Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları
Gülşən29
Həyatdan qorxuram, çünki gözləmədiyimiz, ağlımıza belə gətirmədiyimiz şeylər başımıza gəlir. Həyatdan qorxuram, çünki həyatda ölüm gözlə qaş arasındadır. Ölümdən deyil, yaxınlarımı itirməkdən qorxuram. Həyatdan qorxuram, çünki həyat insana bəzən elə dərslər verir ki, o imtahanı keçmək hər insana nəsib olmur. Həyatdan qorxuram, çünki həyatın əzablarından keçmişəm. Həyatdan qorxmuram, çünki mənə sahib çıxan ailəm, yoldaşım var. Həyatdan qorxmuram, çünki hər zaman Allaha sığınıram. Yaşadığımız həyatdan həm qorxub , həm də qorxmamaq həyatın qəlizliyindən xəbər verir və o həyat ki bizə bir dəfə verilir. Çalışaq ki qiymətini bilək.
Aytən90
Həyatdan qorxuram çünki...
Mən əslində həyatdan qorxmuram. Həyat mənə nə edə bilər ki!? Mən məni yaradan, mənə can verən, sevdiklərimi mənə bəxş edən Tanrımdan qorxuram...Çünki nə baş verirsə, onun istəyi ilə baş verir. Sadəcə biz insanlarda elə düşüncə var ki, başımıza nəsə bir iş gələndə həyatı günahlandırırıq. Əslində nə baş verirsə, hamısı Allahın istəyi ilə baş verir. Və mən buna görə bu həyatdan əsla qorxmuram. Ona görə də tək Tanrıma dua edirəm ki, məni ailəmin, sevdiklərimin, yaxınlarımın yoxluğu ilə sınağa çəkməsin. Ağlımı başımdan almasın. Doğru yoldan ayırmasın... Hər şey, hətta bir yarpaq da yerə enirsə, bu Allahın istəyi ilə baş verir. Ona görə də həyatdan nəsə gözləmirəm və ya ondan qorxmuram. İstədiyim hər şeyi Tanrıdan istəyirəm və bir tək ondan qorxuram. 
Asi
Xəbərə məni də dəvət etdiyin üçün çox sağ ol. Çox gözəl mövzudur. Həyat Allaha xatir sevmək, Allaha xatir yaşamaq və ölməkdir. Bir çox insanlar həyatı istənilən kimi yox, istədiyi kimi yaşayır. Həyatdan qorxuram, çünki mənim yeganə qorxum çıxılmaz vəziyyətdir. Başına gələn başmaqçı olar deyiblər. İndi yeganə sığınacağım Allahdır. İşin Allaha qaldısa demək olmuş. Həyatdan qorxmuram, çünki ətrafımda mənə güvənən, nəsə bir narahatçılığım olanda yanımda olan insanlar var. Onlar olduqca və qəlbimdə Allah sevgisi olduqca heç nədən qorxmaram.
R.G.AL-SU
Salamlar, bacım, xəbərinizdə ugurlar, çox gozəl ideyadır və mənə yer ayırdıgınız üçün sağ olun. Mən hərdən həyatdan qorxuram, çünki bəzən amansız, bəzən zalım olur, bəzən elə olur ki, qanı qanından, canı canından olan ən yaxının səni vurur, ən böyük zərbəni ən çox sevdiyindən alırsan. Amma bəzən həyatdan qorxmuram, çünki bilirəm ki, taleyimiz öz əlimizdədir, başa düşərək, fikirləşərək addım atsaq, hər şey lehimizə olacaq və bütün istəklərimiz gerçəkləşəcək.
