Bakıda hava
USD AZN
EUR AZN
09:30Xəyalə Murad Sabah;n;z xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41593

Maska

Maska

Zəngili saatın səsi gözlərini açdı.

Qolunu yan tərəfə doğru uzadıb ərini nəzarət edib. Yerində yox idi. Demək, ondan əvvəl qalxmışdı.

Düşündü. Görəsən çayı dəmləmiş idimi?

Dərhal maska çantasını açdı, yanına "xoşbəxt" və "çılğın" maskalarını aldı. Mətbəxə gedəndə çayın hazır olduğunu görəndə xoşbəxt maskasını taxıb səhər yemək hazırlığına başladı.

Səhər yeməyi hazırlayarkən bir ara kiçik oğlunu oyatmağa getdi. Otağa girərkən "mehriban" maskasını taxıb. Uşağı oyadıb bağça üçün hazırlayarkən, içindəki laqeydlik və şəfqət duyğularının müharibəsini uşaqdan gizlədirdi üzündəki maska.

Səhər yeməyindən sonra hazırlanıb işə getmək üçün yola çıxarkən "rəngli" maskasını taxıb. Liftdə qonşusuyla qarşılaşdıqda dərhal "ilgili" maskasını üzünə keçirib soruşdu.

Ötən gün sizin qız bir az öskürür kimiydi. Necədir  yaxşı oldu mu?

Lift enənə qədər davam edən və küçəyə çıxana qədər davam edən bu söhbət vidalaşma fəsli bitdikdən sonra yenidən əvvəlki maskasına döndü.

İş yerinə gələndə ilk əvvəl mühafizə ilə qarşılaşdı. Mövqeyinin də təsiri ilə bir az yuxarıdan bir salam verərkən "təkəbbürlü" maskasını üzünə keçirmişdi belə.

İşi ilə laqədər müxtəlif insanlarsa münasibətdə  olduğu üçün müxtəlif növlü maskalar taxıb çıxarıb.

Kiminə şirin dilli, kiminə ciddi, kiminə sərt, kiminə kübar, kiminə səmimi, kiminə də soyuq maskalarını göstərdi.

İşdən çıxıb evə qayıdarkən yenə üzündə olan rəngli maskası, üzündəki yorğun və bitkin ifadə çətinliklə örtürdü. Hər axşam olduğu kimi yenə məscidin önündən keçəcəkdi. İlin bu günləri adətən məscidinin önündən keçirdi və  həmişə namaz çıxışına rast gəlirdi. Of! Yenə camaatın arasında qalacaqdı. 

Təxmin etdiyi kimi tam məscidə yaxınlaşanda camaat axşam namazından dağılırdı. Öndə uşaqlar və gənclər, arxasınca orta yaş nəsli, ən arxada da yaşlılar məsciddən dağılırdılar.

O qədər yorğun idi ki, heç kəsə toxunmadan o izdihamdan keçmək istəyirdi. Sanki birinə toxunsa elə ordaca yıxılıb qalacaqdı.

Bir an özünü çaydan digər tərəinə keçməyə çalışan, amma ayaqlarının islanmasına istəməyən bir kimi hiss etdi.

Gözünü qaraldıb izdihama getdi. İzdihamın arasından keçərkən çox qəribə bir şey diqqətini çəkmişdi. Namazdan çıxanların demək olar ki, hamısının üzündə eyni maska vardı. Bilmədiyi bu maska çox xoşuna gəlmişdi.

Bu maskadan istəyirəm.

Dedi öz-özünə. "Kim  taxırsa yaraşmış". Və başladı bu maska axtarmağa. İnternetə girib, dostlarına soruşdu, kitabları axtardı, amma bir növü bu maska tapmadı.

Görəsən bu maska məsciddə paylayırdılar?

Elə olmalıydı. Nə edib edib öyrənməliydi.

 

Günlərin bir az da uzanması artıq iş çıxışında məscidin önündən keçidi, camaatın namazdan çıxışına de namaza giriş vaxtına qədər təsadüf edrdi. O gün marağı onu camaatla birlikdə məscidə saldı. Arxalarda bir yerdə oturub baxmağa başladı. Tez gəldiyi üçün camaat yeni yeni məscidə girirdi. Gələnlərin üzlərinə baxdı. Bir çoxunda o maska yox idi. Demək, içəridə paylanılırdı bu maskalar.

Hər kəs namaza durmuşdu. O da arxadan onları izləyir və maskaların dağıdılmasını gözləyirdi.

Görəsən bu maskalar üçün pul istəyirlər? İstəsələr nə qədərdi?

Namaz qılanları arxadan izləyərkən  düşüncələrə dalmışdı. Bu arada da camaat fərzin sonuna gəldi. Salam verdikdə üzülərini gördü və çaşıb qaldı. Hamı maskasını taxmışdı.

"Yaxşı amma nə vaxt dağıtdılar bunları? Məgər mən başqa şeylər düşünərkən gözümdən mi qaçdı"? Deyə düşündü. Amma bilirdi ki, namaz zamanı başqa şeylə məşğul olmaq olmaz, maska də dəyişilməz. Onun məscidə girərkən mi çıxarkən düşünərək məsciddən çıxdı. Evə gedəndə də hələ də düşünməyə davam edirdi. Ən sonunda bu işin namaz bir əlaqəsi ola biləcəyinə qərar verib. Uşaqlıqda ona da necə namaz qılınacağı öyrətmişdi, amma aradan o qədər vaxt keçmişdi ki

 Oğlunu yatırdıqdan sonra internetin başına keçdi. Və unutduqlarını xatırlamağa çalışdı.

 Duaları xatırlamışdı, amma namazın mahiyyətini, niyə namaz qıldığını xatırlamamışdı. Çünki uşaqlıqda namazın necə qılınacağı və oxunacaq surə və dua əzbərlədi ancaq nə olduğu ilə bağlı bir məlumat verilməmişdi.

 Qısa bir araşdırmadan sonra namazın bir müsəlman üçün vacib olduğunu öyrəndi. İnsanın gündə beş dəfə, özünü yaradan, başda həyat, ağıl, iman, sağlamlıq və ruzi kimi saysız nemətləri verən rəbbinin hüzuruna çıxıb, minnətdarlıq və bağlılığını şəxsən ifadə etməsi namaz.

 Namaza getdi. Adət etdiyi kimi hansı maska taxacağına qərar verə bilməmişdi.

 Bir dənəsini alıb taxdı, amma olmadı. Çünki Rəbb onun doğru olmadığını bilirdi. Sonra başqası, bir başqası nəticə həmişə eyni idi. Hamısını eyni səbəblə çıxardı. Çünki Rəbbi maskanın altını görür.

Sonunda maskasız olaraq namaza dayandı. Namaz boyu da Rəbbini düşündü.

Namazın sonuna gəlmişdi. Salam verdikdə yanında namaz qıldığı dolabın qapısındakı boy aynasında özü ilə göz gözə gəldi.

Amma bu maska.

Xeyr. O üzündə gördüyü şey maska deyildi.  O hüzur idi.

Səslərin sayı: 5
22
1965
Şərhlər
Offline
●♥ Səma ♥●
Təşəkkürlər,Asi.Çox gözəl,təsirli hekayə paylaşmısan.Allah razı olsun,canim mənim.
4 fevral 2015 21:27
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
Sonunda maskasız olaraq namaza dayandı. Namaz boyu da Rəbbini düşündü.

Namazın sonuna gəlmişdi. Salam verdikdə yanında namaz qıldığı dolabın qapısındakı boy aynasında özü ilə göz gözə gəldi.

Amma bu maska.

Xeyr. O üzündə gördüyü şey maska deyildi. O hüzur idi. give_ros
4 fevral 2015 21:12
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

    1918-ci ildə 100 milyona yaxın insanın ölümünə səbəb olan “ispan qripi”nin də öhdəsindən gəlməyi bacaran Zanusso koronavirusa qalib gələn ən yaşlı insan hesab edilir.
  • İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu

    Allah şəfa versin görək necə olur axrımız
  • Zirəddin Rzayev koronavirusla bağlı danışdı - VİDEO

    O, bu müddət ərzində virusa yoluxan şəxslərin sayının da tədricən azalacağını qeyd edib.
  • Rusiya koronavirusdan ölənlərin sayını gizlədir?-VİDEO

    Lakin həmin vaxt onun arxasındakı ekranda 5389 yoluxan və 45 ölü barədə məlumat yazılıb.
  • Kartoflu çörək (video-resept)

    Şəkərbura içliyini qoyub bişrmək olar
  • Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO

    Hərracda adı mətbuata açıqlanmayan şəxs Maykl Ceksonun əlcəyini 104 031 dollara əldə edib.
  • İllərə görə ən çox qazanan filmlər (1971-2000)

    En gozel kinolar o vaxt cekilib ele
  • 07:06 - Müəllif: PeteridextDQ
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    график анализ беременных : когда сдавать анализы при беременности когда сдавать анализы при беременности График посещения врачей и сдачи анализов 26 недель
  • 03:14 - Müəllif: karinfakyTV
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Здравствуйте, открыли магазин по продаже техники за 40 процентов от цены! Кому интересно пишите мне. ?ли смотрите профиль @rabotadropom882
  • 23:40 - Müəllif: EugenejedJN
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Всем привет я встретила тут магазин по пряже домпряжи.рф В чем собственно мой вопрос: Хотела тут кое-что купить купить шерстяной плед Подскажите пожалуйста кто что знает об этом маказине ? ?м можно доверять? Кто где пряжу еще берет?
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!