Gözəlik və incəlik boşqabdan "başlayır", gün ərzində nə ilə qidalanmağımız və onu necə yediyimizlə "qurtarır". Sağlamlığımıza zərər vurmadan seçilən qidalar, onların düzgün hazırlanması və qəbulu daim bizi gözəl saxlayacaq! Məşhur xanımların təqdim olunan rasionları bir nümunədir, hər bir kəs öz orqanizminə bələddir və nəyin onun üçün yaxşı olduğunu bilir.
Bildirçin yumurtası - Keyt Middltonun zərifliyinin sirri
Keyt Middlton öz gözəlliyini Dukana pəhrizi ilə qoruyub saxlayır. Bu pəhriz həftədə bir gün olur və şahzadə Uilyamsın həyat yoldaşı səhər yeməyini bildirçin yumurtası ilə tamamlayır. Qida dəyərinə və tərkibinə görə o, toyuq yumurtasını geridə qoyur.
Bildirçin yumurtası artıq saray mətbəxinin vizit kartına çevrilib. Belə ki, 15 aprel 2011-ci ildə Şahzadə Uilyamla Keyt Middltonun toy mərasimində 600 çeşiddə təqdim olunan soyuq və isti xörəklərin və qəlyanaltıların hamısı bildirçin yumurtası ilə hazırlanmışdı.
Hamiləlik vaxtı ən güclü toksikozları belə bildirçin yumurtası ilə aradan qaldırmaq olar. Həmçinin o hamiləliyin pozulmasını, açılışların və erkən doğuşların olma riskini azaldır, dölün düzgün inkişafını təmin edir. Tərkibindəki fol turşusu, protein və faydalı yağların sayəsində qadın hormonlarını daim normallaşdırır.
Bildirçin yumurtası dişləri möhkəmlədir, dırnaq və saçların sağlam uzanmasını təmin edir. Fiziki yorğunluğu aradan götürür və qocalma prosesini ləngidir. Həmçinin pəhriz vaxtı 1-2 yumurta yeməklə həm kilo artımı olmur, həm də bədən lazım olan enerjini, vitamin və mineralları almış olur. Müntəzəm istifadəsi həm nevrozlara, həm də bronxial astmadan əziyyət çəkənlərə müsbət təsir göstərir.
Qeyd: Bildirçin yumurtasının əks təsiri aşkar olunmayıb. Gün ərzində 1-4 çiy və ya bişirilmiş halda bildirçin yumurtası qəbul etmək olar. Yaddan çıxartmayın ki, bildirçin yumurtası xolesterin tərkiblidir və hər kəsin də istifadəsi uçun uyğun deyil.
Ayran - Janna Friskenin incə belinin sirri
Müğənni və teleulduz Janna Friske gününə 1 stəkan ayran, kəsmik və ya meyvə ilə başlayır.
Süd məhsulları həzm sistemini qaydasına salır. Qatıq, ayran, kəsmiyin tərkibindəki mikroelementler, zülal, yağ, karbahidrogenlər və kalsium insan orqanizimində bu maddələrin balansını təmin edir. Həm də antimikrob təsiri göstərir. Ayran allergiyalar, antibiotik maddələrin qəbulu zamanı, zəhərlənmə hallarında köməkçi olur. İştahanı artırır, toksinləri orqanizmdən təmizləyir, arıqlamağa kömək edir.
Qeyd: Ayran otaq temperaturunda olmalı, aramla, qurtum-qurtum içilməlidir. Mədəsində turşuluğu yüksək olanların istifadə edə bilməzlər.
Zeytun yağı - Monika Belluçinin valehedici xarici görünüşünün sirri
Seksual italyan aktrisası Monika Belluçi 48 yaşındadır. Məgər ona bu yaşı vermək olar? "Gözəlliyimin sirri - özümə və həyata olan sevgimdir. Həyat yoldaşı və ana olduğum üçün çox xoşbəxtəm" (yeri gəlmişkən ikinci dəfə - 45 yaşında ana olub). O, dəniz məhsulları ilə qidalanır, həm qidasına, həm də saçlarına və üzünə etdiyi maskalara mütləq zeytun yağı əlavə edir.
Zeytun yağının daimi istifadəsi ürək-damar sisteminin proflaktikasında əla vasitəçidir. Tərkibindəki linolin turşusu yara və yanıqlara sağaldıcı təsir göstərir, əzələ tonusunu bərpa edir, toxumaların inkişafına stimullaşdırır, müvazinəti bərpa edir.
Onkoloji xəstəliklərin yaranma riskini azaldır, böyrəklərin fəaliyyətini normallaşdırır. Tərkibindəki A, D, E, K vitaminləri dərinin üst qatının regenerasiyasını (əmələ gəlmə-təzələnmə) bərpa edir. Qadın xəstəliklərinin qarşısını alır və xəstəlik zamanı sağaldıcı effekt verir.
Qeyd: Zeytun yağını hər zaman təmiz halda və ya salatlara əlavə edib qəbul etmək olar.
XƏBƏR LENTİ
Hamilə qadını işə qəbul edə bilmərik, rəhbərlik qoymur!
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Baş bəlası sızanaqlar
Günün qoroskopu: yaxşı tanımadığınız adamlara inanmağa dəyməz
Milanda moda həftəsi
Hande Erçeldən nümunəvi addım
Əhvalı yaxşılaşdıran idmanlar
“O səs Türkiyə 2018" - İlk FOTO
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Vitaminsiz ömür: norma və anormallıq
İdeal xarici görünüş yoxdur!
Azərbaycanda elektron ticarətin həcmi artdı
Yatmış gözəl pəhrizi
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ərdoğan Putinə məktub göndərdi
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Həyatın içindən
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
Məktəblilər üçün türkdilli ölkələrin ortaq kitabları hazırlanacaq
Rəngarəng qablar
İmmuniteti gücləndirən içkilər
Tilsimləyən tortlar
Lavaşarası sosiska (foto resept)
Saçqıranlar üçün banan maskası
Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR
İnternetin keyfiyyəti artacaq
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Planetin ən yüksək nöqtəsi deşilir
Arıqlamaq üçün məşhur sirri
Zebra keks (foto resept)
Hava haqqında
Çimərlik geyiminin tarixi
Güclü yağış Gəncədə 12 evi uçurdu
Fəaliyyətini bərpa edən metrodan istifadə qaydaları açıqlandı
Jaket necə geyinilməlidir?
Gürcüstan-Tbilisi (6)
Bu həftəsonu 5 gün iş olmayacaq
Megan Marklenin səyahət geyimləri
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Müddətli həqiqi hərbi xidmətə çağırılanların nəzərinə - VİDEO
Fərqli, yeni Alpina B4
Pəhriz salatı (foto resept)
Kartoflu rus salatı (foto-resept)
Hər kəsin rahibə bildiyi şəxs əslində....
- ŞƏRHLƏR