İstənilən qadının hamilə qalma şansı yalnız 20-25%-dir. Beləliklə, hamiləliyi planlaşdıran cütlük bunu 4-5 ayda bacarmalıdır. Təbii ki, hər qadın da bu müddət ərzində hamilə qala bilməz. Belə vəziyyətdə ehtimal edilən faktor hamiləlik planlaşdıran cütlükdə hər hansı bir problemin olması deyil, onların bu 20-25%-lik şansı əldə edə bilməmələridir. Hamiləliyi planlaşdıran cütlük sınaq müddətini artırdıqda böyük ehtimalla müsbət nəticəyə nail olacaqlar.
Edilən cəhdlərə baxmayaraq hamiləliyin yaranmasında bacarıqsız olan cütlüklərin bir qismi “subfertil” kateqoriyasında qərarlaşıblar. Burada subfertil kəlməsi “fertilitesi”, yəni “hamiləlik qabiliyyəti nisbətən aşağı olan” mənasında istifadə edilir. Bu cütlük müntəzəm olaraq qorunmadan münasibətdə olsa da, hamilə qalma nisbəti 2-3%-ə qədər enməkdədir. Belə namizədlər müalicə olunmasalar, 4-5 il sınaq müddətindən sonra uşaq sahibi ola bilərlər.
Digər bir cütlük isə 0% kateqoriyasındadır. Belə cütlüklərin hamilə qala bilməməsinin səbəbi araşdırılmasa və müalicə edilməsə hamilə qalma ehtimalı heçə bərabərdir. Bu 0% kateqoriyası “infertil” adlandırılır. Onlar cütlüklərin çox kiçik hissəsini təşkil etsələr də, az deyildir. Düşünülən səbəblər qadında hər iki “fallop” (uşaqlıq borusunun) qapalı olması, qadında döllənəcək yumurtanın yaranmaması, kişinin sperma sayının çox zəif olması və ya heç olmaması, ya da bütün bunların cəmidir.
“İnfertilite” (sonsuzluq)
İnfertilite (sonsuzluq) 12 tsikl (tsikl: qadında bir adətin ilk günündən sonrakı adətin ilk gününə qədər keçən müddət yəni, adət dövrüdür.) boyunca qorunmadan və yetərli sayda cinsi münasibətdə olmasına baxmayaraq hamiləliyin yaranmamasıdır.
Özünüzdə və ya yoldaşınızda bir qüsur olduğundan şübhələnmədən əvvəl 12 tsikli (təxminən bir il) sınamanızda və bir müddət sonra həkimə müraciət etməyinizdə fayda var. Bu bir illik gözləmə müddətində hamilə qalma şansını əldə edə bilər və infertilite üçün edilən yoxlamaların gətirəcəyi psixoloji, fiziki və maddi yüklərdən qurtarmış olarsınız.
12 tsikli gözləmədən həkimə müraciət etməyi lazım olan cütlüklər də vardır. Ana namizədinin yaşının 35 və ya daha çox olması, namizədlərdən birində hamiləliyə mane olan bir vəziyyətin olması bu namizədlərin həkimə daha tez getmələriüçün əsas şərtdir.
Hamilə qala bilməməyin səbəbləri
Hamiləliyin qarşısını alan səbəblərdən ən başlıcasının cütlüyün aylıq 20-25 %-lik şansı əldə etməmələri olduğundan bəhs etmişdik.
Əlbəttə, sınaq müddətini uzatdıqca hamiləliyin şansını əldə etmiş olarlar. Bəlli bir müddətdən sonra ( ən azı 12 tsikllik sınaq sonrası) yenə də müsbət bit nəticə olmazsa, həkimə müraciət etmək lazımdı. Ediləcək müayinə hamiləliyə mane olan səbəb və ya səbəbləri ortaya çıxarmaq üçün lazımdır.
