Qadin.NET / Rezin uzunboğaz çəkmələr

Rezin uzunboğaz çəkmələr

On il bundan əvvəl modabaz qızlar yalnız qorxulu yuxularında görə bilərdilər ki, onlar şəhərin mərkəzində rezin uzunboğaz çəkmələrdə gəzirlər. Lakin zaman ötdükcə dəb də dəyişir. İndiki zamanda bir cüt belə çəkmə çox qadının qarderobunda yer almışdır. Çünki rezin çəkmələr yağışlı havada geyinilə biləcək ən rahat ayaqqabıdır.

Bununla bir çox məhşurlar da razılaşırlar- Keyt Moss, Jeniffer Eniston, Kira Naytli, Emma Uotson, Anjelina Coli və s. 

Eyni zamanda dizayner brendləri də küçə tendensiyasına uyğun olmalıdırlar, ona görə də onlar öz kolleksiyalarına rezin uzunboğaz çəkmələri daxil edirlər. Bu cür çəkmələrə Burberry, Salvatore Ferragamo, Dolce&Gabbana, Raplh Lauren, Gucci, Jimmy Choo, Givenchy və hətta Valentino kimi məşhur dizaynerlərin kolleksiyalarında rast gəlmək olar.

 Rezin uzunboğaz çəkmələr ciddi klassikadır 

 Hunter adlanan rezin çəkmələri hələ şahzadə Diana geyinirdi. Bu cür çəkmələr əlavə dekorsuz olan, klassik modelləri sevənlərə uyğundur. Biz sizə payız depressiyasına qarşı olaraq rəngli modellərə də nəzər salmağı məsləhət görürük. Parlaq əlvan çəkmələr tutqun havada tək sizin deyil, həmçinin yoldan keçən insanların da əhvalını yüksəldəcək. Bu çəkmələri hən cins ilə, həm də ofis geyimləri ilə geyinmək olar.

2011-ci ilin payız-qış mövsümü üçün məktəbli stili də təklif olunur. Diqqət yetirin: bu obrazda həm rənglərin ahəngi, həm də formalar bir-birinə uyğundur. 

Bu obrazdakı geyimlər: rezin uzunboğaz çəkmələr Hunter firmasından, keyp Zara, jaket Marc by Marc Jacobs, yaxalıq Asos, ətək Missoni, çanta Furla, çətir isə Gucci firmasındandır.

 Uzunboğaz çəkmələr: qeyri-adi printlərlə

Həyatsevər gənc nəsil parlaq, rəngarəng, üzərində qrafitlər, heyvan şəkilləri, cizgi filmi qəhrəmanları və s. formada olan çəkmələri lazımınca dəyərləndirəcəklər. Əgər siz ciddi filoloq olsanız belə, bu çəkmələr sizin xarici görünüşünüzə kiçik yumor hissi qatacaq.

Eksperiment aparmaqdan çəkinməyin. Biz sizə bu cür çəkməyə elə özü qədər cəlbedici olan aksessuarlar seçməyi məsləhət görürük, məsələn, rəngli çanta və s. 

Obrazdakı geyimlər: rezin çəkmələr Keddodan, t-shirt Massimo Dutti-dən, şalvar J Branddan, üzük Yves Saint Laurent, çanta Marc by Marc Jacobs, çətir Furla firmasındandır.

 Rezin çəkmələr: nəzərlərin çaşdırılması

Bu mövsümdə dizaynerlər bir eksperiment aparmaq qərarına gəliblər. Onlar rezin çəkmələri adi uzunboğaz çəkmə stilində hazırlamağa qərar veriblər. Bəzək elementləri kimi  kəmərlərdən istifadə ediblər. "Valentino" modalar evi rezin çəkmələrin elə bir eleqant növünü yaradıb ki, o, digər dəri çəkmələrdən heç nə ilə fərqlənmir. Biz də sizə bu növ çəkmələri parlaq rəngli trençlə geyinməyi məsləhət görürük.  

Obrazdakı geyimlər: rezin çəkmələr Valentinodan, trenç Michael Korsdan, don Rag&Bonedən, çətir Isotonerdən, çanta See by Chloe firmasındandır.

Bəs siz necə, yağışlı havada rezin uzunboğaz çəkmələrdən istifadə edirsinizmi?

 

5 oktyabr 2011
GO BACK