Qadin.NET / Məşhurlar gözəl qalmağı necə bacarırlar? (3)

Məşhurlar gözəl qalmağı necə bacarırlar? (3)

Gözəlik və incəlik boşqabdan "başlayır", gün ərzində nə ilə qidalanmağımız və onu necə yediyimizlə "qurtarır". Sağlamlığımıza zərər vurmadan seçilən qidalar, onların düzgün hazırlanması və qəbulu daim bizi gözəl saxlayacaq! Məşhur xanımların təqdim olunan rasionları bir nümunədir, hər bir kəs öz orqanizminə bələddir və nəyin onun üçün yaxşı olduğunu bilir. 

 Bildirçin yumurtası - Keyt Middltonun zərifliyinin sirri

Keyt Middlton öz gözəlliyini Dukana pəhrizi ilə qoruyub saxlayır. Bu pəhriz həftədə bir gün olur və şahzadə Uilyamsın həyat yoldaşı səhər yeməyini bildirçin yumurtası ilə tamamlayır. Qida dəyərinə və tərkibinə görə o, toyuq yumurtasını geridə qoyur.

Bildirçin yumurtası artıq saray mətbəxinin vizit kartına çevrilib. Belə ki, 15 aprel 2011-ci ildə Şahzadə Uilyamla Keyt Middltonun toy mərasimində 600 çeşiddə təqdim olunan soyuq və isti xörəklərin və qəlyanaltıların hamısı bildirçin yumurtası ilə hazırlanmışdı. 

Bildirçin yumurtası dietik məqsəd üçün istifadə oluna qidalardandır və o, yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Tərkibindəki A vitamini toyuq yumurtasının tərkibindən 3 dəfə çoxdur, B1 vitamini 5 dəfə, B6 vitamini 7 dəfə, dəmir 8 dəfə çoxdur. Bildirçin yumurtasının tərkibi insan orqanizminə lazım olan bütün mikroelementlər və amin turşularından ibarətdir.

Hamiləlik vaxtı ən güclü toksikozları belə bildirçin yumurtası ilə aradan qaldırmaq olar. Həmçinin o hamiləliyin pozulmasını, açılışların və erkən doğuşların olma riskini azaldır, dölün düzgün inkişafını təmin edir. Tərkibindəki fol turşusu, protein və faydalı yağların sayəsində qadın hormonlarını daim normallaşdırır.

Bildirçin yumurtası dişləri möhkəmlədir, dırnaq və saçların sağlam uzanmasını təmin edir. Fiziki yorğunluğu aradan götürür və qocalma prosesini ləngidir. Həmçinin pəhriz vaxtı 1-2 yumurta yeməklə həm kilo artımı olmur, həm də bədən lazım olan enerjini, vitamin və mineralları almış olur. Müntəzəm istifadəsi həm nevrozlara, həm də bronxial astmadan əziyyət çəkənlərə müsbət təsir göstərir.

Qeyd: Bildirçin yumurtasının əks təsiri aşkar olunmayıb. Gün ərzində 1-4 çiy və ya bişirilmiş halda bildirçin yumurtası qəbul etmək olar. Yaddan çıxartmayın ki, bildirçin yumurtası xolesterin tərkiblidir və hər kəsin də istifadəsi uçun uyğun deyil.

Ayran - Janna Friskenin incə belinin sirri

Müğənni və teleulduz Janna Friske gününə 1 stəkan ayran, kəsmik və ya meyvə ilə başlayır.

Süd məhsulları həzm sistemini qaydasına salır. Qatıq, ayran, kəsmiyin tərkibindəki mikroelementler, zülal, yağ, karbahidrogenlər və kalsium insan orqanizimində bu maddələrin balansını təmin edir. Həm də antimikrob təsiri göstərir. Ayran allergiyalar, antibiotik maddələrin qəbulu zamanı, zəhərlənmə hallarında köməkçi olur. İştahanı artırır, toksinləri orqanizmdən təmizləyir, arıqlamağa kömək edir.

Qeyd: Ayran otaq temperaturunda olmalı, aramla, qurtum-qurtum içilməlidir. Mədəsində turşuluğu yüksək olanların istifadə edə bilməzlər.

Zeytun yağı - Monika Belluçinin valehedici xarici görünüşünün sirri

Seksual italyan aktrisası Monika Belluçi 48 yaşındadır. Məgər ona bu yaşı vermək olar? "Gözəlliyimin sirri - özümə və həyata olan sevgimdir. Həyat yoldaşı və ana olduğum üçün çox xoşbəxtəm" (yeri gəlmişkən ikinci dəfə - 45 yaşında ana olub). O, dəniz məhsulları ilə qidalanır, həm qidasına, həm də saçlarına və üzünə etdiyi maskalara mütləq zeytun yağı əlavə edir.

Zeytun yağını "duru qız" adlandırırlar. Bu heç də əsassız deyil! Tərkibindəki doymamış yağ turşularının sayəsində o, həzm sisteminə çox gözəl təsir göstərir. Zeytun turşusu qan damarlarındakı xolestorulu təmizləyir. Zeytun yağı asanlıqla orqanizm tərəfindən sovrulur və iştahanı azaldır, maddələr mübadiləsini sürətləndirir, mədəyə sakitləşdirici təsir göstərir.

Zeytun yağının daimi istifadəsi ürək-damar sisteminin proflaktikasında əla vasitəçidir. Tərkibindəki linolin turşusu yara və yanıqlara sağaldıcı təsir göstərir, əzələ tonusunu bərpa edir, toxumaların inkişafına stimullaşdırır, müvazinəti bərpa edir.

Onkoloji xəstəliklərin yaranma riskini azaldır, böyrəklərin fəaliyyətini normallaşdırır. Tərkibindəki A, D, E, K vitaminləri dərinin üst qatının regenerasiyasını (əmələ gəlmə-təzələnmə) bərpa edir. Qadın xəstəliklərinin qarşısını alır və xəstəlik zamanı sağaldıcı effekt verir.

Qeyd: Zeytun yağını hər zaman təmiz halda və ya salatlara əlavə edib qəbul etmək olar.

20 fevral 2014
GO BACK