Hamilə qadınlarda dəmirin maddələr mübadiləsində fərqli xüsusiyyətləri
Hamilə qadında dəmir defisitli anemiyanın diaqnoz və müalicəsini düzgün aparmq üçün dəmirin maddələr mübadiləsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hamiləlik qadının orqanizmində dövr edən qanı orta hesabla 45% artırır ki, bu da 30-34 -cü həftələrdə maksimal həddə çatır və artan qan 1600-1700 ml səviyyəsində olur. Artan qanın 25 %-ni formalı elementlər, 75% -ni isə plazma təşkil edir. Artmış formalı elementlərin 33% -i eritrositlərin payına düşür. Hamilə qadının qanında retikulositoz baş verir və MCH əksərən artır.Hamilə qadında eritrosit ömrü dəyişmir ancaq sümük iliyində hiperplaziya aşkar olunur. Belə qadında günlük dəmir ehtiyacı üç dəfə artaraq 6-7 mg/gün olur. Bu artım hamiləliyin ikinci yarısında daha xarakter hal alır.
Hamiləlik dövründə orqanizmin 1 q dəmirə ehtiyacı olur ki, orqanizm bunun 450 mq artan eritrositar kütləyə, 350 mq-nı döl və ciftə, 200 mq-nı isə dəmir itgisini əvəz etmək üçün sərf edir. Hamilə qadında zərdab dəmiri azalır, zərdab dəmiri bağlama gücü isə artır. Hamilə olmayan qadında isə bu hal dəmir çatmamazlığı zamanı müşahidə olunur. Hamilə olmayan qadının qanında dəmir deposunun güvəniləcək göstəricisi zərdab ferritin səviyyəsidir. Lakin hamilə qadında bu göstərici aldadıcı xarakter daşıdığından hamilədə dəmir çatmamazlığını aşkarlamaq və qiymətləndirmək üçün serum transferrin səviyyəsini müəyyən etmək vacibdir. Zərdab transferrinin 16%-dən aşağı olması hamilə qadında dəmir çatmamazlığının göstəricisidir. Qadınlar doğuş zamanı 150-200 mq, laktasiya dövründə isə 190- 250 mq (6 aylıq laktasiya dövründə) dəmir itirirlər.
Hamiləlik dövründə orqanizmdəki depo dəmir 50% azalır. Hamilələrdə dəmir maddələr mübadiləsi fərqli olduğundan, dəmir defisitli anemiyanın da mərhələləri və gedişi fərqli olur. Hamilələrdə dəmirin latent çatmamazlığı və dəmir defisitli anemiyanın göstəriciləri diqqəti cəlb edir. Ananın transferrini, reseptorlar vasitəsi ilə cift hüceyrələrinə bağlanır, ciftdə depolanır. Buradan dəmir tədricən fetal qan dövranına keçir və yenidən fetal transferrinə bağlanaraq döldəki hem sentezi yerlərinə və ya dəmir depolarına transfer olunur. Beləliklə hamilədə dəmir mübadiləsi və maddələr mübadiləsi hamilə olmayan qadınlardan fərqli olduğundan, dəmir defisitinin qiymətləndirilməsidə hamilə qadında fərqli olmalıdır və onun müalicəsinə də fərqli yanaşma olduğu aydınlaşır.
Hamilələrdə dəmirə olan gündəlik ehtiyac isə aşağıdakı kimidir:
Hamiləliyin dövrü Dəmir miqdarı
I üçaylıq 0.6-0.8 mq/ gün
II üçaylıq 2.8-3.0 mq/gün
III üçaylıq 3.5-4.0 mq/gün
XƏBƏR LENTİ
Sahibsiz heyvanlara göstərilən xidmət
Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü
Disney şəhzadələrinin modern görünüşləri
Bu günün hava proqnozu
Açıq rəngli ayaqqabılar
Azərbaycanın hərbi hissələrində yenilik
Şahinin Aleyna Tilki AÇIQLAMASI
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir
"Hababam sınıfı"nın məşhur aktyoru vəfat etdi-FOTO
XX əsrin faciəsi: Xocalı soyqırımından 22 il ötür
Manatın məzənnəsi
Heykəl kimi insan…
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır
HAVA necə olacaq?-7 FEVRAL
Uzun donlar
Sosial yardım alanların sayı azalır
Maraqlı və qəribə faktlar
Gimnastlarımız 9 medalla qayıtdı
Yeni Xiaomi smartfonları təqdim olundu
Günün ulduz falı
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Google şirkəti Qreys Hopperi andı
Ağrılı aybaşı
Maqnitli manikür
Boyun və kürək ağrıları üçün 3 hərəkət
Ürək üçün faydalı olan qidalar
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
Armudlu tart (foto resept)
Yıldız Tilbe Tarkanın rekordunu yeniləyəcək
Təşəhhüddə şəhadət barmağı ilə işarə etmək olarmı?
İstedadlı fotoqraflar
Yataq örtüyü dəstləri
2024-cü ilə qədər davam edəcək - Mütəxəssisdən AÇIQLAMA
Kimlər qismən səfərbərliyə cəlb olunacaq? - RƏSMİ
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Günün ulduz falı
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
8 ildə 150 minlik əməliyyat etdirdi-NƏTİCƏDƏ -FOTO
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Telefona baxan insanlar "çəkiləcək"
İnstaqramda Yenilik
Hibrid noutbuk təqdim olundu
Bu da üzən göydələn
Heyva şirniyyatı (foto resept)
Londonda Ermənistan səfirliyi qarşısında piket
Balıq çubuqları (foto-resept)
- ŞƏRHLƏR