Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
01:13Sima geceniz xeyir millet
39315

Kişiləri necə anlayaq?

Kişiləri necə anlayaq?
Biz onlarla birgə, yan-yana yaşayırıq. Vacib deyil onları sevirik ya yox, hörmət edirik, ya yox - bütün hallarda, yanlarında olduğumuz müddətdə onların psixologiyasını anlamağa çalışırıq. Lakin bu, çox çətindir. Biz axı çox fərqliyik.
İlk uşaqlıq illərindən oğlanları və qızları onların gələcək sosial rollarına görə tərbiyə edirlər. Qızların oyunları əsasən ünsiyyət xarakterli olur. Məsələn, ev sahibəsi, müəllimə, həkim və s. kimi oyunlar. Oğlanlarla isə vəziyyət tamam başqa cürdür .Onların oyununda əsas hərəkətdir. Rəqabət daha güclüdür. Onlar daha çox "nə demək"  barədə yox, "nə etmək" barədə düşünürlər. Onlarhəmişə daha üstün olduqlarını sübut etməyə çalışırlar. Bundan əlavə, bizim patriarxal cəmiyyətimiz onlara artıq uşaqlıqdan üstün olmağı öyrədir.
Kişiləri necə anlayaq?
Kişi psixologiyasının quruluşu
Kişilər - güclü cinsin nümayəndələridir və dünyanı idarə etmək əsrlərdən bəridir ki,onlara məxsusdur. Onlar tikirlər, dağıdırlar, müharibələr edirlər - hər zaman ən ağır işlər onların çiynində olur. Bundan əlavə pul, şöhrət və hökmranlıq da onlara məxsusdur. Bu, artıq əsrlərlə hamının fikrində formalaşdırdığı kişi obrazıdır. Hər şeyə nail olmuş, iradəli, ağıllı, özünə əmin kişi obrazına hər bir kişi daxil olmaq istəyir.
Kişilər böyük uşaqlardır
İndi gəlin, güclü cinsin nümayəndələrinin daxilinə nəzər salaq. Hətta ən uğurlu və güclü bir kişinin də qəlbində balaca bir uşaq gizlənir.  Hərdən bu "balaca uşaq" şıltaqlıq  və şuluqluq etmək istəyir. Hətta aləmi bir-birinə qatıb "ağlaya" da bilərlər ki, onları "oynamağa" qoysunlar. Müdrik qadın kişilərin psixologiyasında bunları nəzərə almalıdır və qərar çıxarmaqda bu avtoritetə təsir etməməlidir. Müdrik qadın bu şıltaq övladının başına sığal çəkib onu sakitləşdirən mehriban anaya bənzəyir.
Biz niyə kişi psixologiyasını anlaya bilmirik?
Kişiləri necə anlayaq?
Onlar uğura nail olmaq fikrində olarkən hərəkətlərində qəribəliklər ola bilər. Məsələn: otaq alt-üst olanda qadın hər bir xırda detala fikir verib, artıq nəyin yerində olmadığını anlayır. Kişi üçün isə bu, sadəcə, səliqəsizlikdir. Onlar o qədər də xırdalığa getmirlər. Əgər evin hər yerində sizin qarşınıza sevimlinizin  corabları çıxırsa, dava-dalaş etməyə  ehtiyac yoxdur. Çünki onlar böyük fikirlərlə məşğuldurlar və belə önəmsiz şeylərə sadəcə əhəmiyyət vermirlər. Biz isə "böyük fikirlərlə" məşğul insanı xırda bir corabla məşğul edirk. Onlar üçün bu, çox ədalətsiz davranışdır.
Etiraf etmək lazımdır ki, hisslərini cilovlamaqda onlar bizdən daha güclüdürlər. Öz zəifliklərini, uğursuzluğunu və incikliyini gizlədə bilmək onlara xasdır. Bunları gizlətmək o demək deyil ki, onlar öz qadınlarına inanmırlar. Sadəcə, ağlamaq və şikayət etməyi qürurlarına sığışdırmırlar. Onlara elə gəlir ki, bu zaman onlar qadına oxşayırlar.
İndi isə ən başlıcası - kişilərlə düzgün münasibət qurmaq üçün nə etməli?
Kişiləri necə anlayaq?
Bunun üçün kişi psixologiyasının ən dərin və gizli yerlərini öyrənmək lazım deyil. Cavab çox asandır - onlara dəstək olmaq lazımdır.
Əgər onlar hər hansı  bir işdə, biznesdə, yataqda və s.uğursuzluqla qarşılaşsalar, özlərini itirirlər.Hər şeydən əllərini üzüb mübarizə aparmaqdan imtina edə bilərlər. Bu zaman onlara sadəcə mənəvi cəhətdən dəstək olmaq lazımdır. Əziz qadınlarımız, onlarla söhbət etməkdən çəkinməyin. Sizin sevimlinizin sizin dilinizdən eşitdiyi: "Sən  güclü və ağıllısan, buna görə də səndə alınacaq" sözlərinə həmişə ehtiyacı var. Hətta onların yenidən "dünyaya gəlib" xariqələr yaratması üçün bu sözlər kifayət edər.
Səslərin sayı: 20
87
14100
loading...
Şərhlər
Offline
Suzanna
Ehhh bu kişiləri anlamaq çox çətindi.
22 fevral 2016 11:29
Offline
Руслан Абилов
Vaxtinda ona deyer verin kiminse sozune deyismeyin silmeyin onu hormet edin qaygi gosterin besdi ele

