Bakıda hava 14°
USD AZN
EUR AZN
09:23Xəyalə Murad Evdə qalın ki, ailəniz də, siz də sağlam olasınız! 09:22Xəyalə Murad Sabahınız xeyirli, gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41571

Ayaq qoxusuna qarşı təbii çarə

 

Ayaq qoxusuna qarşı təbii çarə

Ayaqlarınıza qulluq edir, tez-tez yuyur, amma buna baxmayaraq, ayaq qoxusundan qurtula bilmirsiniz? Yəqin bir çox üsulları sınamısınız, amma problemdən tam qurtulmamısınız. Təbii ki, tibbi məhsullar bu problemə çarə ola bilir, lakin tez-tez dərman istifadə etmək istəməyənlər var. O zaman evdə hazırlaya biləcəyiniz bu təbii çarə ilə ayaq qoxusundan tamamilə qurtula bilərsiniz.

 Ayaq qoxusuna qarşı təbii çarə

Bir vannaya ilıq su doldurun, içinə yarım litr təbii üzüm sirkəsi tökün. Ayaqlarınızı bu suyun içində yarım saat saxlayın. Ardınca tibbi göbələk əleyhinə şampunla ayaqlarınızı yuyun. Bunu həftədə iki dəfə təkrarlasanız, elə ilk dəfədən sonra dəyişiklik hiss edəcəksiniz. İstəsəniz, sonda ayağınıza gözəl qoxulu krem də çəkin.
Ayaq qoxusuna qarşı təbii çarə
Ayaq qoxusuna səbəb ola biləcək ayaqqabılarınıza da əl gəzdirin. İyi gələn ayaqqabıların içinə ayaqqabı dezodorantı sıxa bilər və geyinmədən öncə qoxunun qarşısını alan ayaq pudralarından istifadə edə bilərsiniz.
Qoxu ayaqqabıya hopubsa, aptekdən ala biləcəyiniz saf spirtlə ayaqqabının içini yaxşıca silib, qurumağa qoyun. Qoxunun çəkilməyə başladığının şahidi olacaqsınız.
Dırnağınızda göbələk varsa...
Ayaq qoxusuna səbəb ola biləcək ən önəmli problemlərdən birinin göbələk olduğunu unutmayın.
Dırnaq göbələyini çözə biləcək bir çox vasitələr apteklərdə satılır. Ancaq bu problemi öz üsullarınızla da həll edə bilərsiniz.
Ayaq qoxusuna qarşı təbii çarə
 Vicks kremini hər gecə göbələk olan dırnağa sürtün. Ertəsi gün səhər ayaqlarınızi tibbi göbələk əleyhinə şampunla yuyun. Bunu dırnaq özünü tam yeniləyənə qədər davam etdirin. Təxminən 3 ay ərzində dırnaq göbələyi problemindən qurtulmuş olacaqsınız.
Səslərin sayı: 1
1
1921
Şərhlər
Offline
Iceberg
Ayaq qoxusuna səbəb ola biləcək ən önəmli problemlərdən birinin göbələk olduğunu unutmayın.
12 iyun 2017 18:45
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )