Bakıda Dənizkənarı Milli Parkda siqaret çəkilməsinin qadağan olunması gözlənilir
Bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
M.Quliyevin sözlərinə görə, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qarşısının alınması müxtəlif etaplarda həyata keçirilir: "Biz xarici ölkələrin təcrübəsini öyrəndik və məlum oldu ki, ictimai yerlərdə siqaretin çəkilməsini bütövlükdə qadağan edilən ölkələrdə bir neçə ildən sonra bu mübarizə zəiflədi və dalana dirəndi. Misal üçün, Rusiya 3 dəfə belə bir qanunu qəbul etsə də, mübarizə zəifləməyə başladı. Bu, bir daha göstərir ki, insanlar şüuru cəhətdən bu mübarizəyə hazır olmalıdır. Bu səbəbdən Azərbaycanda qanunu bütövlükdə qəbul etmədik, hissə-hissə tətbiq edilməsini seçdik".
Millət vəkili qeyd edib ki, Azərbaycanda ilk növbədə ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsinə qadağa qoyuldu, 50 manat cərimə tətbiq olundu və bu kifayət qədər uğurla həyata keçirilir.
Onun sözlərinə görə, ikinci etapda İçərişəhər qoruq kimi elan olundu və onun ərazisində siqaret çəkilməsi qadağan olundu: "Növbəti etapda Milli Parkda da siqaretin çəkilməsinin qadağan olunması gözlənilir. Artıq müvafiq qurumlar bu məsələni öz gündəliyində saxlayırlar".
Komitə sədrinin müavini bildirib ki, tütün məhsullarına aksiz vergisinin qaldırılması da hazırda müzakirəyə çıxarıla bilər ki, bu da siqaret istifadəçilərinin azalmasına yönəlmiş addımlardan biridir.
M.Quliyev bildirib ki, Milli Məclisin payız sessiyasında bir daha ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması gündəliyə gətiriləcək və bütövlükdə qapalı yerlərdə siqaret çəkilməsinin qadağan olunması təklif olunacaq.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Yumurta qabıqlarından necə faydalanmalı?
İncə telli saçlara qulluq
Pendirli kotlet (foto-resept)
Murad Boz: "Səninlə qürür duyuram"
Ən rüşvətxor ölkələr
Könüllü işləmək istəyənlərin nəzərinə
Qaraçı plovu/Şor salatı (video-resept)
İspan dili 21-ci dərs
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-18 İyul
Eşqdən öyrənəcəyiniz 17 dərs
Kartof saçların tez uzanmasını təmin edir
Bu günün hava proqnozu
Brayl klaviaturalı ilk telefon
Bu təyyarələr kök sərnişinləri daşımayacaq - QADAДћA
Təhsil nazirindən şagirdlərə qadağa
Torpaqda yetişdirilməyən gül
Ürək-damar xəstəlikləri
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO
Real olmayan gözəllər
Təyyarədən özünə ev düzəltdi-FOTO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır - Professor
Məzuniyyəti harada keçirməli?
Krallıq dayələrinə bu sözlər QADAДћAN olunub-FOTO
Hava haqqında - 18.01.2014
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Küçədə yeni tərz
Qaşlarınızı necə gurlaşdıra bilərsiniz?
Türkiyə və Rusiya birgə avtomobil istehsalına başlayacaqlar
Rihanna və Beyons oğurluqda ittiham olunur.
Heydər Əliyev ilk dəfə səs verdi
Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü
Appendisit və onun fəsadları
Azərbaycanda əhalinin gəlirləri açıqlandı
"Kənd" və "şəhərli"yə ayırdığımız yumurtanın bilmədiyiniz "əmma"ları
Dünyanı titrədəcək güc
Daha dolğun dodaqlar üçün...
Hamiləlikdə nə yeməli?
Kitab rekord qiymətə satıldı
Taksi sürücülərinə VACİB XƏBƏR-VİDEO
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Bəzəkli sabunun hazırlanması
Fahriye Evcene dəstək oldular-FOTO
Yas düzəldi, bəs toy?
Gediş haqqı UCUZLAŞDI
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
“Yıxıldım, bildim ki, ölmədim, minaya düşmüşəm, “gəlmə” deyə qışqırdım” - VİDEO
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Komendant saatı nə vaxt ləğv olunacaq?
- ŞƏRHLƏR