On il bundan əvvəl modabaz qızlar yalnız qorxulu yuxularında görə bilərdilər ki, onlar şəhərin mərkəzində rezin uzunboğaz çəkmələrdə gəzirlər. Lakin zaman ötdükcə dəb də dəyişir. İndiki zamanda bir cüt belə çəkmə çox qadının qarderobunda yer almışdır. Çünki rezin çəkmələr yağışlı havada geyinilə biləcək ən rahat ayaqqabıdır.
Bununla bir çox məhşurlar da razılaşırlar- Keyt Moss, Jeniffer Eniston, Kira Naytli, Emma Uotson, Anjelina Coli və s.
Eyni zamanda dizayner brendləri də küçə tendensiyasına uyğun olmalıdırlar, ona görə də onlar öz kolleksiyalarına rezin uzunboğaz çəkmələri daxil edirlər. Bu cür çəkmələrə Burberry, Salvatore Ferragamo, Dolce&Gabbana, Raplh Lauren, Gucci, Jimmy Choo, Givenchy və hətta Valentino kimi məşhur dizaynerlərin kolleksiyalarında rast gəlmək olar.
Rezin uzunboğaz çəkmələr ciddi klassikadır
Hunter adlanan rezin çəkmələri hələ şahzadə Diana geyinirdi. Bu cür çəkmələr əlavə dekorsuz olan, klassik modelləri sevənlərə uyğundur. Biz sizə payız depressiyasına qarşı olaraq rəngli modellərə də nəzər salmağı məsləhət görürük. Parlaq əlvan çəkmələr tutqun havada tək sizin deyil, həmçinin yoldan keçən insanların da əhvalını yüksəldəcək. Bu çəkmələri hən cins ilə, həm də ofis geyimləri ilə geyinmək olar.
2011-ci ilin payız-qış mövsümü üçün məktəbli stili də təklif olunur. Diqqət yetirin: bu obrazda həm rənglərin ahəngi, həm də formalar bir-birinə uyğundur.
Bu obrazdakı geyimlər: rezin uzunboğaz çəkmələr Hunter firmasından, keyp Zara, jaket Marc by Marc Jacobs, yaxalıq Asos, ətək Missoni, çanta Furla, çətir isə Gucci firmasındandır.
Uzunboğaz çəkmələr: qeyri-adi printlərlə
Həyatsevər gənc nəsil parlaq, rəngarəng, üzərində qrafitlər, heyvan şəkilləri, cizgi filmi qəhrəmanları və s. formada olan çəkmələri lazımınca dəyərləndirəcəklər. Əgər siz ciddi filoloq olsanız belə, bu çəkmələr sizin xarici görünüşünüzə kiçik yumor hissi qatacaq.
Eksperiment aparmaqdan çəkinməyin. Biz sizə bu cür çəkməyə elə özü qədər cəlbedici olan aksessuarlar seçməyi məsləhət görürük, məsələn, rəngli çanta və s.
Obrazdakı geyimlər: rezin çəkmələr Keddodan, t-shirt Massimo Dutti-dən, şalvar J Branddan, üzük Yves Saint Laurent, çanta Marc by Marc Jacobs, çətir Furla firmasındandır.
Rezin çəkmələr: nəzərlərin çaşdırılması
Bu mövsümdə dizaynerlər bir eksperiment aparmaq qərarına gəliblər. Onlar rezin çəkmələri adi uzunboğaz çəkmə stilində hazırlamağa qərar veriblər. Bəzək elementləri kimi kəmərlərdən istifadə ediblər. "Valentino" modalar evi rezin çəkmələrin elə bir eleqant növünü yaradıb ki, o, digər dəri çəkmələrdən heç nə ilə fərqlənmir. Biz də sizə bu növ çəkmələri parlaq rəngli trençlə geyinməyi məsləhət görürük.
Obrazdakı geyimlər: rezin çəkmələr Valentinodan, trenç Michael Korsdan, don Rag&Bonedən, çətir Isotonerdən, çanta See by Chloe firmasındandır.
Bəs siz necə, yağışlı havada rezin uzunboğaz çəkmələrdən istifadə edirsinizmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu günün hava proqnozu
Bezeli vafli tortu (foto resept)
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir
Uzun həyat üçün Aralıq dənizi pəhrizi (1-ci hissə)
Cəfərinin faydaları
Bir aya ləkələri yox edən maska
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi
Möcüzəvi minerallar - 2
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"
Velosipedçilər İsmayıllı yolunda
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Azərbaycan tarixində ilk: Qadın hakim olacaq
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı
Bakıda temperaturun aşağı düşməsi ilə bağlı açıqlama
Ana olmaq istəyənlər şokoladdan uzaq durun!
Ordumuz Ermənistanın daha bir PUA-sını vurub
İnternetdə dolaşan təhlükə
Rəngarəng donlar
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Gökhan Təpə artıq çəkisi ilə diqqət çəkdi-FOTO
Azərbaycanda qar yağacaq
2017-ci ilin Türkiyə gözəli
D vitaminin bədəndəki rolu
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Soyuducuda zəhərə çevrilən qidalar
Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi
4 terabaytlıq, ilk...
Qalaktikaların xəritəsi çəkildi
Qışa belə hazırlaşırıq
Azərbaycana fəsillərin daxilolma vaxtları məlum olub
“Diriliş Ərtoğrul”un FİNAL tarixi bəlli oldu - FOTO
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb
Dəbli kişi gödəkçələri
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ
“Taxt oyunları” tənqid olundu - FOTO
Bu ilin ən gözəl 15 qadını
Tibbi maskalardan belə istifadə edin-VİDEO
Meksika klubu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı
Türkiyədə matəm elanı
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
İngilis dili-İlk Sınaq İmtahanı
Xanımlar üçün paltolar
Yer üzü daha bir fəlakətlə üz-üzə: “Beyin yeyən amöb” yayılıb
- ŞƏRHLƏR