Gulshen_q
"Salam Gülşən... 16 yaşın olarkən ədəbiyyat dərsində müəllimin verdiyi inşanı həvəslə yazmağa başlayıb hamıdan tez bitirməyə çalışırdın. "20 ildən sonrakı həyatımı necə təsəvvür edirəm." Sən çox uzaq görünən qarşıdakı 20 ildə nələr arzulamırdın? Ali təhsil, əbədi sevgi, karyera və s... Nədənsə bu arzuların içində ana olmaq və xoşbəxt ailə ən sonda gəlirdi... Bəlkə də o zamandan sənə çox məsuliyyətli görünürdü bunlar...Artıq illər keçdi. Arzularımın çoxuna çatdım. Amma görürəm ki, həyatımda yenə də nəsə çatmır. Ona görə də sənə bəzi məsləhətlərim olacaq... İndi səndən xeyli təcrübəliyəm. Ötən zaman ərzində həyat mənə o qədər şeylər öyrətdi ki... Onları öyrənmək üçün illərini itirməni istəmirəm. Yazdıqlarımı diqqətlə oxu...
1. Nə olursa olsun, öz düşüncələrinin ardınca get. Komplekslərindən qurtulmağa çalış...
2. İnsanlara qəlbini tam açma. Özündə saxlaya biləcəyin sirrlərin olsun. Başqalarının sirrini saxlamaq asandır, öz sirrini də qorumağa çalış. Özün özünün dostu olmağı bacar...
3. Karyera qurmaq, iş qadını olmaq yaxşıdır, amma şəxsi həyatını da düşün. Əgər müəllim növbəti dəfə inşa yazdırarsa, o zaman bu haqda da nəsə yaz. Çünki insan hansısa arzusunu düşündüyü andan başlayaraq onun ardınca gedər. Və o arzuların çin olacağına inanar. Amma unutma ki, arzuların reallığa nə qədər yaxın olsa, yerinə yetməsi də bir o qədər tez mümkün olacaq. Xoşbəxt olmaq istəyirsənsə, əlçatmaz arzularından da vaz keçəsən gərək.
4.Həyatın çətinliklərinə baxmayaraq qarşıda səni gözəl gələcək gözləyir, əzizim...Hələ də gec deyil...
P.S. Səninlə dost ola bilməsəm də səni çox sevirəm. Çox təəssüf ki, bu sevgini də bu günlərdə hiss etdim... Sən tək deyilsən, qızcığaz, MƏN səninləyəm.
Hacət-i Vuslat
Salam Lalə... İndi 16 yaşın var, gələcək arzularını ən önəmli hesab etdiyin zaman... Təhsil almaq, öz gələcəyini təmin edəndən sonra Bəlkə ailə qurmaq, bəlkə də sadəcə kimsəsiz bir uşağa ailə olmaq..."Sevgi" sənin üçün xəyal olub, bilirəm, çünki "sən" - "mənəm". Çox yox, 5-6 il sonra başına gələn xoşbəxtliyi yuxularda görərdin ancaq... "mən" - "sən" olduğum üçün mənə qulaq ver: ürəyinə, beyninə gələn, tamamilə sənin təbiətinə zidd olan o qərardan nə badə əl çəkəsən! Et bunu! Sevgidə qürur olmaz, əyilmək olmaz, sevgi yalnız ucaldar!... Amma peşman olacağın, səni ömür boyu yandıracaq yüklərindən qaçmaq üçün yardım edə bilmərəm sənə... Çünki altında əziləcəyin o yükün səbəbkarı sənsən, sənin daxilindir, sənin nəfsindir, içindəki ilanı boğ ki, indi məni zəhərləyən kimi, səni də zəhərləməsin... Kaş, kaş sənin yerinə dönəydim, kaş həyatımı yalnız bir Sevgiyə həsr edəydim... Haqqa...
Çox maraqlı mövzudur bacı, inanıram xəbərin bomba kimi partlayacaq!
Ibrahimova Gulya
Əzizim Gülya, salam.
Əslində bu məktubu sənə 5 il bundan əvvəl yazmalıydım. Amma onda yeniyetmə bir qızcığaz idim, elə arzularım da özüm kimi yeniyətmə idi. Yəqin ki düşüncələrimi, fikirlərimi istədiyim kimi sənə çatdıra bilməyəcəkdim. İndi isə yazıram... 5 il öncə nələr arzulamırdın ki... Ananla atanın sənə çəkdiyi əziyyəti yerdə qoymayıb da universitetə daxil olmağı, sənin zəif olduğunu dillərinə gətirənlərə heç də zəif olmadığını göstərməyə çalışmağını unutmaram. Hər bir şeydə niyyətinin arxasınca getmək, iradəli olmaq istəmisən. Ən əsas da kökəlməkdən qorxduğunu unutmaram. Dayanmadan keçən zaman, aylar, illər səni arzularına qovuşdurdu. Qazandıqların oldu, amma bu qazanclar səndən narazı olduğun şeylərin azalmasına səbəb olmadı. İndi istəyirəm yazdıqlarımı çox diqqətlə oxuyasan.
