Deyək ki, bir neçə kilo artıq çəkiniz var və ya kilo almağa meyillisiniz, qarşısını almaq istəyirsiniz. Çox təəssüf ki, problemi bir həkimə ya da dietoloqa getmədən “öz-özünüzə” həll etmək istəyirsiniz. Bəzi qaydalara diqqət edərək bu işi bacara bilərsiniz. Bu da onlardan ilk 15-i ...
1- Bol tərəvəz
Çoxlu tərəvəz yeyin. Sadəcə salatlarda deyil, yağsız və ya çox az yağ ilə qızartma ya da qaynadılmış, hətta mümkünsə buğlama tərəvəzlərdən bol-bol istifadə edin. Həm də tək bir tərəvəz yerinə hər növ tərəvəzdən istifadə edin. Çünki növ artıqca təşviq də artar. Bol tərəvəz istifadə etmənin yolu da mütləq zəngin bir salat mədəniyyəti əldə etməkdir. Hər növ tərəvəz sağlam və düzgün bədən quruluşunda olmanın ən yaxşı yol yoldaşıdır.
2- Daha az şəkər
Daha az şəkər istifadə edin. Çayınıza, qəhvənizə şəkər əlavə etməyi unudun, şəkərli hər növ içəcəkdən, xüsusilə şirələrdən vaz keçin. Dad duyğunuzu gözəlləşdirmək üçün limondan, ədviyyatlardan və çox şəkərli olmayan meyvələrdən faydalanın.
3- Tam taxıllı
Tam taxıllı seçiminiz olsun. Unlu yeyəcəkləri minimuna endirin. Ağ çörək yerinə tam taxıllı çörək yeyin. Onun belə bir dilimi ilə kifayətlənin. Bulqurun kəpəklisini, makaronun kəpəklisini, düyünün qəhvəyi rənglisini istifadə edin.
4- Yavaş yeyin
Yemə sürətini yavaşlatmaq artıq qida qəbulunun qarşısını almağın ən təsirli yoludur. Heç bir yemək vaxtınız 20-30 dəqiqədən daha qısa olmasın. Unutmayın ki, toxluq hissini təmin edən hormonlar ortalama iyirminci dəqiqədən sonra təsirini göstərməyə başlar.
5- Az kalorili şorba
Az kalorili şorbalar seçin. Şorba mükəmməl bir ana yemək başlanğıcı, hətta gözəl bir ara yemək seçimidir. İçine krem, bol yağ və lobya, qarğıdalı və bu kimi əlavələr əlavə etməzsəniz, həm daha az yemənizi, həm də daha asan doymanızı təmin edəcək, toxluq müddətini uzadan mükəmməl şorbalar hazırlaya bilərsiniz. Əgər şorba ilə tam toxluq hiss etmək istəyirsənizsə içinə protein əlavə edin. Toyuq şorba, yoğurtlu şorba, ətli şorba kimi.
6- İçkini tərk edin
İçkidən uzaq durun. İçki içindəki yüksək kalori səbəbilə deyil- içkinin qramında 7 kalori olur, ayrıca daha çox yeməyə təşviq etdiyi üçün də həddən çox çəki almanıza səbəb olar.
7- Evdə yeyin
Evdə yeyilən yeməklər sadəcə daha sağlıqlı deyil, eyni zamanda daha az kalorilirdir.
8- Kiçik boşqablar
Kiçik boşqablar istifadə edin. Boşqab ölçüsü kiçildikcə, yeyəcək miqdarı da azalacaqdır. Məsələn, ana yeməklərini salat boşqablarında yeməyi sınayın.
9- Kçik pay
Payları kiçildin. Çəki problemləri olanların çoxu fərqində olmasalar da böyük paylarla qidalanan şəxslərdir. Çoxu az yediklərini düşünürlər amma ümumilikdə böyük paylarla qidalanırlar. Pay nəzarəti çox vacibdir buna xüsusi diqqət edin.