7 fevral 2015 19:58
Offline
HUSNA
Dəniz84
Sadəcə səmimi və vəfalı olmaq lazımdır. Bəli kişilər böyük uşaqlardır. onları nə qədər çox əzizləsən o qədər də sənə bağlanarlar

Menimki de eledi,ona son besiyim deyirem
4 dekabr 2014 17:22
Offline
Aysel İ.
Sadəcə səmimi və vəfalı olmaq lazımdır. Bəli kişilər böyük uşaqlardır. onları nə qədər çox əzizləsən o qədər də sənə bağlanarlar.lol
4 dekabr 2014 17:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sweet Girl
Hmmm dogrudu kisiler cook garip yaaa((((
26 avqust 2014 22:42
Offline
Deniz N-va
Of of kisiler kisiler dbyhvfbcnjxshvj basa dusduz qizlar tercumesini maraqlananlar ismaricla sorussunlar winked
15 may 2014 20:15
Offline
sadka huseynova
Duzdu qadin gerek sebirli olsun her seyi anlayisla qebul etsinler. Ailede en birinci hormet sevgi bir birini basa dusmekdi bele olduqda her sey ela olur.
18 dekabr 2013 14:47
Offline
MELEK
maraqli meqaledi axira qeder oxudum ,ailede esas hormetdi sonra sevgi gelir eger bir birinize hormetiniz varsa hec bir cetinlik olmaz birdeki kisiler cavab qaytaran qadini sevmiller give_ros
1 noyabr 2013 21:29
Offline
BAD BOYUN AWKI
gulnaz mehdiyeva,
VALLAH DUZ DEYIRSIZ MEN SEVDIYIM OGLANIN NAZIN HER ZAMAN CEKIREM BU XOSDUR MENE. give_ros
13 oktyabr 2013 23:34
Offline
gulnaz mehdiyeva
oglan evi alinca qiz evi olunce yalvarir deyibler men yoldasimin nazini hemise cekirem bundan da boyuk zovq aliram
13 oktyabr 2013 23:21
Offline
ayan axmedova
kisiler kisiler kisiler ax kisiler kisiler basimiza bir bela olub hi
12 sentyabr 2013 21:44
Offline
Rzayeva Guler
Kisilere nevar xos sozle Yola verirsen. Kisilerin istediklerini eledikden sonra prablem cixmaz
12 sentyabr 2013 17:10
Offline
sevgi
AXIRADEK OXUMADIM AMMA KIWININ NAZINI CEKEREK ELDEN DUWDUK
16 avqust 2013 17:17
Offline
Aytən90
BAWA DUWMEK LAZIMDIR SADECE.DESTEK LAZIMDIR.NE COX NE DE AZ.QADASNDA
6 avqust 2013 22:28
Offline
BIBIXANIM
MEN OZUMDEN GOTURUM DE MENIM YOLDASIM NAZI COX SEVIR OZUM EDMISEM DE ONU AMMA EZYETMIN MEHRESIN DE GORUREM
26 iyul 2013 01:03
Offline
yusifova arzu
biz qadınlar qəribə məxluqlarıq.şərhləri oxuduqca görürəm ki,kişilər qadınlara nələr çəkdirirlər.amma yenə də onları sevməyə,nazlarını çəkməyə,səhvlərini bağışlamağa davam edirik.görəsən bu yalnız bizim cəmiyyətdə(türk-müsəlman)belədir,yoxsa hər yerdə.ehhhh zavallı qadınlar.görünən odur ki,biz hələ bu kişilərdən çox şey çəkəcəyik
18 iyul 2013 10:24
Offline
GunGun
ehhhhhhhhhh
5 iyul 2013 17:36
Offline
Tarana Aliyeva
Her bir sey qarsiliqli olsa cekmek olar,deyilse cetindi,hec cekmek de istemirem. girl_cray
4 iyul 2013 01:20
Offline
Mushtage
Kishiler hec ozleri de ne istediklerin bilmirler.......men artiq hec anlamaga da calishmiram....bosh vermishem.......
29 iyun 2013 18:21
Offline
maraqlıydı təşəkkürlər
30 may 2013 14:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış