Uşaqlar eyni zamanda fərqli dilləri rahatlıqla öyrənə bilərlər
Əgər övladınız iki fərqli dillə böyüyürsə (məsələn, evdə ana dili, uşaq bağçasında, məktəbdə ingilis, alman, ya da rus dili), bu, onun üçün gələcəkdə böyük şansdır. Tədqiqatlar göstərir ki, valideynləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar iki və ya üç dili rahatlıqla mənimsəyə bilirlər. Əsasən balaca uşaqlar üçün ailə üzvləri arasındakı danışıqların dəqiq qaydada aparılması çox vacibdir.
Uşaq bağçası övladınız üçün bir şansdır
Uşaq bağçasında övladınız gələcəkdə məktəb dövrü üçün çox vacib olan dil inkişafına sahib olur. Bu səbəbdən övladınızın 3 yaşından etibarən uşaq bağçasına getməsi ona böyük bir dəstək ola bilər. Uşaq bağçasında tərbiyəçilər müxtəlif dil öyrədən oyunlar, mahnılar, şeirlər və kitablar vasitəsilə uşaqlarda ana dili və xarici dili mənimsəmək vərdişlərini inkişaf etdirirlər.
Övladınızla hansı dildə danışırsınız?
Bəzən valideynlər övladlarına xarici dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər. Bu yanlışdır. Valideynin bildiyi və rahat danışdığı dildə, yəni ana dilində danışması daha məqsədəuyğundur. Çünki, bu dildə valideyn bütün sözləri bilir və cümlələri rahatlıqla qurur. Beləliklə, övladınız dil üçün lazım olan əsas təmələ sahib olur. Əgər övladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsusi tərbiyəçilərin köməyindən faydalanmalısınız.
Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?
Bir uşaqla dil məşqi etmək mümkün deyil. Dil uşaqlarda davamlı danışmaq və dinləməklə inkişaf edir. Belə ki, kitablardakı rəsmlərə baxdığı zaman, ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilikləri artır. Gündəlik söhbətlər uşaq üçün çox vacibdir. Hər gün gördüyünüz hadisələrdən onunla danışın. Övladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır. Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir. Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər. Hərdən onlar yeni sözlər icad edib dil ilə oynayırlar. Bu, çox səmərəli oyundur və dilin inkişafına kömək edir. Bir kəlməni doğru ifadə etmədiyi zaman övladınızın səhvini düzəltməyə tələsməyin. Onların səhvlərini tez-tez düzəltdiyiniz zaman onlar gələcəkdə sizinlə danışmaqdan çəkinərlər. Bunu tədricən etmək lazımdır.
Uşaqların dil biliklərini artırmaq və inkişaf etdirilməsi üçün çeşidli oyunlar mövcuddur.
Bir kitabı yüksək səslə oxumaq, nağıl və hekayələr danışmaq, rəsmlərə bərabər baxmaq, şeir danışmaq və mahnı oxumaq dilin öyrədilməsində əvəzedilməz rola malikdir.
XƏBƏR LENTİ
Uşağınız diş fırçalamağı xoşlamırsa
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Özbək aşı (foto resept)
Sizcə bu dairədirmi?
Ecazkar xanımların seçimi
Həzi Aslanov yad edildi
Qış dekorasiyası
Obama sərt danışdı
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Kredit borcu olanlara XƏBƏR VAR
Ailədə uşaqların tərbiyəsi
Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır
Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı
"Barbi" gəlincikləri də "ağıllan"dı
Namaz: Allaha ibadət, yoxsa...?
Bakıda nəhəng yolka qurulur
Bakıda hava yağmurlu olacaq
Siqaret çəkmək intihara sövq edir
Vanilli pudinqli biskvit (foto resept)
Pensiyalar haqqında yeni QANUN
Çəkisizlik immuniteti azaldır
Azərbaycanda qeyri-adi ev - VİDEO
Yeni il tortları və peçenyeləri
Məhsuldarlıqdan razı, qiymətdən narazı
Naxçıvanda da dərslər təxirə salındı
Evdə hazırlanan təbii əl kremləri
Son dəb makiyaj üsulu
Almalı keks (foto resept)
İki ailə
Dahilərin müdrik sözləri
Adriana Limanın bu FOTOsu diqqət çəkdi
Yeniyetməlik dövründə müşahidə olunan davranışlar
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Sarkisyan: "Qarabağ uğrunda müharibə bitməyib"
Yeni "Kalaşnikov"lar gəlir
Kişi arvadını çemodanla apardı
AFFA daha bir türk futbolçunu milliləşdirdi
“Gucci” erməni qıza görə lağa qoyuldu - FOTO
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
HAVA necə olacaq?-26 dekabr
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
İrandan şok açıqlama
Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Erkən qocalmanın qarşısını almaq üçün 10 yol
Sağlam qocalın(2)
“CNN Türk”ün xanım əməkdaşı Azərbaycanla bağlı xatirələrini paylaşdı –VİDEO
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
- ŞƏRHLƏR