Məqsədlərinə addım-addım çatmağa çalış, səbirli olmağı bacar. Hər şeydə istəyirsən öz dediyin olsun ancaq çalış kənardakıların da fikrini öyrənəsən. Bəlkə onların dedikləri sənə lap maraqlı gəldi. Komplekslərindən qurtul, sən kökəlməyəcəksən özünə bu qədər zülüm etmə. Hər bir işdə iradəli olmağı bacar. Heç kimi ürəyinə çox yaxın buraxma əgər səni incitsələr həyatdan tez küsəcəksən. Həyat çətinliklərlə doludur, tez bezmə bu çətinliklərdən, mübarizə etməyi bacar. Ey "Mən", mən səni çox istəyirəm. İnadkar olmağını, sözünün üstündə durmağı bacarmağını, ən əsas da risk etməyə bacarmağını çox sevirəm. Sən tək deyilsən, unutma, mən sənin hər addımında səni izləyirəm.
"Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı mümkünsüzlükdür, qorxaq insan üçün naməlumluqdur, düşüncəli insan üçün isə idealdır". Sən düşüncəli insan ol, əziz dostum...
Elnur Məmmədov
"Sənin səadətdə bir böyük əskiyin var - namaz! Bu əskiyini tamamla, ismət və ləyaqət - Allahın buyurduğu namazla səni yüksəldəcək! "İnsanların yox, Allahın qarşısında üzün ağ, vicdanın təmiz olsun deyə namaz qıl! (sonda isə namaz qaydaları kitabçasını da (yollayardım) yazardım.... o vaxtlar tapılmırdı. Yazdığın şerləri dərc etdirməyə maliyyə çətinliyin var deyə, cırıb atma... Bir də 2009-cu ildə axtarış edərsən, "Qadin.Net" adlı bir sayt tapsan, orda dərc edərsən... Mən heyif ki, bu saytı 2013-cü ildə tapdım. Sən gec qalma... Adından da ürkmə, tək qadınlar üçün yox, net qadınlar üçün, cəmiyyət üçündür bu sayt (Qadına "net" olmaq üçün onu sevən, ləyaqətlə qayğısına qalan bir kişi, könlünün sultanı lazımdır!).
Seadet Sexavet
Deməli Əziz "Mən." Sənə əziz deyirəm. Çünki gələcəkdə yaşayacaqlarını bilirəm və sənin necə möhkəm olmanla qürur duyuram. Amma bu fəxr ediləsi deyil. Gələcəyində yaşamaq istəmədiyin məqamlarla bağlı sənə bir neçə məsləhət verim. Hər halda mən səndən böyüyəm. Haqqım var. Qarşına çıxan şansı qiymətləndirməyi bacar. Özündən uzaqlaşdırmaq istədiyinin qəlbinə dəymə. Sınan qəlb gələcək həyatında səni izləyə bilər... Qarşına çıxana qohumdu deyib hörmət etmə... Ali savadın ola-ola karyera qur. Ailə qurmaga tələsmə. Ali məktəbi bitir sonra. Üzünə güləni dost bilmə. Həmişə ata-ananın dediyi bir əsas məsələdə sən qərar ver... Üzünə gülən insanın səhvini görəndə çəkinmə. Fikrini sərrast bildir... Çalış həyatda kimsə inciməsin deyə hərəkət etmə. Əsası sevginin əlini tut, aradan çıx... İndi mənə desələr sənin qızının 16 yaşı var o eləsə... Qısa cavab olmaz....
Salam.
İndi mənim 20 yaşım var, mən 4 il bundan qabaqkı, yəni 16 yaşımdakı Sevdaya yazıram. İndi 20 yaşım olsa da mən 16 yaşımdakı Sevdaya heç nə deyə bilmirəm. Çünki o gündən bu günə həyatımda hər şey istədiyim kimi gedir. Sadəcə arxaya dönüb baxdığım zaman 16 yaşımdakı Sevdaya onu deyə bilərəm ki, nə yaxşı ki mən o yaşda sevdiyim şəxslə bağlı düz qərar vermişəm. O zaman yaşım az olmasına baxmayaraq indiyə qədər qərarımda peşman bir işim olmayıb. Allahım da İnşAllah həyatda məni peşman etməz. İndi çox xoşbəxtəm. Hər kəsə belə xoşbəxtlik sevib sevilməyi arzulayıram.