Xəyalə Murad
Həyatdan qorxuram, çünki Həyat adlı böyük məktəbin şagirdiyəm. Keçilən hər bir "dərs" dən alacağım "qiymət" lərdən qorxuram. Həyat imtahanından kəsiləcəyimdən qorxuram. Onun "yoğurduğu" xəmirdə mən də varam. Məni də ələyir, məni də yoğurur, məni də "bişirir". Həyatdan qorxmuram, çünki alacağım hər bir dərs gələcək səhvlərimin olmamasına kömək edir. Ondan qorxmuram, çünki nə qədər "yıxılsam" da, dizlərim "qanasa" da yenə də tutmaq üçün bir dirək tapıram. Həyatdan qorxmuram, çünki ona sarılaraq ümidlərimi, arzularımı gerçəkləşdirməyə can atıram. Bir gün səhv edəcəyim qorxusu xəyal olaraq görünməyə başlayır. Mən Həyatdan qorxmuram, çünki mən həyatın özüyəm.
PERVANE ELIYEVA .......
İlk öncə mənə maraqlı xəbərində yer verdiyin üçün sənə təşəkkürümü bildirirəm, bacım. Xəbərinin həm maraqlı həmdə çox çətin adı var. Həyatdan qorxuram çünki.... Bir vaxtlar bu günə kimi yaşadıqlarımı mənə desəydilər inanmazdım. Çünki uşaqlıqdan fikirləşirdim ki, hər şey həmişə həyatımda istədiyim kimi olacaq. Amma həyatın mənə vurduğu zərbələri görəndə artıq onda həyatdan qorxmağa başladım. Həyatımın artıq hər anını hər dəqiqəsini, hər gününü qorxaraq yaşayırdım. Deyirdim ki, artıq hər şeyin sonudur. Ailəmdə başıma gələnlər nəyim var, nəyim yox hamısının əlimdən getməsi, hər gün evimizə təcili yardımın gəlməsi, yoldaşımın, böyuk oğlumun, özümün ölümün pəncəsindən qurtarmağımız daha da çox məni qorxudurdu. Amma bir gün fikirləşdim ki, var-dövlət, pul - bunlar hamısı boş şey imiş. İnsana hər şeydən pay olur, amma candan, ailədən pay olmur. Qərar verdim ki, həyatımda hər şey yaxşı olacaq Allahın köməyi ilə. Çünki Allah sevdiyi bəndələrini həmişə imtahana cəkir. Və bu imtahanda da insana səbr, dözüm iradə verir. Mən bilmirəm Allahımın sınağından necə cıxmışam. Onu bir Allah bilir. Amma bu gün mən Allahıma min şükür edirəm ki, həyatımda hər şey öz qaydasındadır. Ailəmin canı sağ və bir yerdəyik. Cox şükür sənə, Ya Rəbbim.girl_ang Bu gün deyirəm ki, həyatdan qorxmuram çünki... Həyatımızda nə olursa, yaxşılığa doğru olur.
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları
alisa1971
Gözəl bacım, xəbərində mənim də fikirlərimi oxucularla bölüşmək istədiyin üçün sənə xüsusi təşəkkürlərimi bildirirəm. "Mən bu həyatdan qorxuram, çünki bir gün başımdan, fikrimdən keçənləri mənə yaşadar deyə. Həyatdan qorxuram, çünki bir gün bu həyat məni nəyə isə məhkum edər, həyatdan qorxuram, çünki məni sevdiklərimdən edib, təkliyə düçar edər. Bax, o zaman həyat qorxulu olar. Məhkum olmaq istəmirəm, yəqin ki, bu acını heç kim yaşamaq istəməz. Amma bu həyatı yaşayanlar var, dörd divara məhkumlar, çarpayıya məhkumlar, əl arabasına məhkumlar, sevmədiyin bir insanla ailə qurub onunla bu həyat yollarında birgə addımlamağa məcbur olan məhkumlar, onlar məhkumdurlar, istəmədən bu