Həyatdan qorxuram, çünki gözləmədiyimiz, ağlımıza belə gətirmədiyimiz şeylər başımıza gəlir. Həyatdan qorxuram, çünki həyatda ölüm gözlə qaş arasındadır. Ölümdən deyil, yaxınlarımı itirməkdən qorxuram. Həyatdan qorxuram, çünki həyat insana bəzən elə dərslər verir ki, o imtahanı keçmək hər insana nəsib olmur. Həyatdan qorxuram, çünki həyatın əzablarından keçmişəm. Həyatdan qorxmuram, çünki mənə sahib çıxan ailəm, yoldaşım var. Həyatdan qorxmuram, çünki hər zaman Allaha sığınıram. Yaşadığımız həyatdan həm qorxub , həm də qorxmamaq həyatın qəlizliyindən xəbər verir və o həyat ki bizə bir dəfə verilir. Çalışaq ki qiymətini bilək.
Həyatdan qorxuram çünki...
Mən əslində həyatdan qorxmuram. Həyat mənə nə edə bilər ki!? Mən məni yaradan, mənə can verən, sevdiklərimi mənə bəxş edən Tanrımdan qorxuram...Çünki nə baş verirsə, onun istəyi ilə baş verir. Sadəcə biz insanlarda elə düşüncə var ki, başımıza nəsə bir iş gələndə həyatı günahlandırırıq. Əslində nə baş verirsə, hamısı Allahın istəyi ilə baş verir. Və mən buna görə bu həyatdan əsla qorxmuram. Ona görə də tək Tanrıma dua edirəm ki, məni ailəmin, sevdiklərimin, yaxınlarımın yoxluğu ilə sınağa çəkməsin. Ağlımı başımdan almasın. Doğru yoldan ayırmasın... Hər şey, hətta bir yarpaq da yerə enirsə, bu Allahın istəyi ilə baş verir. Ona görə də həyatdan nəsə gözləmirəm və ya ondan qorxmuram. İstədiyim hər şeyi Tanrıdan istəyirəm və bir tək ondan qorxuram.
Mən əslində həyatdan qorxmuram. Həyat mənə nə edə bilər ki!? Mən məni yaradan, mənə can verən, sevdiklərimi mənə bəxş edən Tanrımdan qorxuram...Çünki nə baş verirsə, onun istəyi ilə baş verir. Sadəcə biz insanlarda elə düşüncə var ki, başımıza nəsə bir iş gələndə həyatı günahlandırırıq. Əslində nə baş verirsə, hamısı Allahın istəyi ilə baş verir. Və mən buna görə bu həyatdan əsla qorxmuram. Ona görə də tək Tanrıma dua edirəm ki, məni ailəmin, sevdiklərimin, yaxınlarımın yoxluğu ilə sınağa çəkməsin. Ağlımı başımdan almasın. Doğru yoldan ayırmasın... Hər şey, hətta bir yarpaq da yerə enirsə, bu Allahın istəyi ilə baş verir. Ona görə də həyatdan nəsə gözləmirəm və ya ondan qorxmuram. İstədiyim hər şeyi Tanrıdan istəyirəm və bir tək ondan qorxuram.
Xəbərə məni də dəvət etdiyin üçün çox sağ ol. Çox gözəl mövzudur. Həyat Allaha xatir sevmək, Allaha xatir yaşamaq və ölməkdir. Bir çox insanlar həyatı istənilən kimi yox, istədiyi kimi yaşayır. Həyatdan qorxuram, çünki mənim yeganə qorxum çıxılmaz vəziyyətdir. Başına gələn başmaqçı olar deyiblər. İndi yeganə sığınacağım Allahdır. İşin Allaha qaldısa demək olmuş. Həyatdan qorxmuram, çünki ətrafımda mənə güvənən, nəsə bir narahatçılığım olanda yanımda olan insanlar var. Onlar olduqca və qəlbimdə Allah sevgisi olduqca heç nədən qorxmaram.
Salamlar, bacım, xəbərinizdə ugurlar, çox gozəl ideyadır və mənə yer ayırdıgınız üçün sağ olun. Mən hərdən həyatdan qorxuram, çünki bəzən amansız, bəzən zalım olur, bəzən elə olur ki, qanı qanından, canı canından olan ən yaxının səni vurur, ən böyük zərbəni ən çox sevdiyindən alırsan. Amma bəzən həyatdan qorxmuram, çünki bilirəm ki, taleyimiz öz əlimizdədir, başa düşərək, fikirləşərək addım atsaq, hər şey lehimizə olacaq və bütün istəklərimiz gerçəkləşəcək.
Həyatdan qorxuram, çünki Həyat adlı böyük məktəbin şagirdiyəm. Keçilən hər bir "dərs" dən alacağım "qiymət" lərdən qorxuram. Həyat imtahanından kəsiləcəyimdən qorxuram. Onun "yoğurduğu" xəmirdə mən də varam. Məni də ələyir, məni də yoğurur, məni də "bişirir". Həyatdan qorxmuram, çünki alacağım hər bir dərs gələcək səhvlərimin olmamasına kömək edir. Ondan qorxmuram, çünki nə qədər "yıxılsam" da, dizlərim "qanasa" da yenə də tutmaq üçün bir dirək tapıram. Həyatdan qorxmuram, çünki ona sarılaraq ümidlərimi, arzularımı gerçəkləşdirməyə can atıram. Bir gün səhv edəcəyim qorxusu xəyal olaraq görünməyə başlayır. Mən Həyatdan qorxmuram, çünki mən həyatın özüyəm.
