamırdı.

Bu gün Nərgizin qaynanası qayıtmalı idi. Hamı səbirsizliklə onu gözləyirdi. Nərgizin isə səbri tükənmişdi. O artıq Sevdanın bu evdə oturmasına dözə bilmirdi. Sevda isə içəri otaqda uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Bir müddət keçdikdən sonra Nərgiz, Nərminin ona sarı qaçdıgını gördü:

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

- Ana, bibim pisdir, nə isə olub ona.

Nərgiz əsəb və təlaş içində otağa girəndə, Sevdanın qusduğunu gördü. O evdəki bütün dərmanları içmişdi. Nərgiz tez Ulduza zəng etdi. Olanları danışdı və tez təcili yardıma zəng etdi. Ulduz tənginəfəs gəldi, bacısına yaxınlaşıb nə oldugunu soruşdu. Sevda özünü daha da ağır vəziyyətdə oldugunu göstərərək:

- Dəymə, qoy mən ölüm, yaşamayım.

Onun gözlərindən yaş axırdı. Ulduz da ağladı. Lakin Nərgizin ürəyi daşa dönmüşdü, ona yazığı gəlmirdi. Vüsal da özünü itirmişdi, tez-tez pəncərədən baxaraq təcili yardımın gəlməyini gözləyirdi. Təcili yardım gəldi və həkimlər ona baxdılar, vəziyyətin ciddi oldugunu deyib, onu xəstəxanaya apardılar.

Qaynanası Ziba arvad gəlib çıxdı. Onsuz da, Nərgizdən acıqlı idi, indi də, lap əsəbdən qara tuluğa dönmüşdü. Nə qədər özünü ələ almağa çalışsa da, yenə arabir iynəli sözlər danışırdı. Nərgiz arabir ona cavab verir, amma sözləşmənin daha da dərinləşməsini istəmirdi. Lakin Ziba sakit olmur, qızını nə yollasa müdafiə etməyə çalışırdı:

- Belə kim nə deyir, desin. Hə, nə olsun? Bir səhvdir eləyib də, tək bizdə görünməyib ki. Bir də ki, hamı dilini dinc saxlasın, belə qız da mənimdir, ogul da. Belə oglumun pulu da. Kimə nə bundan.

Nərgiz dözə bilmədi:

- Necə yəni kimə nə, bəs biz kimik burada, bəs bu uşaqlar hardan gəlib, bəyəm bunları atam evindən gətirmişəm? Bunlar da pulu oğurlanan kişinin övladlarıdır. Hər o pul gedəndə, bu tifillər nə zülm çəkib, bilmirsən sən. Niyə belə danışırsan? Bəyəm biz onu bu yola sürükləmişik. Bəlkə, nəyini isə əskik etmişik? Bəlkə çörək tapmayıb, ya övladları paltarsız qalıb? Nədən sən bu qədər haqsız danışırsan?Bilə-bilə qızına haqq qazandırmağa çalışırsan? Amma oglunu düşünmürsən. Bu evdə balalarının yanında hörmətdən saldı qardaşını. Bu uşaqlar indi necə hörmət edəcək, necə onun sözünə qulaq asacaqlar? Onları haqsız yerə neçə kərə döydü oğlun. Bəs bunlara sənin yazığın gəlmir?

Ziba haqsız olduğunu görüb, bir başqa yola əl atdı:

- Gözü tökülsün, meydi qalsın, mən ha demədim get qardaşının pulunu ogurla. Başı xarab olub də, əri öldü günü qaranın, başı xarab oldu. Başı xarab olmasa, belə şey edərdimi heç? Xəstədi, həkimə aparmaq lazımdır.

Nərgiz qaynanasına bələd idi. Heç zaman söz altında qalmazdı. Övladlarını haqlı-haqsız həmişə müdafiə edər, Nərgizi haqsız çıxardardı. İndi də belə oldu. Nərgiz qaynanasının bu sözləri necə düzüb-qoşduguna, hər dəqiqə vəziyyətdən necə çıxdıgına heyrət etdi.

Sevda xəstəxanadan çıxan kimi, onu Ulduz psixoterapevtin yanına apardı. Nərgizin yadına bəzi hadislər düşürürdü. Onların bu cür hərəkətlərini, ağır cinayət işləyənlərin psixoterapevtə aparıb, ruhi xəstəlik kağızı alaraq, cinayət işini yüngülləşdirmələrinə bənzətdi. Onlar cilddən-cildə girdikcə, Nərgiz onların necə çətin adam olduguna heyrət edirdi.

Gözlənilməyən oğurluq (6-cı hissə) SON

Onu bir neçə gün xəstəxanada saxladılar. Hər gün bir oyun çıxartdı. Gah xəstəxananın pəncərəsini sındırdı. Sabir işini buraxıb, haraya qaçdı, gah özbaşına dərmanın dozasını qaldırmağa çalışdı, yenə də Sabir haraya qaçırdı. Lakin Sabirin verdiyi suallara bir dəfə dogru-dürüst cavab vermədi. Sabirə Manuçerin yerini demədi. Sabir vəkil də tutmuşdu, milisə ərizə də yazmışdı. Lakin bir nəticə əldə edə bilməmişdi. Manuçer çoxdan o pulları xərcləmiş və bu şəhərdən getmişdi.

Evdə isə Sabir elə davranırdı ki, sanki, onu bu yola Nərgiz yuvarlamışdı. Halbuki, Nərgiz yoldaşının ona verdiyi pullara baxmayaraq, bişirdiyi ləziz yeməklərdən onun payını, övladlarının payını mütləq yollayardı.

Bir axşamüstü Nərgiz namaz qılmağa hazırlaşırdı. Sabir ona tərs bir nəzər salıb, dedi:

- Deyəsən sən bu namazı qılırsan ki, bizim başımıza belə pis-pis işlər gəlsin hə? Paho, başqa işin-gücün yoxdu?

Nərgiz dəhşətə gəldi. Yoldaşının bu cür danışığından qorxuya düşdü. Allahdan qorxdu. Onun bu qədər dinsiz, imansız olduğuna nifrət elədi. Namaz bəyəm nə üçün qılınır ki? Yerindəcə donub qalmışdı. Handan-hana özünə gəlib dedi:

- Sən Allahdan qorxmursan belə danışırsan? Sən heç nə dediyini fərqindəsənmi?

Ona fikir verməyib namazını qılmağa getdi.

O vaxtdan Nərgiz nə Sevdanı, nə də onun balalarını görmək istəmədi. Sevdanın ayağı bu evdən kəsildi. Amma Sabir öz yardımını bacısından əsirgəmir, pulunu, ərzağını vaxtlı-vaxtında yollayırdı. İçində nifrət olsa da, bacısına sahib çıxırdı.

Qaynanası və baldızları isə Nərgizdən ona görə incimişdilər ki, gərək bu işi Sabir bilməyəydi. Gərək bu işi ört-basdır edəydi Nərgiz.

 Son

19 oktyabr 2013
GO BACK