10- Masadan ac qalxın
Masadan ac qalxın. Masaya doymaq üçün deyil, bəslənmək üçün outrun. Yəni yeməklərinizin 20%-ni boşqabınızda saxlayın, daha yaxşısı boşqabınıza almayın.
Qeyd: Yaponlar bu qaydaya Hara Hachi deyirlər və mənə görə onları çəkidən qoruyan böyük avantajlardan biri də budur.
11- Daha yaxşı yuxu
Çox yaxşı yatın. Araşdırmalar yuxu problemi olanların daha asan çəki aldığını göstərir.
12- Daha çox hərəkət
Hər gün artıqdan yüz kalori sərf etmənin bir yolunu tapın. Günlük fəaliyyətinizə 100 kalori artıq əlavə etməniz ayda ən az yarım kilo itirmənizə səbəb olacaqdır.
13- Atışdırmayın
Əgər hipoqilkemiyanız yoxsa, mütləq ara payı almanız, yəni maddələr mübadiləsini sürətləndirəcəm deyə sağlamlığa zərərli pəhriz peçenyelərdə çarə axtarmağınız səhvdir. Sadəcə acdıqda yeyin və belə vəziyyətdə də pəhriz peçenye və ya digər unlu atışdırmalıqlara toxunmayın. Məsələn, təzə bir alma, bir portağal yeyin və ya südlü bir qəhvə için. Ara payınız bir stəkan ayran və ya qatıq da ola bilər, amma paketlənmiş pəhriz atışdırmalıqlar istifadə etməyin.
14- Vegetarian kimi
Vegetariyanlar kimi bəslənin. Ət məhsulu istifadə edənlərə nisbətən daha çox tərəvəz istifadə edin, xüsusilə qırmızı ət və bənzər proteinli qidalar yerinə xəfif tərəvəz yeməkləri ilə kifayətlənənlər daha az çəkili olur. Qatı bir vegetarian olmayın, amma yağlı heyvan mənşəli qidalardan da uzaq durun.
15- Su için
Su için. İstər çay, istər su şəklində amma daha çox maye-su qazanın. Zəifləmə çayı deyə bir çay olmadığını unutmayın. Nə yaşıl çayı, nə də bənzər çayları, qısacası hər növ formada qalmaq üçün olan çaylar arıqlamaq üçün deyil, sağlamlıq üçün için. Hər gün bir stəkan qara, bir stəkan yaşıl çay və ən az 8-10 stəkan su idealdır.
XƏBƏR LENTİ
Dahilərdən gözəl sözlər-9
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
Tibb işçilərindən yaralı əsgərimizə sürpriz - VİDEO
Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Bakı əhalisinin sayı açıqlanıb
Axmaqlar bir-birini cəlb edir...
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Şəhid polkovnikə Milli Qəhrəman adı verildi
Malik Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür
Obama xalqını təhqir etdi
Albalı keksi (foto resept)
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Ermənilər Bakıya gəlir
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Dövlət başçısı: "Düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın"
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Qızıl balıqlı yaşıl şorba (foto resept)
Avitaminoz
Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Öz qapımıza yenə qol vuracağıq?
Gəlin birlikdə gülək
Rahat ayaqqabı sevənlərə
Vərəm
Vanqadan dəhşətli proqnoz
Rəngarəngliyi sevən xanımlara
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Menstruasiyanın gecikməsinin səbəbləri
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Kanye Uestdən qəribə açıqlama
Cem Yılmaz Ozan Güvən qalmaqalına görə tənqid olundu
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Qısqanclıq özgüvənsizliyin əlamətidir!
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Gülüş-2
Maraqlı aksesuarlar
Yataq örtükləri
Şaftalı mürəbbəsi (foto resept)
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
Dünyanın gələcəyini dəyişəcək qərar
Plombir tortu (foto resept)
Azərbaycanda evlərə yeni və şok vergi gəlir
Vicdanım üşüyür...
Alman müəlliməmin təcrübələri
10 milyon dollarlıq alma satılır-FOTO
Kobud kişilərin oxumalı olduğu yazı
Küləkli günlər nə vaxtadək davam edəcək?
- ŞƏRHLƏR