Heç düşünmüsünüzmü ki, nəyə görə uşağa oyuncaq alırlar? Deyəcəksiniz: "Çünki uşaq oynamalıdır". Uşağın yanında, otağında onlarla oyuncağın olmasının mənası yoxdur, çünki hər uşağın öz sevimli oyuncağı olur. Balaca körpənin sanki həyat yoldaşına çevrilən oyuncaq uşaq psixologiyasının formalaşmasında xüsusi rol oynayır.
Oyuncaqlar təzə doğulmuş körpədən tutmuş 7 yaşına kimi uşağa müəyyən mərhələləri keçmək üçün lazımdır. Hərəkət edir, deməli, düşünür.
2 ayından 7 ayına kimi körpələr yalnız bu anı ilə yaşayır - nə keçmişi var, nə də gələcək barədə fikirləri. Onun üçün oyuncağın bahalı olub-olmamasının da fərqi yoxdur. O, sadəcə çoxlu əşya görməli, toxunmalı, hiss etməlidir. Bu ərəfə baxış-hərəkət-toxunuş düşüncə növü adlanır.
Əsas əşyanın olmasıdır, fərqi yoxdur necə oyuncaqdır. Təki uşaq onun formasını, ölçüsünü, rəngini, ətrini, çəkisini hiss etsin və öyrənsin.
Əslində uşağa adi ev əşyaları da bəs edər, təki əşya olsun. Məgər kasıbın, imkansızın uşağı həyatı bahalı yumşaq oyuncaqlarla öyrənir? Körpə üçün nə fərqi var? Hətta öz əlinizlə də müxtəlif fiqurlar düzəldə bilərsiniz. Bu yaşda uşağın oyuncaqla oynaması oynamaq sayılmır. Amma bu ərəfədə onun ətrafında formaca müxtəlif əşyalar nə qədər çox olsa, körpə bir o qədər inkşaf edəcək, hissiyatı güclənəcək, baxışları iti olacaq. Əvəzinə siz qohum-qonşunun yanında övladınızın oyuncaqlarının çoxluğu ilə qürurlana bilərsiniz.
Nitq və düşüncənin inkişafa başladığı 3 yaşdan sonra uşaq şəkilli kitablar, rəsmlər, konstruktorlarla ünsiyyətdə olmalıdır.
7 ayından 2 yaşına kimi uşaq obrazları tanımalıdır. Daha hərəkətli olan uşaq şəyaları təhlil edir, üz quruluşunu yadda saxlayır, hətta özlüyündə onlarla danışır. Axı uşağın təkcə ata və anası hər gün yanında olur, onun üçün bu qədər obraz azdır. İt oyuncağının hürməsi, pişiyin miyoldaması, quşun cəh-cəhi, ya nağıl qəhrəmanının mahnı oxuması körpə üçün böyük dünyaya hazırlıqdır. O bu əşyalarla özünü kiçik dünyasını yaradır. Bu aləmdə hansı oyuncaqların olması isə böyüklərdən asılıdır. Hər mənasız, lazımsız, qorxulu obrazlı oyuncaqları almayın.
3 yaşdan sonra yeri rəsmlər almalıdır
Nitq və düşüncənin inkişafa başladığı 3 yaşdan sonra uşaq şəkilli kitablar, rəsmlər, konstruktorlarla ünsiyyətdə olmalıdır, nəinki halqa, şax-şax və rezin rəngli oyuncaqları qarşısına düzüb baxmaq. Məhz bu ərəfədə uşağın fantaziyası formalaşır. Vacib deyil ki, onun ürəyi at istəyirsə, ona eyniylə ata oxşar oyuncaq alasınız. At rolunu adi dəyənək, çubuq, hətta qaşıq da oynaya bilər. Oyun o zaman oyun olur ki, uşaq asanlıqla real əşyaları öz aləmində ona lazım olan obrazın yerinə qoyur. Məsələn: o, ev qurmaq istəyir, ona konstruktor lazımdır. Amma o, kiçik çınqıl, rəngli daşlar, hətta kağızdan da ev qura bilər. Uşağa hər şeyi hazır versəniz, o böyüyəndə əvəz etmək üçün variantlar düşünməkdə çətinlik çəkəcək, həyat ona çətin gələcək, həmişə "hazıra nazir olmaq" istəyəcək. Sonra oturub fikirləşməyin ki, uşaq niyə belə tənbəl oldu?
Ana təbiət təkcə heç nə bilməyən körpəni deyil, heyvanların balalarını da oynamağa vadar edir. Çünki həyat tamaşadır, oyundur. Onsuz da sonradan həyatda oynayacaq, onun məşqini uşaqlıqdan düzgün qurmaq lazımdır. Oyuncaqlar gələcək insanın ilk oyun atributlarıdır. Çalışın aldığınız oyuncaqlar işə yarasın. Uşaqlar üçün 5 yaşından sonra sevimli nağıl qəhrəmanlarının surətlərini almağa başlamalısınız və bu seçimi onlar özləri etməlidir.
Bu oyuncaqlarla uşaqlar baxdıqları cizgi filimindəki hərəkətləri təkrarlayacaq, dialoqlar quracaq, həm də həyatı ona maraqlı gələcək. Əgər uşaq konkret nağıl qəhrəmanını istəyirsə, onu alın, başqa oyuncaqlarla onu yormayın. Çünki uşaq ona nə lazım olduğunu valideynlərindən yaxşı bilir.
Allah bütün körpələri öz himayəsində qorusun inşaAllah. Olmayanlara qismət olsun.
XƏBƏR LENTİ
Kişilərin evini yıxan mobil bəla
Beren Saat və Kenan Doğulu aylar sonra ilk dəfə-FOTO
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Aspirin maskasıyla gözəlləşək
Mənim çətinliklə dünyaya gətirdiyim balam
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Əl yazısı sıradan çıxır?
Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO
Ən dəbdəbəli təyyarə interyerləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Talisman, yoxsa mif?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Cəbhə xəttində gərginlik
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
Astronomiyadan təsirlənən manikür
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
Koreyski kələm (foto resept)
Ombudsman müraciət etdi
Gül ləçəklərindən ayaqqabılar
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Yağ yandıran 2 detoks
HAVA necə olacaq? 15 Mart
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Lauranın əl işləri
Texas pirojnası (foto resept)
Pivə içənlər diqqətli olun
Çantalar
Gözəl geyim və aksessuarlar
Love story
Hava haqqında
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Yataq otağı dizaynları
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Tənhalıq ölümcüldür
İmtahanın ən yüksək nəticələri açıqlandı
Bakı metropolitenində fləşmob
Süd və süd məhsullarının faydaları
Yağlı dəridən necə xilas olmalı?
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
"Əsədin dişi aslanları"
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Həyatın mənasını itirmişəm (Suala cavab)
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Tətildə izləyə biləcəyiniz filmlər
"Azərbaycanda 30 min erməni yaşayır"
SMS-lər populyarlığını itirir
- ŞƏRHLƏR