Bakıda hava
USD AZN
EUR AZN
3 aprel 14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Şəklin mən olaram, ata!

 

Şəklini böyüdə bilmirəm, ata,
Şəkil böyüdənə verə bilmirəm.
Səninlə bağlıydım yurda, həyata,
Sənsiz bu dünyanı görə bilmirəm.

Söz səndən düşəndə qırılır sözüm,
Səssizlik gəzirəm, dözmürəm səsə.
Böyük şəkillərdən su içmir gözüm,
Şəklin böyüyündən qorxuram, nəsə...

Ürəyin başından asılan kəsi,
Xalıdan, divardan asmaq çətindir.
Yoxdursa bir evdə ata nəfəsi,
Gözlər sataşanda susmaq çətindir.

 

Gəlmək istəmirəm sənlə üz-üzə,
Çiynimdə daşınmaz bir yük dərdi var.
Balaca şəkillər az dəyir gözə,
Böyük şəkillərin böyük dərdi var!

Heç zaman uymazdın bər-bəzəyə sən,
Şəkilsiz yazı var baş daşında da.
Sənə özün qədər oxşayan mənəm,
Şəklin mən olaram yüz yaşında da!

 

Zəlimxan Yaqub

Səslərin sayı: 12
43
35168
Şərhlər
Offline
Yağmur damlası
Yagmur caaaaaaan men sene demishem de sen hech zaman eyilmeyeceksen,kovrele bilersen aglamayacaqsan...Guclu olmalisan her zaman ve butun omur boyu..en azi yoldashin ,balan bacin uchun...Sen yoxsan tetildesen qayidib gelende bunu oxuycaqsan onda artiq 2 ay ve ya 1 ay kechmish olacaq,o zaman bu yazini yeniden canlandirariq...Darixirameee senin uchun..Sen yoxsan deye serial da yoxdur...amma 1-2 sinin acigina gonderecem,ultimatumlarim da hazirdir...Demishem her zaman realliqda da senin uchun Gulenay var,meni ozune dag bilersen,senin dagin chox agacin kokun ozunde saxlayir...Atasizliq ,anasizliq heyat bir gunde sensiz heyat demekdir...Ne men ,ne sen ne de hech kim bu dunyani tutub durmayacaq..

Canim menim ,men olmayanda bele meni xatirlayanim.ne xosbextem ki,unudulmamisam ,qelblerde heleki varam.cox sag ol canim menim senin bu urekle yazdigin sozleri oxuduqca gozlerim yasardi,duz deyirsen bu dunyada hec birimiz esrlerle yasamayacagiq,amma ele yasayaq ki,sonradan qelblerde iz qoymus olaq.sag ol baci Allah dayagin olsun,her zaman qelbini sevindirsin,senin sozlerin mene quvvet verdi.

Louis Vuitton,
canim bacim,unutmadigin ucun cox-cox sag ol.bu mene heyat verir,bilende ki sevilirem.
20 iyul 2013 21:20
Offline
Жасмин.
Men de atadan yaraliyam,hec ondan doymadim ucdu getdi ellerimden,ureyim yanir hemise yeri gorunur,qizildan qiymetli varligimi itirdim ve o gunden bu gune saga-sola,ireli-geri baxmaqla onu axtariram,sanki indi tapacagam kimi,geri gelecekmis kimi gelir mene belke de meni yasadan da ele budur,onun olumune inanmiram...
5 iyul 2013 02:33
Offline
Nigar
wer yeniden oxudum Allahima wukr olsun her verdiyi nemete gorede ezaba gorede amma bilmirem niye her cetinliye duwende ozumden ixtiyarsiz aglayiram deyirem kaw ki atam yanimda olaydi bele olmazdi yenede wukr(((((
28 iyun 2013 15:30
imza: Allahın cümləmizə yar olsun amin
Offline
MAYA EL
Allah bütün valideyinlərimizə ömür versin amin
28 iyun 2013 15:26
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
alisa1971
Ata, sənə ehtiyacım var, hər zaman. uşaqkən, cavan ikən, qoca ikən. Ata, sənə ehtiyacım var, üzbəsurət, canlıykən. Məni dinləyəcəyinə söz vermişdin. Nə oldu, ata, niyə gəlmədin ? səni çox, lap çox gözlədim. Səhərlər, axşamlar. Səhərlər gəlmədin, axşamlar gözlədim, axşamlar da gəlmədin. Onda dedim, yuxularıma gələrsən, onda da gəlmək istəmədin, niyə , ata? Axı, səni çox gözlədim. sənə deyiləsi sözüm çox idi, lap çox, həyatımın enişli-yoxuşlu günlərini sənə danışacaqdım, anamın tək başına çəkdiyi əziyyətləri anlatacaqdım, amma sən gəlmədin, niyə ? Bir də sənə deyəcəyim, var idi, qollarımı var gücümlə açıb "Səni dağlar, dərələr, dənizlər , bir sözlə dünyalar qədər sevirəm" deyəcəkdim, ata. Niyə gəlmədin, niyə....
18 iyun 2013 13:53
Offline
Sevgi.
Sevgi.,
canım hamıdan böyük Allah var sən ümüdünü ona bağla
deki böyük dərdim yoxdu böyük Allahım var , o verəcək elə haqsızların cəzasını öz canları üstə, yazıq atasız qızı incitmək hələ kişilik sayılmır
Elbette Allahim var hersheyden hamidan boyuk ele Allahima siginiram hersheyde her yerde ele bilirler ele omru boyu bele qalacaqlar Allah bilen meslehetdi
18 iyun 2013 12:13
Offline
Fatma xanım
Sevgi.,
canım hamıdan böyük Allah var sən ümüdünü ona bağla
deki böyük dərdim yoxdu böyük Allahım var , o verəcək elə haqsızların cəzasını öz canları üstə, yazıq atasız qızı incitmək hələ kişilik sayılmır
18 iyun 2013 11:46
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Sevgi.
Sevgi.,
həyat neyləsinki insanlar müharibə salıb, həyat neyləsin ki bəzikişilər qızların atasızlığından istifadə edib onları əzirlər ,qoy həyatın yox onlarınüzü qara olsun

