Ana təbiət
Qayğıyla doludur ana təbiət
Onun meyvəsini dadmayan varmı?
Təbiətin özü də qayğıya möhtac
Qayğısız varlıq da qanadlanarmı?
Məsəl var: “Anadır evin dirəyi”,
Bir dirək yıxılsa, bir divar yatar.
Ana təbiəti itirsək əgər,
Bir ev yox, bir kənd yox, bir dünya batar.
Arif Hüseyn
Ana və budaq
Ananın qucağında ağlayırdı uşağı,
O, sakit olsun deyə qırdı güllü budağı.
Gözünün qabağında oynatdı, körpə güldü.
Ananın ürəyinə sevinc, fərəh süzüldü...
O duymadı körpədir, canı var budağın da,
Sındıranda budağı ağaclar qan-yaş tökər.
Ananın fikri-zikri qaldı öz uşağında,
Balasından çəkmədi bircə an olsun nəzər.
Fəqət hiss etmədi ki, ağac həzin ağlayır,
Məhv olan körpəsinə gizli matəm saxlayır.
Məmməd Rahim
Meyvələr
Almanın tərkibində,
Lazımi vitamin var.
Meyvələrin içində
Almanın öz yeri var.
Görünüşü ilə fərqlənir,
Çiyələk meyvələrdən.
Çox ləzzətlə yeyilir,
Uşaqlar tərəfindən.
Bostan bitkisiyəm mən.
Qarpızdır mənim adım.
Yedikcə doymazsan sən,
Ağzından getməz dadım.
Qorxaq tısbağa
Zərifə tısbağanın,
Toxundu yanağına.
Qorxub tezcə çəkildi,
Tısbağa çanağına.
Zərifə dedi:-Qorxu
Niyə düşüb canına?
Nə yığmısan qınına?
Sənə ot gətirmişəm,
Yaşıl, dadlı, şirəli.
Haydı, qorxma, başını
Çıxart biraz irəli.
Tısbağa gülümsədi,
Dedi:- Küsmə, Zərifə,
Gəl, turşutma üzünü.
Dəcəllər bərk qorxudub
Mən yazığın gözünü.
Ona görə hamıdan
Gizlədirəm başımı.
Çətin olur tanımaq
Dostumu, yoldaşımı.
XƏBƏR LENTİ
Sabah Bakının bu rayonunda QAZ OLMAYACAQ!
“Mucize”nin aktrisasının toyu olacaq-FOTO
Disney şəhzadələrinin köməkçisi olan heyvanlar
İstirahət gününün HAVAsı
Avropanın ən ucuz şəhəri seçilib
Ən böyük böyrəyə sahib insan Azərbaycanda yaşayır
Symantec-in gəlirləri azalır
Azərbaycanda uşaqpulu yerinə verilən qəpik-quruş
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
Bakıdakı üfunət iyinin səbəbi müəyyən oldu - RƏSMİ
Valeriya siyasi karyeraya başladı
Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazıldı
Payız əhvalı
Mina dağında yaranan basabas nəticəsində 718 nəfər ölüb.
Bananlı eskimo(foto resept)
Falafel (foto resept)
Azərbaycanda bu rayonda aptek yoxdur...
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Həmyerlimiz Hollandiyada erməni idmançının çənəsini oynatdı
“Eurovision”a bilet satışı dayandırıldı
Uşaqlarda yalanın səbəbləri
Artıq acı çəkmək yox!
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
İlham Əliyev xalqı əmin etdi
Fonda 1 və 5 manat köçürən məşhurlar kimdir?
Bir az pozitivliyə nə deyirsiniz?
Bengü övladını göstərdi - FOTO
Bu ölkədə 66 milyon "gombul" var
Mart ayında instaqramda trend olan geyimlər
Roman yazanların cızma-qarası
Deadpool 2 filminin yeni traileri-VİDEO
Aqillərin inamına görə...(3)
Ali məktəblərə və kolleclərə qəbul olanların qeydiyyatı başa çatdı
Kartof Kroket (foto-resept)
Arı sancmalarının insana hansı təsirləri var?
Merve Özbey ana olacaq
Ədat
Beren Saatdan gözlənilən addım
Yorğun gözlər üçün təbii yağlar
Uzun paltar modelləri
Hava haqqında - 19.01.2014
Cəbhədə yenidən atışma
Sıla ərə gedir-FOTO
2011 yay çantaları
Bu qəsəbədə bu gün qaz olmayacaq
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Alimlər 100 mikrometrlik "laboratoriya" çap ediblər
Ramil ermənilərə od qoyub
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Saç mezoterapiyası
- ŞƏRHLƏR