Qadin.NET / Uşaq şeirləri

Uşaq şeirləri

Uşaq şeirləri

Ana təbiət

Qayğıyla doludur ana təbiət

Onun meyvəsini dadmayan varmı?

Təbiətin özü də qayğıya möhtac

Qayğısız varlıq da qanadlanarmı?

Məsəl var: “Anadır evin dirəyi”,

Bir dirək yıxılsa, bir divar yatar.

Ana təbiəti itirsək əgər,

Bir ev yox, bir kənd yox, bir dünya batar.

                             Arif Hüseyn

Ana və budaq

Ananın qucağında ağlayırdı uşağı,

O, sakit olsun deyə qırdı güllü budağı.

Gözünün qabağında oynatdı, körpə güldü.

Ananın ürəyinə sevinc, fərəh süzüldü...

O duymadı körpədir, canı var budağın da,

Sındıranda budağı ağaclar qan-yaş tökər.

Ananın fikri-zikri qaldı öz uşağında,

Balasından çəkmədi bircə an olsun nəzər.

Fəqət hiss etmədi ki, ağac həzin ağlayır,

Məhv olan körpəsinə gizli matəm saxlayır.

                                          Məmməd Rahim

 

Uşaq şeirləri

Meyvələr

Almanın tərkibində,

Lazımi vitamin var.

Meyvələrin içində

Almanın öz yeri var.

 

Görünüşü ilə fərqlənir,

Çiyələk meyvələrdən.

Çox ləzzətlə yeyilir,

Uşaqlar tərəfindən.

 

Bostan bitkisiyəm mən.

Qarpızdır mənim adım.

Yedikcə doymazsan sən,

Ağzından getməz dadım.

 

 

Uşaq şeirləri

Qorxaq tısbağa

Zərifə tısbağanın,

Toxundu yanağına.

Qorxub tezcə çəkildi,

Tısbağa çanağına.

Zərifə dedi:-Qorxu

Niyə düşüb canına? 

Nə yığmısan qınına?

Sənə ot gətirmişəm,

Yaşıl, dadlı, şirəli.

Haydı, qorxma, başını

Çıxart biraz irəli.

Tısbağa gülümsədi,

Dedi:- Küsmə, Zərifə, 

Gəl, turşutma üzünü.

Dəcəllər bərk qorxudub

Mən yazığın gözünü.

Ona görə hamıdan

Gizlədirəm başımı.

Çətin olur tanımaq

Dostumu, yoldaşımı.

20 iyul 2014
GO BACK