həyatı yaşamağa məhkumdurlar. Bir anlıq onların həmsöhbəti olsaq, onlar ya çox kövrək olurlar, ya da çox qəddar. İnsan üçün yaşamağa lazım olan həyat nemətlərindən məhrumlar. Qorxuram ,bu həyat mənə təkliyi yaşadar deyə. Atalar deyib "əvvəlin gəlincə, axırın gəlsin". Nə zamansa təkliyə məhkum olursan və sonra da bu həyatı sonadək yaşayırsan. Bax, həyatın ən qorxulu, dəhşətli anları onda başlayır. O zaman başlayırsan bu həyatdan qorxmağa. Səhər, axşam qapını açacaq bir kimsən yoxdursa, dərdini bölüşəcək bir yaxının yoxdursa , o zaman həyat sənə qorxulu gələr. "Yarpağı tez solar, tək ağacın da, Arxası yoxdursa necə solmasın. Meşələr sultanı, meşələr şahı, Aslanın özü də heç tək olmasın." Bir gün tərk edib gedəcəyim bu həyatı acılarla yaşamaqdan qorxuram. Bir də ki, həyat mübarizədir, "Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm" bunu bacarmaq üçün isə möhkəm iradəli, daim nikbin əhvali-ruhiyyədə görsənməyi bacarmalısan. Allahım, yazdıqlarımı sən mənə göstərmə, sən mərhəmət sahibisən. Sən böyüksən, ucalardan ən ucasan, mənə sevmədiklərimi yaşatma, mənə bu həyatı qorxulu göstərmə, sən məni bu əcaib fikirlərimdən qoru. Amin!
Fidan
Mən dünyaya aid olan işlərdən qorxmuram. Qorxuram, çünki xəta və günahlara yol vermişəm, qiyamət günü Allah məni bağışlamaz. O məni çox qorxudur. Qalan başqa dünyaya aid olan məsələlər buna aid deyil. Qorxuram, çünki öz qəflətimdən qəflət eləyərəm və Allahın qəzəbinə səbəb olaram, bir yanlışlığa yol verərəm. Qorxuram, çünki  Peyğəmbərdən (s) və Əhli-Beytindən uzaq düşərəm. Məni qorxudan bunlardır. Qorxmuram, çünki Allah Özü deyir: "Kim mənə tərəf bir addım yaxınlaşarsa, mən ona on addım yaxınlaşaram. Kim mənə dua edərsə, duasını qəbul edərəm və deyir ki, mən insanları ədalətimlə deyil, lütfüm ilə hesaba çəkərəm". Bunlar mənə ümid verir və qorxmuram. Necə deyim həm qorxuram, həmdə qorxmuram.
Səslərin sayı: 10
51
3458
loading...
Şərhlər
Offline
Qafarova Aynur
teris movzun cox xosuma geldi, cox deyerli bir movzudur.Menim fikirimce qorxduqum seyler coxdu elbbetde menimde en cox qoydugum sey Allahimdi sonrasi ise oz ailemi itirmekden cox qorxuram. Atami itirdiyim animda heyatimda en qorxulu anlarimdan biri olub.Amma onu da vurgulayim ki en cox qorxduqum sey tanrimdi cunki onun buyurduqlarini tam sekilde emel etmediyim ucun.Qormadiqim seylerde var heyatim gozel ve rengareng olanda hec neden qormuram.
15 oktyabr 2013 20:49
Offline
Ayka S
♥ TƏRİŞ♡H ♥,
UGURKLAR BACIM
5 oktyabr 2013 19:56
Offline
♥ TƏRİŞ .H. ♥
AFidan,
Fidaşqam köməlliyin olmasaydı bir az gec hazır olardı. . girl_ang

DENIZ,
Çoox sağ ol bacı . Inşallah
Meymun Ka :),
Amin bacı.

Parvina İbrahimova,
Amin.amin.
28 sentyabr 2013 16:37
Offline
Parvina İbrahimova
Fidan,
Allah səni qorusun sevdiyi bəndələrindən etsin.Həmişə doğru yolda olasan əziz bacım.