Sirli_dunyam
Mən 16 yaşımdakı mənə bu məktubu yazardım: Ay qız bəsdir mənasız həyatından gileyləndin təhsil almaq sənə qismət olmasa da. Səbr elə, Allah Təala sənin taleyinə elə bir insan yazıb ki, hər bir qadının arzuladığı kimi bir insan... Unutma Allah bir qapını bağlayanda o biri qapını açar. Nənənin ağır xəstəliyi səni üzməsin, nənə Allahın rəhməti sayəsində sağalacaq (indi də nənəm yaşayır, fikir çəkmək mənə qaldı) və Allah mənə, yəni sənə gül kimi 3 bala nəsib edəcək...
Elifв™Ў
Əziz Sevinc... sən hələ çox gəncsən. Hal-hazırda ən gözəl yaş dövrlərindən biridir. Gələcəkdən, illərin nələr gətirəcəyindən qorxma. Əlbəttə həmişə hər şey sən istədiyin kimi olmaya bilər. Xoşbəxt olmayacağını da heç vaxt düşünmə! Bu hissi özündən uzaqlaşdır. Bəlkə də səni qarşıda gözəl günlər gözləyir. Səhvlərini özünə etiraf etməkdən çəkinmə. Sən ki özünü hər kəsdən daha yaxşı tanıyırsan. Rəbbindən hər zaman səhvlərinə görə bağışlanma və doğru, haqq yolda olanlardan olmanı dilə. Şübhəsiz O, sənin qəlbinə ən yaxın dostdur. Evdə ara-sıra problemlər olsa da üzülmə. Dərslərinə də daha ciddi hazırlaş!!! Bəzən hirslənirəm "Niyə belə etdin", "Niyə belə dedin" deyirəm. Bunlar da sənin yaxşılığın üçündür.
Aytac Mammedova
Salam Mən, sənə 2013-cü ildən yazıram. İndiki zamanda hər şey çox dəyişib, pul qazanmaq o vaxtki kimi deyil, o vaxtı belə rahat pul qazanıb təhsilini 11-ə qədər başa vura bilərdin. Onsuz da sənə nə fərqi var, sən balacalıqdan şahmatlara paltar tikərək dərziliyi seçmişdin. İndi o vaxtki kimi qaşqabaqlı qız deyilsən, zarafatı çox sevirsən. 18 yaşında ailə quracaqsan, qızıl xasiyyətli yoldaşın və iki şirin qızın olacaq, ama heç peşmançılığını çəkməyəcəksən, amma ailə quranda ayrı evdə olmağını istə, çünki evinizdə yoldaşını səninlə paylaşmayan valideynləri olacaq. Buna baxmayaraq yenə xoşbəxtsən, səni dəlicəsinə sevən yoldaşın və yaxınların var. Bir arzun var - xoşbəxtliyini itirməməkdi...
XƏBƏR LENTİ
Obama İŞİD-ə qarşı strategiyasını elan edəcək
HAVA necə olacaq?
Uçan avtomobil
3 boksçumuz finalda!
Sabahın HAVAsı
6 aya arıqlayın
Anar Eyvazov: “Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır”
Klaç çanta modelləri
Valideynlərə təcili kömək -5
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı
Ölənlərin sayı 1810-a çatdı
Yeni şalvar trendi
Body-art
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Bensu Soralın toyundan FOTOlar
İrem Derici 54 minlik əməliyyatından danışdı-FOTO
Nəqliyyatda kartlaşma ilə bağlı AÇIQLAMA
Ronaldo daha bir rekord vurdu
Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır
Şuşasız 24 il...
Yahoo! virus yayır
Cəbhədə son vəziyyət
ABŞ-dan Avro-2016 ilə bağlı terror xəbərdarlığı
“Dilmanc”dan yenilik
Pankeks (foto-resept)
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Çantalar
Temperatur 22 dərəcəyə yüksələcək
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Günün qoroskopu:Uğurlu gündür!
Erməni əsgərin etirafı: “Vəziyyət çox pisdir” - VİDEO
İlk addımı ondan gözləyirsiniz?
Moskvanı dəhşətə gətirən sirli obyekt – Şok VİDEO
Serdar Ortaç - "GOLD & RAY" albomları
Ayağı yaralamayan ayaqqabını necə seçməli?
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
"Bakcell"lə "Nar" birləşir?
Günün ulduz falı
Ərdoğan Quran oxudu - VİDEO
Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR
Bürcünüzə görə keçmiş həyatınızda kim idiniz?
Sabah meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilir - PROQNOZ
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”
BÜRCLƏR bizə nə vəd edir?-17 noyabr
"Qorxmayın, adamyeyən deyiləm"
Uşaqlarınıza öyrətməli olduğunuz 4 qayda
Azərbaycanda Neftçilər Günü qeyd edilir
İncə dodaqları necə dolğun göstərmək olar?
- ŞƏRHLƏR