Dodaq boyası makiyaj vəsaitləri arasında ən öndə olanıdır. Hələ ki, qırmızı, mərcan və bənövşəyi olarsa… Yaxşı bir təsir üçün istifadə edəcəyiniz dodaq boyası rənginə görə nə geyəcəyinizi təyin etməlisiniz.
Mövsüm makiyaj trendlərini izləyirsinizsə, qəşəng və parıltı rəngləri vurmaqdan çəkinməməniz lazım olduğunu da bilirsiniz. Professional ekspertlərdən təkliflər.
"Dodaq boyası rənginizə görə doğru tərzdə geyinin".
Hər rəng dodaq boyası ayrı bir stil tələb edir!
Eleqant bir görünüş üçün: Krem
Modası heç bir zaman keçməz, amma hər vaxt eleqant bir rəngdir. Buna görə makiyaj çantasının vazkeçilməz məhsullarından sayılar. Krem rəngli dodaq boyanın üzərinə incə bir parladıcı tətbiq etmək praktik və xoş bir görünüş yaradır.
Paltar: Qəhvə rəngi, krem, qırmızı geyimlər geyindiyiniz zaman mükəmməl bir görünüş verər. Təbii və gözəl bir hava qatar.
Makiyaj: Krem rəngli bir dodaq boyası istifadə etdiyiniz zaman diqqəti gözlərə verməlisiniz. Qara layner, ya da qəhvə rəngli qələm ilə diqqəti gözlərinizi verin.
Təklif: Dodaq boyasından əvvəl dodaqlarınızın ətrafına tonal kremi tətbiq edin. Beləliklə, ağız formanız ortaya çıxar. Kontur etmək üçün dodaq boyanızın rəngindən daha tünd bir rəng dodaq qələmi istifadə edə bilərsiniz; dodaqlar daha dolğun görünəcək.
Klassik bir görünüş üçün: Çəhrayı
Günün hər saatında hər mühitdə rahatlıqla istifadə edə biləcəyiniz bir dodaq boyası rəngidir. Özünü uzaqdan fərqinə vardırar.
Paltar: Geyinəcəyiniz ən klassik pencək, paltara çəhrayı bir dodaq boyasıyla xoşluq qatmanız mümkündür. Boz pencək, mavi toxunma kofta, qara paltar… Soyuq rənglərdəki paltarlarla çox uyğundur.
Makiyaj: Yüngül bir rəng olduğundan, gözlərə vurğu etmənizdə fayda var. Gözlərdə bir az qara layner, bir az da boz kölgədən istifadə etməniz əleyhinizə olacaq.
Təklif: İstifadə etdiyiniz çəhrayı dodaq boyasından bir ton tünd rəngdə olan qələmlə dodaqlara kontur çəkməniz sizi daha xoş göstərəcək. Dodaq boyanızla eyni rəng bir ənlik istifadə etməyə də laqeyd yanaşmayın. Hətta dodaq boyanıza yüngül toxunduğunuz barmaq ucunuzla yanaqlarınıza da kiçik bir dairə edin.
Qəşəng bir görünüş üçün: Qırmızı
Çox qəşəng görünmək istəyirsinizsə, qətiliklə qıpqırmızı bir dodaq boyası istifadə edin. Amma göz makiyajını əsla diqqətə çarpan etməməlisiniz. Yüngül etməniz lazımdı. Çox incə dodaqlarınız varsa, qırmızı istifadə etməkdən qaçınmanız daha məsləhətlidir.
Paltar: Qara bir paltarla tünd qırmızı bir dodaq boyası çox uyğundur. Paltar, ətək-pencək, aksesuar istifadə edə bilərsiniz. Klassik bir abu-hava yaratmanın yolu toplu saç və qısa saç ilə istifadə etməkdir.
Axşama bir məclisə dəvətlisinisə, cəsur bir dekolte ilə qırmızı dodaqlarınız daha cəlbedici görünər!
Makiyaj: Tünd qırmızı bir dodaq boyası vuracaqsınızsa, sıx göz makiyajından qaçın. Baxışlarınızı diqqətə çarpan etmək üçün qara bir maskara tətbiqiniz kafidir. Farfor bir bədəndə qırmızı pomada özünü daha çox göstərəcəyi üçün, tonal krem və pudradan istifadə edin.
Təklif: Gündüz tünd qırmızı dodaq boyası mümkün olduğunca istifadə etməyin, ya da vurduqdan sonra bir salfetin köməyi ilə çoxunu silin və üzərinə bir qat incə bir parladıcı sürtün.
Amma axşam üçün qırmızı dodaq boyası vurarkən yanlara heç dəymədiyinə diqqət yetirin. Kənarlara dodaq boyası dəyən zaman nöqtəni təmizləmək üçün, qulaq təmizləmə çubuğunu makiyaj çıxardıcı vasitəyə yüngülcə batırıb yaxşıca silin.