28 sentyabr 2013 02:30
Offline
Aysun Memmedova
Cox gozel hemde dehset gozel movzudur canim yazilanlari oxudum hamsini.Dogurdanda heyat insani cox sinaqlara cekir,mende bu heyatdan qorxuram neden gozlemediyim ,istemediyim nese ola biler.Bu yasa kimi bu heyatin bir cox sinaqlarina dusmusem ve hamsindanda cox qorxmusam,en cox qorxdugum Tanrimdir ya onun sinaqlarindan ugurla kece bilmezssem bax ozaman her sey menim ucun sondur.
27 sentyabr 2013 22:39
Offline
Все будет хорошо
maraqli xeberdi cox saolun.inwALLAH qorxduqlarimiz bawimiza gelmez.AMIN
27 sentyabr 2013 22:23
Offline
DENIZ
maraqı xəbər hazırlamısız davamlı olsun
27 sentyabr 2013 17:26
Offline
Fidan
♥ TƏRİŞ♡H ♥,
Xoşdu canım bacım.Əsas sənə təşəkkür düşür,çünki gözəl mövzunun müəllifi sənsən kiss
26 sentyabr 2013 23:49
Offline
♥ TƏRİŞ .H. ♥
Fidan,
Fidaşqam səndə çox sağ ol ki mənə çox köməklik etdin.
26 sentyabr 2013 23:46
Offline
Fidan
Gözəl mövzudu bacım.Yazılarıda oxudum,yazan əlləriniz var olsun xanımlar.
Gulum,
Çox sağolun xalam kiss Aminnn
26 sentyabr 2013 23:21
Offline
leyla esgerova
cox sag olun maraqlidi
26 sentyabr 2013 19:40
Offline
♥ TƏRİŞ .H. ♥
YEGiŞ,
Yeqişim sən göndərəndə artıq gec idi
Inşallah 2 ci hissədə mütləq olacaqsan.Küsmə canım. give_hea
26 sentyabr 2013 19:13
Offline
Biricik
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmm recourse
26 sentyabr 2013 19:08
Offline
♥ TƏRİŞ .H. ♥
Əzizlərim narahat olmayın kim yazı göndəribsə onların yazısı gələn hissələrdə dərc olunacaq .Təşəkkür edirəm
26 sentyabr 2013 19:03
Offline
gulnaz semedova
men ani olumlerden, dogmalarimi itirmekden cox qorxuram. ALLAH hamiya rehm etsin, bize de..amin
26 sentyabr 2013 19:03
Offline
Ibrahimova Gulya♥S♥
həyatdan qorxum cunki qorxum sevdiklerimi birden elimden alar, dözə bilmərəm buna recourse
26 sentyabr 2013 18:58
Offline
Seadet Sexavet
?ziz xanımlar hәr birinixin qorcudunu diqqәtlә oxufum.Deyim ki filirlәrinizlә tam razıyam.Hәyat dogrudan qorxuludur.Çünki nәyin nә vaxt hsrda necә sәnә xәrbә vuracahı bilinmir.Hәyat qorxuludur çünki bacı qardaşdan qardsş qardaşdan әkiz olan әkiztayından aglz әyir...Övlsd atays kәm baxa bilir.Bu dünyada qorcmaga dәyәr.
Unutmayaq ki hәyatın bizә vurdugu zәrbәlәr bizi sәrtlәşdirir.Hәyat mübarizәsindә Ugurlar hәr birinizә.Tәriş gözәl ideyadır canım Tәşәkkür.
26 sentyabr 2013 18:20
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
maraqlidir her birnizin yazdigi..
26 sentyabr 2013 17:34
Offline
Ruhəngiz
ALİSA bacı,yazılarını oxuyuram,özümü sənin yazılarında görürəm. recourse
Təriş bacı,təşəkkür edirəm,çox maraqlı xəbərdir.ALLAHDAN arzum budur ki daim dində-imanda olaq ki həyatın çətin sınaqlarından alnıaçıq çıxaq.AMİN İNŞALLAH.
26 sentyabr 2013 17:23
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
♥ TƏRİŞ .H. ♥
Şərhləriniz üçün hər birinizə ayrıca Təşəkkür edirəm. Çoox sağ olun.
26 sentyabr 2013 17:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )