Əvvəlcə sizə Tbilisinin mərkəzi küçələrində və ya şəhərin ən gözəl yerlərində salınmış parklardan və heykəllərdən söz açacağam. Çoxları bu heykəllərin yanından keçərkən nə onun arxitektura və memarlıq üslubuna, nə də həmin ərazi-məkan kompleksinə verdiyi yaraşığa əhəmiyyət vermirlər. Halbuki bunlar çox mükəmməl sənət nümunələridir və böyük zəhmət bahasına başa gəlmişdir.
İndi isə birlikdə həmin gözəlliklərlə tanış olaq.
Şəhərə daxil olarkən gördüyümüz ilk mənzərə Kür sahilindəki bu dağ olur...
Onun üzərində gördüyünüz bina qədim Metex kilsəsidir. 12 əsrdən çox tarixə malikdir. Şirvanşah III Mənüçöhrün həyat yoldaşı Tamara (Gürcü çarı IV Davidin qızı) 1160 -cı ildə döyüşə çıxmazdan əvvəl bu kilsədə dua edib. Deyilənə görə, Tamara ömrünün sonuna kimi Allaha ibadət edərək yaşamışdır. Bu kilsədə şəhərə qədəm qoyan hər kəsi salmalayan heykəl isə Gürcü çarı Vaxtanq Qorqasala (440-502) aiddir. Əsası 1961-ci ildə qoyulmuşdur.
"Azadlıq parkı" kimi məşhur olan "Vake"-Tbilisinin ən böyük parklarından biridir. O qədər böyük və yaraşıqlıdır ki, gözəlliyindən doymaq olmur. Hər guşəsi, hər addımı onu seyr edənlərə yeni bir xoş ovqat bəxş edir. Şəhərin sakinləri, eləcə də bu yerlərə qonaq gələn əcnəbilər burada istirahət etməyi çox sevirlər. Park başdan- başa müxtəlif növ ağaclarla (əslində meşəliklə) əhatə olunub. Arasında ən çox yayılmış ağac növü Şamdır. Latınca "pinus" adlanan şamkimilər fəslinə aid olan Şam ağacı tənəffüs orqanlarına müsbət təsir göstərməklə yanaşı, həm də məxsusi bir estetik gözəlliyə malikdir.
Şəkildə gördüyünüz bu qadın heykəli isə Azadlıq rəmzidir. 1941-1945 -ci illərdə alman faşizmi üzərində qələbə şərəfinə ucaldılmış heykəldir. Gördüyünüz heykəl də "Sülh" parkındadır.
Bu heykəl Böyük Vətən müharibəsində həlak olmuş naməlum əsgərlərin şərəfinə ehtiramla ucaldılmışdır. Bu gün müasir dünyamız çox kövrəkdir. Elə bilirəm ki, hər hansı şəhərdə sülh uğrunda həyatlarını qurban vermiş qəhrəmanlara ehtiram olaraq abidələr ucaldılması, parklar salınması həmin şəhərin bütün dünya üçün sülh arzularıdır. Həmin şəhərə, o cümlədən Tbilisiyə qədəm basan istər rəsmi, istərsə də qeyri-rəsmi qonaqların ilk olaraq naməlum əsgərin məzarı üstə baş çəkməsi hər bir kəsi bəşəərin gələcəyi üçün cavabdehliyindən xəbər verir:
Göstərin hamıya insan dağını,
Dünya səksəkəli, qulağı səsdə,
Keçirin bəşərin yığıncağını,
Naməlum əsgərin məzarı üstə...
Bura "Mzuiri" parkıdır.
Əsasən uşaqlar üçün nəzərdə tutulmuşdur: Çavçavadze küçəsində yerləşən ən böyük park hesab edilir.
Park müxtəlif abidələrlə zəngindir. Bunlar isə uşaqların maraq dünyasını zənginləşdirməyə, parkda asudə vaxtlarını şən və maraqlı keçirməyə xidmət edir.
Bu isə "Pike" parkıdır.
Kür çayının sahilində salınmış böyük və yaraşıqlı parkdır. Park hər yaşdan olan insanlar üçün nəzərdə tutulmuşdur. Uşaq və yeniyetmələr, gənclər, təqaüdçülər, ailəli olanlar istirahət məkanı kimi bu parka çox üstünlük verirlər. "Rike" parkı eyni zamanda çılçıraqlı gecələri və rəngarəng fəvvarələri ilə məşhurdur. Tamamilə şəhərin mərkəzdə yerləşən bu park iki dağ arasında olması ilə seçilir. Bütün bu keyfiyyətləri onun hüsnünü daha da cazibədar edir.
Bu da Sülh körpüsü... (Mşvidobis xidi)
Piyadalar üçün keçid kimi inşa edilən bu körpü Kür çayının üzərində salınmışdır. Körpü II İrakli küçəsi ilə "Rike" parkını birləşdirir. 156 metr uzunluğunda olan bu asma körpünün dizayneri fransalı Filipp Martinodur.
Memarı isə italyalı Mikele Lukkidir.Onun Tbilisi şəhərində digər bir monumental abidəsi də ucalmaqdadır... Gürcüstan Daxili İşlər Nazirliyinin inzibati binası .
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən dəbli 10 qadın
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Xəyanətə fərqli baxış
Analar və qızları
Araz çayı dondu
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Körpələrə qulluq
Türkiyədə seçki başladı
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Dünyaya bənzəyən planet
Ya mənim olmalısan, ya da mənim...
Dünyada ən uzun şüşə körpü açıldı
Bağırsaq parazitləri və müalicəsi
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Şokoladın yeni bir faydası ortaya çıxdı
Bu ölkədə pivə sudan ucuzdu
Maddələr mübadiləsini sürətləndirək
"Qızıl qlobus"da yeni trend - FOTO
Bəyin 35, gəlinin 80 yaşı var - Dünya bu toydan DANIŞIR (FOTOLAR)
22 yaşlı oğlanı Marsda əbədiləşdirəcəklər - FOTOLAR
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Putin İrəvanı susdurdu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Nemtsovun qətlini kim sifariş verib?
Günün ulduz falı
Bakıda velosiped yarışı keçiriləcək
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Seda Sayanın oğlu sevgilisinə evlilik təklifi edəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Toya hazırsınızmı?
Müasir dərdin dərmanı - ...sevin!
İlham Əliyev 2 həftə vaxt qoydu
Kəsmikli peçenye"Zərf" (foto resept)
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Kartof salatı(foto resept)
Avtobus sürücülərinə nəzarət gücləndirildi
"Nokia" dövrü bitdi
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!
Sirli badımcan (foto resept)
Körpə nə qədər müddətə əmizdirilməlidir?
Barak Obama Santa Klaus oldu - FOTO
Evimizdə təhlükə
Hande Erçel arıqladı-FOTO
Yeni şalvar trendi
Məşhur aktrisa nişanlısından ayrıldı
Jurnalistlərə evlərin orderləri təqdim olundu
Ayaq qoxusunu aradan qaldıran təbii həll
Limon və sodanın gücü
Virtual autizm yayılır
- ŞƏRHLƏR