İlk öncə mənə maraqlı xəbərində yer verdiyin üçün sənə təşəkkürümü bildirirəm, bacım. Xəbərinin həm maraqlı həmdə çox çətin adı var. Həyatdan qorxuram çünki.... Bir vaxtlar bu günə kimi yaşadıqlarımı mənə desəydilər inanmazdım. Çünki uşaqlıqdan fikirləşirdim ki, hər şey həmişə həyatımda istədiyim kimi olacaq. Amma həyatın mənə vurduğu zərbələri görəndə artıq onda həyatdan qorxmağa başladım. Həyatımın artıq hər anını hər dəqiqəsini, hər gününü qorxaraq yaşayırdım. Deyirdim ki, artıq hər şeyin sonudur. Ailəmdə başıma gələnlər nəyim var, nəyim yox hamısının əlimdən getməsi, hər gün evimizə təcili yardımın gəlməsi, yoldaşımın, böyuk oğlumun, özümün ölümün pəncəsindən qurtarmağımız daha da çox məni qorxudurdu. Amma bir gün fikirləşdim ki, var-dövlət, pul - bunlar hamısı boş şey imiş. İnsana hər şeydən pay olur, amma candan, ailədən pay olmur. Qərar verdim ki, həyatımda hər şey yaxşı olacaq Allahın köməyi ilə. Çünki Allah sevdiyi bəndələrini həmişə imtahana cəkir. Və bu imtahanda da insana səbr, dözüm iradə verir. Mən bilmirəm Allahımın sınağından necə cıxmışam. Onu bir Allah bilir. Amma bu gün mən Allahıma min şükür edirəm ki, həyatımda hər şey öz qaydasındadır. Ailəmin canı sağ və bir yerdəyik. Cox şükür sənə, Ya Rəbbim. Bu gün deyirəm ki, həyatdan qorxmuram çünki... Həyatımızda nə olursa, yaxşılığa doğru olur.
Gözəl bacım, xəbərində mənim də fikirlərimi oxucularla bölüşmək istədiyin üçün sənə xüsusi təşəkkürlərimi bildirirəm. "Mən bu həyatdan qorxuram, çünki bir gün başımdan, fikrimdən keçənləri mənə yaşadar deyə. Həyatdan qorxuram, çünki bir gün bu həyat məni nəyə isə məhkum edər, həyatdan qorxuram, çünki məni sevdiklərimdən edib, təkliyə düçar edər. Bax, o zaman həyat qorxulu olar. Məhkum olmaq istəmirəm, yəqin ki, bu acını heç kim yaşamaq istəməz. Amma bu həyatı yaşayanlar var, dörd divara məhkumlar, çarpayıya məhkumlar, əl arabasına məhkumlar, sevmədiyin bir insanla ailə qurub onunla bu həyat yollarında birgə addımlamağa məcbur olan məhkumlar, onlar məhkumdurlar, istəmədən bu həyatı yaşamağa məhkumdurlar. Bir anlıq onların həmsöhbəti olsaq, onlar ya çox kövrək olurlar, ya da çox qəddar. İnsan üçün yaşamağa lazım olan həyat nemətlərindən məhrumlar. Qorxuram ,bu həyat mənə təkliyi yaşadar deyə. Atalar deyib "əvvəlin gəlincə, axırın gəlsin". Nə zamansa təkliyə məhkum olursan və sonra da bu həyatı sonadək yaşayırsan. Bax, həyatın ən qorxulu, dəhşətli anları onda başlayır. O zaman başlayırsan bu həyatdan qorxmağa. Səhər, axşam qapını açacaq bir kimsən yoxdursa, dərdini bölüşəcək bir yaxının yoxdursa , o zaman həyat sənə qorxulu gələr. "Yarpağı tez solar, tək ağacın da, Arxası yoxdursa necə solmasın. Meşələr sultanı, meşələr şahı, Aslanın özü də heç tək olmasın." Bir gün tərk edib gedəcəyim bu həyatı acılarla yaşamaqdan qorxuram. Bir də ki, həyat mübarizədir, "Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm" bunu bacarmaq üçün isə möhkəm iradəli, daim nikbin əhvali-ruhiyyədə görsənməyi bacarmalısan. Allahım, yazdıqlarımı sən mənə göstərmə, sən mərhəmət sahibisən. Sən böyüksən, ucalardan ən ucasan, mənə sevmədiklərimi yaşatma, mənə bu həyatı qorxulu göstərmə, sən məni bu əcaib fikirlərimdən qoru. Amin!
Fidan
Mən dünyaya aid olan işlərdən qorxmuram. Qorxuram, çünki xəta və günahlara yol vermişəm, qiyamət günü Allah məni bağışlamaz. O məni çox qorxudur. Qalan başqa dünyaya aid olan məsələlər buna aid deyil. Qorxuram, çünki öz qəflətimdən qəflət eləyərəm və Allahın qəzəbinə səbəb olaram, bir yanlışlığa yol verərəm. Qorxuram, çünki Peyğəmbərdən (s) və Əhli-Beytindən uzaq düşərəm. Məni qorxudan bunlardır. Qorxmuram, çünki Allah Özü deyir: "Kim mənə tərəf bir addım yaxınlaşarsa, mən ona on addım yaxınlaşaram. Kim mənə dua edərsə, duasını qəbul edərəm və deyir ki, mən insanları ədalətimlə deyil, lütfüm ilə hesaba çəkərəm". Bunlar mənə ümid verir və qorxmuram. Necə deyim həm qorxuram, həmdə qorxmuram.