Bakıda hava
USD AZN
EUR AZN

Nəsibə Zeynalova

Nəsibə Zeynalova

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

 

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Nəsibə Zeynalova

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türamən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası", Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalova

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov), Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov), Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov), Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev), Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov), Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) rollarının əvəzsiz ifaçısı sayılır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Nəsibə Zeynalova

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal olub. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə musiqili komediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. Aktyor Cahangir Novruzovun anası, Nəsibə Novruzovanın nənəsidir.

Səslərin sayı: 20
56
19796
loading...
Şərhlər
Offline
Aysel İ.
azərbaycanın qaynanası, Züleyxası. Ölməz sənətkarımız. Allah rəhmət eləsin.
24 fevral 2015 09:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Olmez senetkarimiz, cekildiyi filmler bu gun de seve-seve izlenilir

Həmişədə yaddaslarda qalacaq..
27 yanvar 2015 09:56
Offline
S.S.E.
Çox sevdiyim aktirisalardan biri
idi....
12 yanvar 2015 23:06
Offline
H.M
Olmez senetkarimiz, cekildiyi filmler bu gun de seve-seve izlenilir
Allah rehmet elesin.
3 yanvar 2015 02:17
Offline
S.S.E.
Allah rehmet elesin cox gozel
aktrisa idi

Allah rehmet elesin cox gozel
aktrisa idi

Allah rehmet elesin cox gozel
aktrisa idi
17 dekabr 2014 21:43
Offline
Pərvanə
Allah sənə rəhmət eləsin Nəsibə Zeynalova.
13 dekabr 2014 00:43
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Çox sevdiyim aktirisalardan biri idi..Məhsur qaynana dillər əzbəri oldu sayəsində
17 noyabr 2014 23:14
Offline
jdhiahdjksadkasnjdkjsand ksajndkjahdka khjdsa
Bu aktirissanin cox sevirem filimlerini seve seve izdiyirem ALLAH rehmet elesin
7 iyun 2014 16:21
Offline
ayka wirinka
Allah rehmet elesin cox gozel aktrisa idi
14 aprel 2014 18:16
Offline
Zehra Bedirxanli
Allah rəhmət eləsin əvəzolunmaz aktrisa idi. Rollarini sevə sevə izləyirəm
13 aprel 2014 15:50
imza: QADİN.NET
Offline
QARA QIZ
ALLAH REHMET ELESIN COX SEVDIYIM AKTRISADI
13 aprel 2014 14:28
Offline
Minira Aslanzade
Allah rəhmət eləsin gözəl kolifey evezolunmaz bir sənətkar idi.Sizədə çox sağol bu xəbərə görə.
13 aprel 2014 00:19
Offline
S U S E N _BACI
MEN BU XANIMI 1 SENETKAR KIMI COX SEVIREM

HEMDE MENIMLE 1GUNDE ADGUNUMUZDU DEYE

DAHADA ISINDIM ONA ONU SEVMISEM SEVECEMDE

ALLAH REHMET ELESIN RUHU SAD OLSUN girl_ang
3 aprel 2014 12:05
Offline
♥melek hesenlisoy♥
Menim en cox sevdiimimnen biri idi aktrisa hemise rollarda yaqsi gedib ne bilim allah rehmet elesin
29 mart 2014 17:32
Offline
Ibrahimova Gulya♥S♥
En cox sevdiyim aktrisa olub,onun her bir obrazini beyene beyene ,seve seve izleyirem ,Allah rehmet elesin,indi o anilir yeqin ki ruhu waddi
28 mart 2014 23:21
Offline
AFET
Allah rehmet elesin,Nesibe Zeynalova bizim ureyimizde hemise yasayacaq cox tesekkurler xebere gore give_ros
28 mart 2014 23:01
Offline
Xəyalə Murad
Nəsibə xanımın bütün rolları dillər əzbəridir. Hər bir çıxışı yaddaşda dərin iz buraxıb. Maraqlısı da odur ki, hər obrazı elə "yaşayaraq" oynayıb ki, ondan başqa bir aktrisanı həmin rolda təsəvvür etmək belə mümkün deyil. Allah ruhunu şad etsin.
28 mart 2014 17:38
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
lala aliyeva
Esl aktrisa o idi geldi ve getdi evezolunmaz artist idi Allah rehmet elesin
27 mart 2014 16:57
Offline
Gulnarə
Azerbaycan sehnesinin "qaynana"si...Guluwle dolu olan bir obraz...Bu rol onun vizit kartidir...Oynadiqi saysiz-hesabsiz rollar icerisinde bu rolun yeri bambawqadir...Yeni nesil de onu mehz bu roluna gore sevir ve taniyir..

Wexsen menim uwaqlarim Nesibe xanimi hansi filmde gorurler, deyirler, ana, qaynanadi ele bu? Deyirem beli,Nesibe Zeynalova...Olmez qaynana.....

Ceylan xanim, cox xow oldu mene oz senetkarlarimiz haqqinda yazilan yaziya werh yazmaq...Elelxusus da Nesibe Zeynalova haqqinda...Allah sizden razi olsun

Tewekkur edirem, saq olun!
give_ros give_ros give_ros
27 mart 2014 15:34
Offline
madina mammadova
Allah rehmet elesin.yeri cennetlik olsun give_ros
27 mart 2014 13:38
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!