Yoxlamalar zamanı təxminən 10% qadında və ya kişidə hamiləliyin qarşısını alan bir səbəb tapılmaz. Bu yoxlamalar zamanı müəyyən edilir ki, yumurtalama olduğunu göstərməsinə, uşaqlıq borularının açıq olmasına və sperma analizinin normal olmasına baxmayaraq, hamiləlik yaranmır. Bu vəziyyətdə “açıqlanmayan” infertilite diaqnozu qoyulur. Açıqlanmayan infertilite kateqoriyasına daxil olan cütlüklərin sayı azalmaqdadır. Çünki texnologiya inkişaf etdikcə, yeni elmi irəliləmələr olduqca "açıqlanmayan" infertilite faktların bir qismi aşkar edilir.
Yaşın təsiri
25 yaşda olan 100 qadın ilə yoldaşları da “uyğun yaşlarda” olan 100 kişidən təşkil olunan və təsadüfən seçilmiş 100 cütlüyə nəzər yetirək. Statistik məlumatlara görə, bu cütlük qorunmasız olaraq nizamlı münasibətdə olduğunda qadınların 50%-i 5,5 ayda hamilə qalır. Yenə statistikaya görə, qadının yaşındakı hər 5 illik artıma qarşı hamilə qalma müddəti ikiqat artar. Kişinin yaşı isə bu rəqəmlərə az təsir edər. Bu rəqəmlərə görə 30-34 yaş qrupunda olan hər 7 qadından biri, 35-39 yaş qrupunda hər 5 qadından biri, 40 və daha çox yaşlarda olan hər 4 qadından biri bir illik bir sınaq müddətinin sonrası hamilə qala bilməmək problemi ilə üzləşəcəkdir. Deməli, qadının yaşı hamilə qalmaq baxımından ən əsas faktordur.
Cinsi münasibətdə nizam
Statistika həftədə bir dəfə, ya da daha az münasibətdə olanlarda həftədə ən az iki dəfə nizamlı olaraq münasibətdə olanlara görə hamiləliyin daha gec yarandığını göstərir. Həftədə üç və daha çox nizamlı olaraq münasibətdə olan sağlam cütlükdə hamiləlik yaranma nisbəti ən üst səviyyədədir.
XƏBƏR LENTİ
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Güclü külək Azərbaycanın bölgələrində bir sıra fəsadlar törədib
Yeni il şəkilləri
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Ən etibarsız parollar - SİYAHI
Azərbaycanlı hərbçilər Kəlbəcərdə
Böyük günahlar hansılardır?
Mənzildə olan sayğacların oxunması dayandırılır - RƏSMİ
Hamiləliyin ləğvinə icazə verildi
Sehrləyici qadınlıq
Türksayağı plov (foto resept)
Hərbi xidmətdə yenilik
MTRŞ telekanallarda mərc oyunlarını araşdıracaq
Demet Akalın İremle barışdı_FOTO
PSD formatında qadın köynəkləri
İtaliyada son durum: “Artıq ölüləri saya bilmirik”
Sezonun trend ayaqqabıları
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Bələdiyyələr: onlar kimə lazımdır?
74 yaşlı qadının əkiz uşaqları oldu, həyatının şokunu yaşadı -YENİLƏNDİ
Aforizmlər
Avtomobillər üçün uşaq oturacağının əhəmiyyəti
Yuxudan gümrah oyan - 7 məsləhət
Günün ulduz falı
Günün ulduz falı
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
İnternetə nəzarət güclənir
Adını çəkdilər deyə məhkəməyə verdi
Heç yerdə görmədiyiniz 10 meyvə
Sızanaqlı dəriyə səhv qulluq
Bir gecəyə yolu oğurladılar
Türkiyəli general: "Hərbi yol ən çox Ermənistana zərbə vuracaq"
Azərbaycan tarix muzeyi
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Gizli günah qorxusu
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
Mehriban Əliyeva: “Biz Şuşamızı qaytardıq”
Ramazan ayının ilk gününün duası
Qarpızlı dondurma
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
Swatch "ağıllı" saat buraxacaq
Sabahın HAVAsı
Cəbhədən xəbər: Rayonlarımız atəşə tutuldu
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Qar Azərbaycana qayıdır
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
TQDK abituriyentlərə müraciət etdi
Hicab geyimləri
Günün qoroskopu - 19.11.2013
Tarixdə minlərlə insanın ölümünə səbəb olan 3 virus
- ŞƏRHLƏR