Bir çox ailələrdə uşaqların nəinki xoşagəlməz, hətta nalayiq söz və ifadələrə məruz qalması danılmazdır. Acınacaqlı haldır ki, uşaqlar belə ifadələrə məhz valideynləri tərəfindən məruz qalırlar. Bu barədə aparılan bir çox söhbətlər və müşahidələr təsdiq edir ki, valideynlər arasında nisbət fərqini nəzərə alaraq belə səhvlərə yol vermə faktları ümumi xarakter daşıyır. Təsadüfi deyil ki, uşaqların təlim-tərbiyəsi məhz ana ilə sıx bağlıdır. Ata günün böyük hissəsini əməyə sərf etdiyi üçün övladlarına kifayət qədər vaxt ayırma imkanından məhrum olur. Bu səbəbdən uşaqların həyat təməli əsas etibarilə ana tərbiyəsi üzərində qurulur və möhkəmlənir. Uşaqların xarakteri və həyat tərzində xoşagəlməz ifadələrin təsiri böyükdür. Valideynlər belə ifadələri uşaqlar onları əsəbləşdirdikdə, bir iş görərkən müəyyən səhvə yol vermələrinə səbəb olduqda, itaətsiz davrandıqda, inadkarlıq etdikdə və s. bu kimi emosional hallarda söyləyir və bununla alovlanan qəzəblərini yatırdıqlarını güman edirlər. Lakin bunun gələcəkdə uşaqların bir şəxsiyyət kimi formalaşmasına nə qədər təsir göstərə biləcəyini düşünmürlər. Əgər uşaq hansısa səhv hərəkəti edibsə, valideyn uşağı yox, onun etdiyi hərəkəti pisləməlidir. Lakin əvvəlcə uşağa etdiyi səhv hərəkətin mahiyyəti izah olunmalı və gələcəkdə belə səhvlərə yol verilməməsi və ya minumum həddə endirilməsi üçün bütün mümkün vasitələrə əl atmalıdır. Məhz bu halda uşaq ona verilən dəyəri və şəxsiyyətinə göstərilən ehtiramı əyani sürətdə görər.
Başqa bir mühüm məsələ ananın özünün övladları qarşısında zəif və aciz göstərməməsidir. Ananın daim qışqırmaq, hədələmək, təhqir etmək, bəzən də döymək kimi sərt üsüllarla övladının işlərinə müdaxilə etməsi onlarda anaya qarşı nifrət yaradır. Bu, heç də ananın övladlarını həmişə sərbəst buraxması kimi başa düşülməməlidir. Valideyn övladının bütün hərəkətlərinə çərçivə daxilində nəzarət etməlidir. Uşaqlar nadinclik etdikləri zaman ana onları tez-tez ataları ilə hədələməməlidir. Çünki, həqiqətdə onlarda atalarına qarşı qorxu olsa da bu sözü təkrar-təkrar eşitmələri onlarda vərdiş halı alır.
Nümunəvi valideyn olub xoş əxlaqlı, gözəl tərbiyəli, vətənini sevən və hər zaman millətinə bağlı olan ziyalı övladlar yetişdirmək üçün isə aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbərin (s) və onun əyani təcəssümü olan Əhli-beytinin (ə) təlimat və göstərişlərinə cani-dildən əməl etmək kifayətdir.
Bir sözlə hər bir valideyn həyatda övladlarının qarşısında ən gözəl nümunə olmaq üçün var qüvvəsini səfərbər etməlidir.
Müəllif: Adil Hüseynov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur pəhrizlər insanı dişsiz qoyur
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Pendirli şam ağacları (foto resept)
Begemotlar
Martın 31-dən YENİ QAYDA
Çilli insanların bilməli olduqları
Balqabağın faydaları
Eva Lonqoriya və platyaları
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Qeyri-adi sürücülər
İnstitutlarda viki-qruplar yaradılacaq
Evlənmək iyundan çətinləşir
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Kraliça koronavirusdan belə qorundu-FOTO
Avropada koronavirusun yeni dalğası gözlənilir
Adobe Photoshop (Dərs 8)
Adamı meymun bilib güllələdi
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Azərbaycanlılar batan gəmidə
Günün ulduz falı
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Aksesuar seçimi necə olmalıdır?
Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR?
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
ABŞ-da iti şəhər meri seçdilər
İsmətini itirməyən qızlarımız
Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb
Macarons (Fransa mətbəxindən) (foto resept)
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəri ləkələri üçün maskalar
Bitkilər və təbabət (2)
Sürücülərin diqqətinə: başlanır!
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Qeyri-adi ayaqqabılar
Yeni türk nəsilini necə yetişdirməli?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sərdardan xanımına ad günü sürprizi-FOTO
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Rəsmi göstəricilər açıqlandı: artım var
Oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO
Almalı mütəkkə (foto resept)
Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Virtual autizm yayılır
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Ingilis Dili-XII Dərs
Afinada ilk məscid tikildi
Deniz Çakırın məşhur seriala "qayıdışı"-VİDEO
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri
Yerə bənzəyən 7 planet tapıldı
- ŞƏRHLƏR