
AzərTAc dəb həvəskarlarının marağını nəzərə alaraq yeni layihə - “Moda” rubrikasını təqdim edir.
Rubrikamızın ilk qonağı Azərbaycanın tanınmış modelyeri və ilk ətriyyatçısı, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.
Tanınmış modelyerlə bağlı hazırlanmış videosüjetdə 2014-cü ilin dəb baxımından dinamik olduğu diqqətə çatdırılır. Bildirilir ki, dünyanın dəbini diktə edən şəhərlərdə - London, Nyu-York, Paris və Milanda keçirilmiş dəb həftələrində müşahidə olunan əsas meyllərdən bu ilin dəb baxımından dinamik, dolğun və canlı rənglərin aktuallığı ilə digərlərindən seçiləcəyi aydın olur. İlin əsas palitrasını açıq və əlvan rənglər təşkil edəcəkdir.
Zövqlə geyinənləri maraqlandıran əsas suallardan biri də 2014-cü ildə hansı geyimlərin və rənglərin dəbdə olacağıdır.
F.Xələfova bildirir ki, 2014-cü ildə dama-dama köynəklər, dəri gödəkcələr, şalvarlar, cinslər, şlyapalar dəbdə olacaqdır. Buna “kantri” üslubu deyilir. Bu, klassikləşmiş bir obrazdır. Amma hamıdan bu geyim tələb edilmir. Arzusunda olan romantik bir üslub da seçə bilər. Ümumiyyətlə, 2014-cü ildə dama-dama geyimlərə, krem rəngli çalarlara üstünlük veriləcəkdir.
Tanınmış modelyer, həmçinin gələcək planları haqqında məlumat verir. Bir çox beynəlxalq sərgilərdə müəllifi olduğu moda nümunələri nümayiş etdirilən F.Xələfova, artıq ölkəmizdə son dəbdə olan geyimlərin də nümayiş olunmaq üçün hazırlandığını bildirir.
Qeyd edək ki, təkrarolunmaz və zövqlə bəzədilmiş interyeri olan “Faxriyya Xalafova Wedding Gallery” dəb evinin dizaynı da F.Xələfovanın özü tərəfindən verilmişdir. Burada nümayiş olunan kolleksiyada modelyer-dizaynerə məxsus eksklüziv gəlinlik paltarları, bəzək əşyaları, aksessuarlar və ziyafət geyimləri vardır. Moda evində, həmçinin modelyerin özünə aid ətriyyat kolleksiyası da təqdim olunur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tərəvəz şorbası (foto resept)
Azərbaycan nefti yenə ucuzlaşdı
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO
2019 gözəllik trendləri
Azərbaycan dili - XIII Dərs
Bu ilin üzük trendləri
Kətan toxumunun zərərləri
"Apple"-dan möhtəşəm layihə
Qadin.Net dilə gəldi...
Noyabrın 1-də şokoladlı Android göstəriləcək
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
HAVA necə olacaq? 20-yanvar
Məşhurların əsl adları - Siyahı
Qəhvənin üzü ağardı
Göz ətrafını canlandırmağın 3 yolu
Azərbaycanda qadınların sayı azalır
Qırışlara qarşı 4 təbii yağ
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Günün ulduz falı
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Bu ərzaqları birlikdə yeməyin!
"Oruc tutmaq özünü qidadan məhrum etmək deyil"
Əsmər qadınlara ən çox yaraşan 4 rəng
Uşaq ağlayırsa nə etməli?
Qatığın faydaları
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Sürücüsüz avtomobillər üçün xüsusi şəhər salınır
Növbəti buraxılış imtahanının vaxtı açıqlandı - CƏDVƏL
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
Kameron Diaz haqqında gözlənilməz xəbər _FOTO
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
İdeal piroq (foto resept)
Mikayıl Cabbarov: "Təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik"
Şahinlərimizə qurban kəsildi
2013-cü ilin ən dəbli makiyajı
“Qalatasaray”dan “Neftçi”yə azərbaycanca cavab - FOTO
Qarışıq geyimlər
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Rəqs et mənimlə, eşqin sonuna kimi...
Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən 14 il ötür
Günün ulduz falı
Rəngarəng fincanlar
Xoşbəxtlik gətirən qidalar
Bu gün "Qarabağ" çempion olacaq?
Hollandiyada "Məmməd Məmmədov" parkı
Məzuniyyət zamanı necə istirahət etməli?















- ŞƏRHLƏR