Bakıda hava
USD AZN
EUR AZN
14:04aysel hesenli Yasamala yağdı da suluydu
41350

Qadın.Netlə birlikdə hamiləlik (34-cü həftə)

Körpə

Dölün yaşı  mayalanma məqamından - 32 həftə və  sonuncu aybaşının ilk günüdən 34-cü həftəlikdir. Körpənin çəkisi - 2.2-2.4 kq. Paranazal sinuslara qədər artması isə - 32 sm. uzanıb, uzunluğu - 43-44 sm -dir. Uşaq daim yenilənən embrionətrafı mayeyə sutkada təxminən yarım litr sidik ifraz edir. Dərisi isə artıq qırmızı deyil. Bədənin yağlılığı azalıb. Əgər balaca hamiləliyin bu müddətində dünyaya gəlsə bu, düşmə yox, vaxtından əvvəl doğulmuş sayılır. Belə uşaqlar müstəqil nəfəs ala bilir və intensiv qulluq tələb etmir.

 Gələcək ana

Uşaqlıq qasıq simfisindən 14 sm yüksəklikdə olub, məsafə - 34 smdir. Bu, orta göstəricilərdir, narahat olmayın, sizin göstəricilər bir az fərqli də ola  bilər. Uşaqlığın ölçüsü  30-32 sm-ə çatır, o, əsl ölçüləri ilə müqayisədə 500 dəfə böyüyüb, çəkisi isə 10 dəfə artıqdır.

Embrionətrafı suların həcmi təxminən 1 litrdir, müqayisə üçün deyək ki, hamiləliyin ikinci ayında bu göstərici 20 ml. idi.

Uşağın çəkisinin müəyyənləşdirilməsi üçün USM istifadə edirlər, lakin heç də həmişə dəqiq  hansı çəkidə olacağını təyin etmək olmur. Bunun üçün başqa metodlardan da istifadə edirlər. Başın diametrini, qarının əhatə dairəsini, körpənin budunun uzunluğunu nəzərə alırlar. USM ilə birlikdə bu məlumatlar uşağın təxmini çəkisini müəyyən etməyə kömək edəcək.

Siz hələ doğmağı planlaşdırdığınız doğum evini təyin etməmisinizsə, həkimlə məsləhətləşib onun telefon nömrəsini  götürün, məhz bu doğum evində tələb olunan doğum evi əşyalarının siyahısını müəyyənləşdirin. 

Süd vəziləri böyüməyə davam edir, onlardan ağız südü axa bilər. Sizin döşləriniz süd ifrazı hormonlarının təsiri altında fəallaşmağa başlayır. 

Qadın.Netlə birlikdə hamiləlik (34-cü həftə)

Cinsi münasibətlə hamiləliyin 33-36-cı həftələrində ehtiyatlı olun, çünki qadınların cinsiyyət yolları doğuşa hazırlaşır, infeksiyaların düşmə ehtimalı çoxdur. Körpəni narahat etmək lazım deyil, qoyun o düzgün vəziyyətdə qalsın və çevrilmək fikrinə düşməsin.

Brekston Xiks tutmaları daha müntəzəm baş verir. Bu ağrılar uşaqlığın yuxarı hissəsində yaranır, sonra isə aşağı - qarına tərəf yayılır və nəhayət kəsilir. Bu halda narahat olmaq lazım deyil. Bu, hələ həqiqi sancılar deyil. Amma əgər birdən sizdə embrionətrafı su axsa, dərhal həkimə müraciət edin.

Ağırlıq hissini azaltmaq üçün gah bu, gah da digər tərəfə dövri hərəkət edin, yatağa uzanın.

Siz çox həssas məqama, uşağınızı dünyaya gətirməyə yaxınlaşırsınız. 

Qadın.Netlə birlikdə hamiləlik (34-cü həftə)

Doğuş necə olur, sizin orqanizminizdə nə baş verir?

Doğuş uşaqlıq yolunun açılması ilə başlayır. Sancıların təsiri artıqca sizin uşaqlıq yolunuz  getdikcə tam genişlənəcək və 10-12 sm-ə qədər açılacaq.

Sancıların davamiyyət müddəti və tezliyini müəyyən etməklə doğuşa nə qədər vaxt qaldığını bilmək olar. Sancıların davamiyyət müddətinı saatla müəyyənləşdirmək üçün nə vaxt başlayıb, nə vaxt sona çatdığını nəzərə alırlar. Sancıların tezliyi isə ilk sancı və növbəti sancı arasındakı zaman fərqi ilə müəyyən edilir.

Doğuşa bir neçə həftə qalmış uşaqlıq aşağı sallanır, körpənin başı doğum kanalına doğru irəliləməyə başlayır. Siz nəfəs almağın daha asan olduğunu hiss edə bilərsiniz. Hərdən elə olur ki, uşaq sancılar dövründə və ya doğuşun birinci dövründə  doğum kanalına doğru irəliləməyə başlayır.

 Doğuş üç dövrə bölünür:

Birinci dövr - bu, uşaqlıq yolunun açılması və sancıların başladığı ən uzun dövrdür. Birinci dövr ilk dəfə doğan qadınlarda 13-18 saat, əvvəl ana olanlarda isə 10-12 saat davam edir. Sancılar daha tez-tez, güclü və davamlı olur. Əsl sancılar - uşaqlıq yolu qısalır və bütün qarına yayılır. Amma uşaq uşaqlıq yolu tam açılmayınca doğum kanalı ilə hələ hərəkət etmir. Döllük köpük yaradır, sancılar zamanı uşaqlıqyoludaxili təzyiq yüksəlir və bu, uşaqlıq yolunun açılmasına vasitəçilik edir. Birinci mərhələ uşaqlıq boynu tamamilə açıldıqda bitir. Adətən suyun açılması uşaqlıq yolu 5 sm-dən çox açıldıqda baş verir. Həqiqi sancılar zamanı mümkün qədər sakitləşmək, uşaqlıq yolunun açılması və sizin haldan düşməməniz üçün vaçib şərtdir.

İkinci mərhələ - uşağın doğulması başlayıb. Doğuşun ilk dövrünün ardınca dərhal ikinci dövrü- uşaqlıq boşluğundan körpənin çıxışa doğru hərəkəti başlayır. Bu zaman güc gəlir. Bu zaman maksimum nəfəs alıb və nəfəs verin. Ana gücənərək uşağı çıxarmağa kömək edir. Güc gəlmələri arasında maksimum dincəlməyə çalışın. 

Qadın.Netlə birlikdə hamiləlik (34-cü həftə)

Üçüncü dövr - doğuşun sonudur. Cift uşaqlığın divarlarından ayrılır və  çıxır (cift, göbəkbağı və döllük qişası). Doğuşdan dərhal sonra uşağı sinəsi üstə uzatmaq vacibdir.

Sizdə doğuş sancılarının nə qədər olacağını söyləmək çətindir. Hər bir qadın fərqlidir. Birinci və ikinci dövrlər adətən ilk hamiləlikdə 12-14 saat davam edir, əgər sizdə təkrar doğuşdursa, bu, təxminən 6-8 saat çəkəcək . Elə hallar olur ki, qadınlar 20-24 saat ərzində də doğur.

İşlər və problemlər barədə unudun, yalnız öz balacanız və gələcək doğuşunuz haqqında fikirləşin, açıq havada gəzməyə daha çox vaxt ayırın.

Maksimum səy göstərin ki, erkən doğuş baş verməsin. Bunun üçün sakit həyat tərzi keçirməyə çalışın, güclü stress və fiziki yüklənmələrdən çəkinin.

Çox emosional və qorxu filmlərinə baxmayın, sakit musiqi dinləyin, maraqlı, şən məqalələr oxuyun, doyunca istirahət edin. Uşağı laylalarla əzizləyin!


Səslərin sayı: 8
61
38505
Şərhlər
Offline
Gunay Ahmedova
Men 40-ci heftedeyem e
28 iyun 2014 18:26
Offline
Jalə Məmmədli
Sedef Allahverdiyeva,
http://qadin.net/index.php?cstart=4&newsid=1788 burda yazilib baxin
28 mart 2014 12:43
Offline
toma676
Allah razi olsun
23 mart 2014 23:34
Offline
K.G.C
sonlara yaxin lap gec kecir vaxt men uje yaman darixiram 39heftenin icindeyem vaxt kecmek bilmir bir balaca sanci tutan kimi yoldawima hay saliram yaziq uje gece yatandada men terpenen kimi diksinir ki aha bu defe gelir,indi qorxuram dogrudan olan vaxt yoldawim inanmaya yalancinin evi yandi hec kim inanmadi misali :)Allah hamiya komek olsun ovlad hesreti cekenlerin hesretine son qoysun INSALLAH.gorsundaaa bu kiwiler qadinlar nece boyuk quvvedi men yoldawima demiwem ki icaze olsaydi senide saldirardim iceri qedrmi daha yaxsi bilerdin sene ata statusu vermek ucun gor ne eziyyetler cekirem :)

Sedef Allahverdiyeva,Allah komeyinde olsun.Bacim hekimnen niye soruwmursan daha deqiq cavab verer sene ureyin rahat olar.Yada ki ele internette axtaranda usagin heftesine gore normal cekisi ne qeder olmalidi bele bir cedvel var orda bax boyuda cekiside yazilir
8 fevral 2014 19:23
Offline
Sedef Allahverdiyeva
Xayis edirem menim sualimi cavablandirardinizda.15ci hefteme basladim.12 h eftelikde dolun teqribi cekisi 56 qr cixmisdi. Sizce bu azdi? 23 yasim var kok deyilem, 1ci hamileliyimdi. Önceden tskr bilen cvblandirsib pls
3 fevral 2014 13:46
Offline
Aytac Mammedova
AYSUN MEMMEDOVA,
Hə elədi canım,dava eləmirikki empathy dost kimi söhbət edirik,Narin çıxdı aradan drinks
1 fevral 2014 20:51
Offline
איסון ממדוב.
Bacı suyum deyirlər,huyum deyirlər o qurusun,mən hara getdim dava çıxır orda

Canim bu sirin xeber davasidi pis dava deil biggrin usaqi boluse bilmirikde 1 tullu lol
1 fevral 2014 20:46
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
AYSUN MEMMEDOVA,
Bacı suyum deyirlər,huyum deyirlər o qurusun,mən hara getdim dava çıxır orda
crazy
1 fevral 2014 20:44
Offline
איסון ממדוב.
Zato xalası ya bibisiyəm nətər deyəllər qız bibiyə oğlan xalıya oxşuyar (Narın atalar sözü )

Ha ta bele de da indi burda nezaretciler bizi sil supur edecekler biggrin
1 fevral 2014 20:40
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
♡ Narın ღ N...q ♡,
Allah canını almasın sənin qız, sarcasti Qıraqdan qaynanam baxıb deyəcək gəlin dəli olub crazy
1 fevral 2014 20:39
Offline
Narin...
Boy salammeleyküm,anan soğan,atan sarımsaq,hardan oldun gülmə şəkər.Az sənə niyə oxşamalıdı

Allah səni güldürsün ay bajı nə qəddər güldüm lol
Biy a baji dedesi doyulsen nenesi doyulsen ha indi bu yaziq seni harda gorduku senede ozsasin hiy?

Zato xalası ya bibisiyəm nətər deyəllər qız bibiyə oğlan xalıya oxşuyar (Narın atalar sözü ) lol
1 fevral 2014 20:37
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
איסון ממדוב.
Qanımı qaşığa qoyaram mənə oxşamasa 9 aydı bunun yolunu gözdüyürəm

Biy a baji dedesi doyulsen nenesi doyulsen ha indi bu yaziq seni harda gorduku senede ozsasin hiy?

Boy salammeleyküm,anan soğan,atan sarımsaq,hardan oldun gülmə şəkər.Az sənə niyə oxşamalıdı

Oy allah seni guldursun oldum gulmeyden lol
1 fevral 2014 20:36
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
♡ Narın ღ N...q ♡,Boy salammeleyküm,anan soğan,atan sarımsaq,hardan oldun gülmə şəkər.Az sənə niyə oxşamalıdı diablo
AYSUN MEMMEDOVA,Yaxınlara endirim var. air_kiss
1 fevral 2014 20:34
Offline
Narin...
He canim az qalib gorek usaq kime oxsuyacaq

Qanımı qaşığa qoyaram mənə oxşamasa 9 aydı bunun yolunu gözdüyürəm lol
1 fevral 2014 20:32
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
איסון ממדוב.
Bacı cinsiyyətin bilmirəm,da sən özümüzküsən 15-20 olsun

Endirimcin cox saqol canim biggrin
1 fevral 2014 20:29
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
AYSUN MEMMEDOVA[/b
Bacı cinsiyyətin bilmirəm,da sən özümüzküsən 15-20 olsun biggrin
1 fevral 2014 20:21
Offline
איסון ממדוב.
Nə bilim a bacılar,heç aparata aparmamışam,dədə-babamız aparat görüb məyər Hamıdan yaxşısı puldu Elə əlinizə keçəndən 20-30 manatdan gətirsəz bəs edər,artıqa ehtiyac yoxdur. Özümüz əyin başın alarıq

Biy bu baha basa geldiki ay baci paltar alsaq daha ucuz olar
1 fevral 2014 20:16
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
Nə bilim a bacılar,heç aparata aparmamışam,dədə-babamız aparat görüb məyər fellow Hamıdan yaxşısı puldu good Elə əlinizə keçəndən 20-30 manatdan gətirsəz bəs edər,artıqa ehtiyac yoxdur. nea Özümüz əyin başın alarıq
1 fevral 2014 20:11
Offline
איסון ממדוב.
Ay Aytac can baci bir prablem vare bu usaqin cinsiyeti nedir?? bes pay alib gelnde bilekde qiza uyqun alaq ya oqlana

A doqurdada hec bunu dusunmemisdik allah sizden razi olsun
1 fevral 2014 20:06
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Arzu
Ay Aytac can baci bir prablem vare bu usaqin cinsiyeti nedir?? biggrin bes pay alib gelnde bilekde qiza uyqun alaq ya oqlana
1 fevral 2014 20:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!