Qadin.NET / Bədən quruluşuna görə geyinməyin sirri

Bədən quruluşuna görə geyinməyin sirri

Hər qadının bədən tipi fərqlidir. Bədən ölçüsü və saç rəngimiz bizi digərlərindən fərqli edər. Əvvəl özümüzü sevməklə, sonra da bədən tipimizə görə geyinməklə cazibədar görünə bilərik!

Bədəninizin alt və üst hissəsi yumru xətlidirsə, bədəninizə tam oturan paltarlar seçməlisiniz. Çox dar və ya çox geniş paltarlar sizi olduğunuzdan fərqli göstərə bilər. Beliniz incədirsə, köynək, paltar və pencəklərinizin belə oturan kəsimdə olmasına diqqət yetirin. Beləcə, diqqəti belinizə çəkib daha incə görünə bilərsiniz.

Beliniz istədiyiniz qədər incə deyilsə və bədəninizin digər hissələri ilə uyğunsuzdursa, qalın kəmərdən istifadə etməyin. Orta incəlikdə kəmərlər bədən tipinizə uyğundur.

Ayaqlarınız uzun, üst bədəniniz qısadırsa, bədəninizin bütünlüyünü təmin edəcək paltarlar seçməlisiniz. Bədəninizin alt və üst hissəsinin eyni görünməsi üçün uzun kofta və pencəklərdən istifadə edə bilərsiniz.

Ayaqlarınızı olduğundan daha uzun göstərmək istəsəniz, tək rəng parçadan tikilmiş yüksək belli şalvar və ətəkləri seçə bilərsiniz. Beli aşağıda olan şalvarlar daha qısa görünməyinizə səbəb olacağı üçün belə kəsimlərdən uzaq durmalısınız. Kofta və köynəklərinizin  uzunluğu bel xəttində olsa, qıçlarınız uzun görünəcək.

Ombalarınız istədiyiniz incəlikdə deyilsə, tək rəng parçadan tikilmiş bədəninizə uyğun şalvar və ətəkləri seçməlisiniz.

Bədəninizin üst hissəsi incədirsə, diqqəti bu hissəyə verməli və biserli, üzəri işləməli  koftalar geyinməklə balans əldə edə bilərsiniz.

Bədəninizin üst hissəsi böyükdürsə, sadə, tək rəngli kofta, pencək və ya köynəklər seçə bilərsiniz. V yaxalıqlı paltarlar daha incə görünməyinizi təmin edər və bədəninizin mütənasib görünməsini təmin edər. Üfüqi xətli və qırçınlı paltarlar seçməməyə diqqət edin.

17 fevral 2013
GO BACK