Hər qadının bədən tipi fərqlidir. Bədən ölçüsü və saç rəngimiz bizi digərlərindən fərqli edər. Əvvəl özümüzü sevməklə, sonra da bədən tipimizə görə geyinməklə cazibədar görünə bilərik!
Bədəninizin alt və üst hissəsi yumru xətlidirsə, bədəninizə tam oturan paltarlar seçməlisiniz. Çox dar və ya çox geniş paltarlar sizi olduğunuzdan fərqli göstərə bilər. Beliniz incədirsə, köynək, paltar və pencəklərinizin belə oturan kəsimdə olmasına diqqət yetirin. Beləcə, diqqəti belinizə çəkib daha incə görünə bilərsiniz.
Beliniz istədiyiniz qədər incə deyilsə və bədəninizin digər hissələri ilə uyğunsuzdursa, qalın kəmərdən istifadə etməyin. Orta incəlikdə kəmərlər bədən tipinizə uyğundur.
Ayaqlarınız uzun, üst bədəniniz qısadırsa, bədəninizin bütünlüyünü təmin edəcək paltarlar seçməlisiniz. Bədəninizin alt və üst hissəsinin eyni görünməsi üçün uzun kofta və pencəklərdən istifadə edə bilərsiniz.
Ayaqlarınızı olduğundan daha uzun göstərmək istəsəniz, tək rəng parçadan tikilmiş yüksək belli şalvar və ətəkləri seçə bilərsiniz. Beli aşağıda olan şalvarlar daha qısa görünməyinizə səbəb olacağı üçün belə kəsimlərdən uzaq durmalısınız. Kofta və köynəklərinizin uzunluğu bel xəttində olsa, qıçlarınız uzun görünəcək.
Ombalarınız istədiyiniz incəlikdə deyilsə, tək rəng parçadan tikilmiş bədəninizə uyğun şalvar və ətəkləri seçməlisiniz.
Bədəninizin üst hissəsi incədirsə, diqqəti bu hissəyə verməli və biserli, üzəri işləməli koftalar geyinməklə balans əldə edə bilərsiniz.
Bədəninizin üst hissəsi böyükdürsə, sadə, tək rəngli kofta, pencək və ya köynəklər seçə bilərsiniz. V yaxalıqlı paltarlar daha incə görünməyinizi təmin edər və bədəninizin mütənasib görünməsini təmin edər. Üfüqi xətli və qırçınlı paltarlar seçməməyə diqqət edin.
XƏBƏR LENTİ
Yerin oxşarı tapıldı
Azərbaycanda yeni telekanal açılır
Ərdoğan kimdən küsdü?
Mehriban Əliyeva: “Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun”
Leyla Əliyeva Federasiya nümayəndələri ilə görüşdü
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Mikrodalğalı Soba
Azərbaycan insan inkişafı indeksinə görə 6 pillə irəliləyib
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Bir sərnişinə görə 330-a yaxın reys təxirə salınıb
Ağ zəncirotu salatı (foto-resept)
Motivasiya filmləri
Rəqqasə Didem illər sonra-FOTO
"Dədə Qorqud" filmi nə vaxt çəkiləcək?
Səudiyyə Ərəbistanına QAR yağdı-FOTO
Futbolçulara dəstək vermək üçün bunu etdi-FOTO
Qolları, ayaqları yoxdur, amma
Pəhrizi pozan bəhanələr
Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
Qış çəkmələri
Məşhur aktyor tanınmaz halda -FOTO
Şaxta baba xəstəxanada
Doğum evlərində süni qida qatışıqlarının istifadəsinə ciddi nəzarət ediləcək
Qozlu tort (foto resept)
Məşhurlar və quşlar (1-ci hissə)
Çox çay içmək kişilərə zərərlidir
Türkiyədə "Twitter" və "Facebook"a giriş qadağan edilə bilər
Anadangəlmə qolu olmayan qadın maşını belə idarə edir - VİDEO
Varlı olmaq arzusu
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
Ən bahalı yataq dəsti
Qırmızı kələm salatı (foto resept)
Benzinin qiymətindəki dəyişlik Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək
Salvador Dali - zərgər kimi
İtalyanların sürprizi
Şəkər haqqında gələn xəbərlər
Azərbaycanda nikahların sayı artıb
Azərbaycanın iki rayonuna qar yağır
Məşhur tərzi: Dua Lipa
Koronavirusun daha bir simptomu açıqlandı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Günün ulduz falı - 19.03.2014
Məşhur filmdə gülməli səhv - Foto
Fəxriyyə Xələfova ilin dəbdə olan rəngləri haqda
"The Pussycat Dolls" qrupu 10 il sonra yenidən birlikdədir
Ən sürətli internet haradadır?
Vəzəri
Vüsalə: "Böyrək köçürmədən sonra ana olan ilk qadınam"
Qurani-Kərimdə adı çəkilən 6 meyvə
Azərbaycan əhalisinin sayı açıqlandı
- ŞƏRHLƏR