Qadin.NET / Gürcüstan-Tbilisi (3)

Gürcüstan-Tbilisi (3)

Gürcüstan-Tbilisi (3)

Əvvəlcə sizə Tbilisinin mərkəzi küçələrində və ya şəhərin ən gözəl yerlərində salınmış parklardan və heykəllərdən söz açacağam. Çoxları  bu heykəllərin yanından keçərkən nə onun arxitektura və memarlıq üslubuna, nə də həmin ərazi-məkan kompleksinə verdiyi yaraşığa əhəmiyyət vermirlər. Halbuki bunlar çox mükəmməl sənət nümunələridir və böyük  zəhmət bahasına  başa gəlmişdir.

İndi isə birlikdə həmin gözəlliklərlə tanış olaq. 

Şəhərə daxil olarkən gördüyümüz ilk mənzərə Kür sahilindəki bu dağ olur... 

Gürcüstan-Tbilisi (3)

Onun üzərində gördüyünüz  bina qədim Metex  kilsəsidir. 12 əsrdən çox tarixə malikdir.   Şirvanşah  III Mənüçöhrün həyat yoldaşı Tamara (Gürcü çarı IV Davidin qızı) 1160 -cı ildə döyüşə çıxmazdan əvvəl bu kilsədə dua edib. Deyilənə görə, Tamara ömrünün sonuna kimi  Allaha ibadət edərək yaşamışdır. Bu kilsədə şəhərə qədəm qoyan hər kəsi salmalayan heykəl isə  Gürcü çarı Vaxtanq Qorqasala (440-502) aiddir. Əsası 1961-ci ildə qoyulmuşdur. 

Gürcüstan-Tbilisi (3)

"Azadlıq parkı" kimi məşhur olan "Vake"-Tbilisinin ən böyük parklarından biridir. O qədər böyük və yaraşıqlıdır ki, gözəlliyindən doymaq olmur. Hər guşəsi, hər addımı onu seyr edənlərə yeni bir xoş ovqat bəxş edir. Şəhərin sakinləri, eləcə də bu yerlərə qonaq gələn əcnəbilər burada istirahət etməyi çox sevirlər. Park başdan- başa müxtəlif növ ağaclarla (əslində meşəliklə) əhatə olunub. Arasında ən çox yayılmış ağac növü Şamdır. Latınca "pinus" adlanan şamkimilər fəslinə aid olan Şam ağacı tənəffüs orqanlarına müsbət təsir göstərməklə yanaşı, həm də məxsusi bir estetik gözəlliyə malikdir. 

Gürcüstan-Tbilisi (3)
Gürcüstan-Tbilisi (3)

Şəkildə gördüyünüz bu qadın heykəli isə Azadlıq rəmzidir. 1941-1945 -ci illərdə alman faşizmi üzərində qələbə  şərəfinə ucaldılmış heykəldir. Gördüyünüz heykəl də "Sülh" parkındadır.  

Gürcüstan-Tbilisi (3)

Bu heykəl Böyük Vətən müharibəsində həlak olmuş naməlum əsgərlərin  şərəfinə ehtiramla ucaldılmışdır. Bu gün  müasir dünyamız çox kövrəkdir. Elə bilirəm ki, hər hansı şəhərdə  sülh uğrunda həyatlarını qurban vermiş qəhrəmanlara ehtiram olaraq abidələr ucaldılması, parklar salınması  həmin şəhərin bütün dünya üçün sülh arzularıdır. Həmin şəhərə, o cümlədən Tbilisiyə qədəm basan  istər rəsmi, istərsə də qeyri-rəsmi qonaqların ilk olaraq naməlum əsgərin məzarı üstə baş çəkməsi hər bir kəsi bəşəərin gələcəyi üçün cavabdehliyindən xəbər verir:

Göstərin hamıya insan dağını,

Dünya səksəkəli, qulağı səsdə,

Keçirin bəşərin yığıncağını,

Naməlum əsgərin məzarı üstə...

Gürcüstan-Tbilisi (3)

Bura "Mzuiri" parkıdır.

Əsasən uşaqlar üçün nəzərdə tutulmuşdur:  Çavçavadze küçəsində yerləşən ən böyük park hesab edilir. 

Park müxtəlif abidələrlə zəngindir. Bunlar isə uşaqların maraq dünyasını zənginləşdirməyə, parkda asudə vaxtlarını şən və maraqlı keçirməyə xidmət edir. 

Gürcüstan-Tbilisi (3)
Gürcüstan-Tbilisi (3)

Bu  isə "Pike" parkıdır.

Kür çayının sahilində salınmış böyük və yaraşıqlı parkdır. Park hər yaşdan olan insanlar üçün nəzərdə tutulmuşdur. Uşaq və yeniyetmələr, gənclər,  təqaüdçülər, ailəli  olanlar istirahət məkanı kimi bu  parka çox üstünlük verirlər. "Rike" parkı eyni zamanda çılçıraqlı gecələri və rəngarəng fəvvarələri ilə məşhurdur. Tamamilə şəhərin mərkəzdə yerləşən bu park iki dağ arasında olması ilə seçilir.  Bütün bu keyfiyyətləri onun hüsnünü daha da cazibədar edir.

Gürcüstan-Tbilisi (3)

Bu da Sülh körpüsü... (Mşvidobis xidi) 

Gürcüstan-Tbilisi (3)

Piyadalar üçün  keçid kimi inşa edilən bu körpü Kür çayının üzərində salınmışdır. Körpü II İrakli küçəsi ilə "Rike" parkını birləşdirir. 156 metr uzunluğunda olan bu asma körpünün dizayneri fransalı Filipp Martinodur.

 

Gürcüstan-Tbilisi (3)

 

Gürcüstan-Tbilisi (3)

 

Gürcüstan-Tbilisi (3)

 

Memarı isə italyalı Mikele Lukkidir.Onun Tbilisi şəhərində digər bir monumental abidəsi də ucalmaqdadır... Gürcüstan Daxili İşlər Nazirliyinin inzibati binası .

Gürcüstan-Tbilisi (3)

Ardı var...

12 yanvar 2013
GO BACK