Dəbli bir görünüş üçün: Mərcan
Qırmızı və narıncı arası bir rəng olan mərcan, bu mövsüm həqiqətən çox sevildi. Gün ərzində istifadəsi də uyğun hesab olunsa da, yalnız dəbli bir görünüş sərgiləmək üçün paltara diqqət yetirmək lazımdır.
Paltar: Krem, ya da qəhvə rəngli bir paltar mərcan rəngi dodaq boyası ilə çox uyğun olar.
Bu mövsümün rənglərindən açıq qəhvə ilə də istifadə edə bilərsiniz. Açıq qəhvə rəngli bir pencək, qəhvə rəngli bir şalvar və mərcan rəngli dodaq boyası ilə dəbin cazibəsinin tam mərkəzində olacaqsınız.
Makiyaj: Qara bir layner, qara və ya qəhvə tonlarında bir göz makiyajı mükəmməl bir seçim olar.
Təklif: Yüngül bir görünüş istəyirsinizsə, dodaq boyasını vurduqdan sonra bir dəsmalın köməyi ilə dodaq boyanızın çoxunu alın. Diqqətçəkici olsun deyirsinizsə, dəsmal ilə çox hissəni götürdükdən sonra bir qat daha dodaq boyası tətbiq edin. O zaman dodaq boyanız daha uzun müddət qalacaq.
Ultra şıltaq bir görünüş üçün: Bənövşəyi
Çox tünd bir rəng olsa da, bənövşəyi dodaq boyası yaxşı sürtüldüyü təqdirdə hər dodağa yaraşar.
Nə stildə geyinsəniz geyinin, bu dodaq boyası sizə yaraşar. Yetər ki, üzərinizdəki bir aksessuarınız eyni rəngdə olsun!
Paltar: Gündüz cins, qəhvə rəngli yun bir kofta; gecə isə qara, krem, boz bir paltar bu rəng dodaq boyasıyla yoldaşlıq edəcək ən gözəl parça rəngləridir. Qara, ya da boz geyindiyinizdə bənövşəyi dodaq boyasının gücünü aynada daha çox hiss edəcəksiniz. Retro stili sınamaqdan qorxmayın. Məsələn, mavi ilə bənövşəyi çox uyğundur.
Makiyaj: Bu rəng yaşıl gözlər ilə təsir edicidir. Krem, ya da bej rəngli göz kölgələri bənövşəyi dodaqlarla çox xoş olar!
Təklif: Daha da qəşəng bir imic üçün dodaq boyanızın rəngində bir dırnaq boyasıyla dırnaqlarınızı rəngləndirin. Təcrübəli bir stil üçün bənövşəyi dodaq boyasını barmağınızla dodağınıza vurmağı yoxlayın. Bu dodaqlarınıza diqqətə çarpan olmayan, amma təbii bir hava verəcək.
XƏBƏR LENTİ
Eyni paltar fərqli görüntüdə
Hamiləlikdə varikoz
Kraliça II Yelizaveta koronavirusa yoluxdu
E vitaminin saçlara faydaları
Hamilə qadınların mənəvi qidaları
Sabahın hava proqnozu
Hakan Ilk dəfə qızını göstərdi-FOTO
Baş infeksionist: "Yoluxma 500-dən aşağı düşsün, ondan sonra..." - Müsahibə
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Bakı metrosunda yenə problem: bu "mərəz"ə nə vaxt son qoyulacaq?
Düzgün duruşdan başlayın
Mükəmməl şəkillərin çəkildiyi məkanlar
Yayda havalar sərin keçsə də, temperatur normadan yüksək olub-SƏBƏB
Təzə zəncəfil çayı (video-resept)
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Fonetika - Səslər
Bakıda nəhəng yolka qurulur
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Qızıl Kürə Mükafatlarının Sahibləri
Alişandan Buse Varola bahalı hədiyyə-FOTO
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Vahid endirim kartı-BAKIDA
Bakıda isti olacaq, rayonlara yağacaq
Qoltuq altı qaralmalarından qurtulun
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
İlk dəfə: podiuma qocalar çıxdı
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 19 nəfər vəfat edib
Bakı ən isti yanvarını yaşayır?
Azərbaycanda qəribə qadağa
Doğum gününə görə xarekter (mart)
Süni günəş vannaları tabutunuz ola bilər
Orqanizmini yaxından tanı
Audi A1-i bolidə döndü - FOTO
Bakıda 720 manata alça satılır
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Bilirsizmi?
Dükan pəhrizi ilə 25 kq arıqladım(3-cü mərhələ)
Ölkə adlarının sirri
"Buna imkan verməyəcəyik"
“Dirilişin" Ərtoğrulu tamamilə fərqli obrazda - FOTO
Qadin.Net - 5 YAŞ
Dünyanın ən kiçik boylu adamı 28 yaşında öldü - FOTO/VİDEO
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
8 Mart imtahanına hazırsınız?
Eser Yenenler evlənir -FOTO
Həyatda dörd şey
HAVA necə olacaq?- 8 APREL
Meryem Üzerli Maldicdə dincəlir-FOTO
- ŞƏRHLƏR