Canim Fatma xanim ele menide yandiran buduki danishanda bezi kishiler ele danishirki ele bil alchaq daglari yaradib shehidin qizini ezmekle qehremanliq edir
18 iyun 2013 11:43
Offline
tutu abbaszade
1ce bendini oxudum,qalanina menevi gucum catmadi.atam menim nefesidi,canimdi.onun adi gelende dodagim quruyur.Allah valideynlerimizi basimizdan eksik elemesin,amin
18 iyun 2013 00:35
Offline
Vəliyeva Arzu
ALLAH BÜTÜN ATA VƏ ANALARIN ÖMRÜNÜ UZUN ETSİN.
17 iyun 2013 23:13
Offline
Aysel İ.
Gözəl şeirdir. Yağmurcum Allah atana rəhmət eləsin.
17 iyun 2013 19:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥A.Ravana♥
Şeirə söz ola bilməz ,çox gözəl və duyğulu şeirdir.Bütün dünyasını dəyişən valideynlərə Allah rəhmət eyləsin,qalanlara can sağlığı versin Amin.
17 iyun 2013 16:29
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Hacət-i Vuslat
Yağmur damlası,bacım,Allah heç kimi gücündən artıq yükləməz.Sən Rəbbimizin güclü bəndəsisən ki,qismətinə belə sınaq yazılıb...Səni az da olsa tanıyıramsa,bilirəm ki,təvəkkü sahibisən inşaAllah...axı,Rəbbin kimi arxan var,O olan yerdə hər şey artıqdır...
Gözəl şeirdir.çox sağol...
17 iyun 2013 01:20
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Louis Vuitton
o zaman bu yazini yeniden canlandirariq..

Mən də o zamanı gözləyirəm, gəlsin özü burda olanda fikrimi yazacam.
16 iyun 2013 21:56
Offline
איסון ממדוב.
cox gozel seirdi men atami korpe vaxti itirmisem oxudum cox kovreldim
16 iyun 2013 21:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
ISMAYIZADE.T
ALLAH CEMI VALDEYNLERE CAN SAGLIGI VERSIN.REHMETE GEDENLERIN DE QEBRI NURLA DOLSUN.AMIN
16 iyun 2013 20:22
Offline
GulenaY
Guluw Serdarqizi,
bilmirem gulum ya esebleshim ya indi seni acilayim,ya qaqqilti chekim gulum,amma duzunud esem uzumde gulush yarandi..boyyyyyyy ay qiz men harda yazmisham ki,atam rehmete gedib?))))Kishini niye diri diri olu eledin?lolYaxshi heqiqeten bunu bilmeden yazdigini bilirem....Bashqasina kechmezdim...Hem de men hech zaman shexsi ailemi muzakire etmemishem etmeyecem de...Menim ailem haqqinda umumiyyetle hech kim burda hech ne bilmir,chunki yazmamisham hech zaman...Hech bilmeyecekler de..O ki,qaldi senin yazdigina bele deyim teki bir gun her bir valideyn axiretinde Cennetlik olsun)
16 iyun 2013 19:33
Offline
Samir Aliyev
Cox sagolun give_ros
16 iyun 2013 19:26
Offline
Gulum
Qizlar hemiwe atalarina bagli olurlar allah her bir qiza ata xeyr-duasi qismet etsin Hec bir valideyn bu dunyadan vaxtsiz kocmesin Gulenay canim atanin yeri behiwt olsun
16 iyun 2013 19:20
Offline
GulenaY
Yagmur caaaaaaan men sene demishem de sen hech zaman eyilmeyeceksen,kovrele bilersen aglamayacaqsan...Guclu olmalisan her zaman ve butun omur boyu..en azi yoldashin ,balan bacin uchun...Sen yoxsan tetildesen qayidib gelende bunu oxuycaqsan onda artiq 2 ay ve ya 1 ay kechmish olacaq,o zaman bu yazini yeniden canlandirariq...Darixirameee senin uchun..Sen yoxsan deye serial da yoxdur...amma 1-2 sinin acigina gonderecem,ultimatumlarim da hazirdir...Demishem her zaman realliqda da senin uchun Gulenay var,meni ozune dag bilersen,senin dagin chox agacin kokun ozunde saxlayir...Atasizliq ,anasizliq heyat bir gunde sensiz heyat demekdir...Ne men ,ne sen ne de hech kim bu dunyani tutub durmayacaq..
16 iyun 2013 18:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış