Fərdi inkişaf dedikdə:
Fərdi inkişaf - adamın özünü inkişaf etdirməsidir.
Fərdi inkişaf - hədəflərimizə çatmaqda bizi motivasiya edən bir çox texniki və strategiya ehtiva edən müddətdir.
Fərdi inkişaf - başqalarıyla yaxşı əlaqələr və ünsiyyət qurmada addımlar atmaqdır.
Fərdi inkişaf - içimizdəki mənfi düşüncə, mühakimə və inanc qəliblərini dəyişdirərək, müsbət olan yeni düşüncə, mühakimə və inanc qəliblərini mənimsəməkdir, kimi təriflər ağılımıza gələ bilər.
Fərdi inkişaf nədir? Deyə soruşanda buna bənzər bir çox cavablar ala bilərik. Bəli… Fərdi inkişaf yuxarıda verilmiş cavablardır. Elə deyilmi?
Baxaq elədirmi?
İnsanlar dil öyrənərək, kitab oxuyaraq, kinoya gedərək özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirirlər.
İnsanlar istədikləri bir çox şeyi əldə edə bilərlər. Gün ərzində bir neçə dəfə istədiklərimizi əldə edirik. Hətta insanlıq əsrlərdir eyni şeyi edir. Hədəflərə çatmaq həyati inkişafdır.
Bəzən insanlarla yaxşı rəftar edir, bəzən də bunu heçə sayırıq. Bunu hamımız edirik. İnsanlarla yaxşı əlaqələr qurduğumuz zaman, keyfiyyətli ünsiyyətdə olduqda bu o an qarşımızda olan adamla inkişaf etdirdiyimiz əlaqəmizdir. Həm də, yaxşı əlaqə və ünsiyyət qurduğumuz eyni adamla, eyni ünsiyyəti hər vaxt qura bilmirik.
Hər insanın keçmişində inandığı və bu an ona gülməli gələn bir çox düşüncəsi, mühakiməsi və inancı vardır. Zaman keçdikcə, dəyişmiş bir çox düşüncəyə, bir çox inanca və mühakiməyə sahib oluruq. Bu bizim kobudca, şəxsiyyət olaraq təkamülləşməmizdir.
Henry Bergsona görə: "Var olmaq dəyişməkdir, dəyişmək yetkinləşmək, yetkinləşmək özünü dayanmadan yaratmaqdır."
Fərdi inkişaf - insanın olduğu hal və vəziyyətindən özünün ən yüksək potensialını ortaya çıxartmasıdır.
Fərdi inkişaf olaraq təyin etdiklərimiz adamın ən yüksək potensialını aşkar etməsi, bu potensialı ən yaxşı nümayiş etdirməsi və istifadə etməsi üçün kömək edəcək yollardan yalnız bir neçəsidir. Nə hədəflər təyin etmək, nə yaxşı əlaqə və ünsiyyətdə olmaq, nə də düşüncələri, inancları, mühakimələri dəyişdirmək ayrı-ayrılqda fərdi inkişaf demək deyildir. Bunlar şəxsiyyətdə və həyatda inkişaflardır. Fərdi inkişafa kömək edən müsbət həyati inkişaflardır. Və hər insan istəsə də, istəməsə də, həyati dəyişmədə iştirak edir.
Fərdi inkişaf həyati davamlılıq olan dəyişmədən fərqlidir. Həyati davamlılıq, adamın yaşadığı hadisələr, insanlarla əlaqələri, əldə etdiyi,təcrübə aldığı məlumatlardan təsirləndiyi dəyişməni təmin edir. Bu şəxslərin şüursuz dəyişməsinə səbəb olar. Fərdi inkişaf isə şüurlu dəyişməni tələb edir. İnsanların qabiliyyətlərini, məlumat və davranışlarını, fərdi üstünlüklərini şüurlu seçim ilə müəyyən bir istiqamətə yönəldikləri zaman meydana gəlir.
İnsanlar fərdi inkişaf ilə özlərini mövcud bir pillədən daha üst pillələrə daşıyır.
Fərdi inkişafın ən fundamental nöqtəsi- adamın özünü tanımasıdır.
Fərdi inkişafın başlaması üçün, adamın özünü tanıması, hansı sahələrdə hansı mərhələdə olduğunu təyin etməsi və çatışmayan cəhətləri olan sahələrdə özünü inkişaf etdirməyə qərar verməsi lazımdır. Harada olduğumuzu və hara çatmaq istədiyimizi və çatmaq istədiyimiz yerə çatmaq üçün nələrə ehtiyacımız var deyə həyatımızı nəzərdən keçirməmiz lazımdır.
Fərdi inkişafın faydaları
Fərdi inkişafın məqsədi fərdi çox istiqamətli inkişaf etdirməkdir. İnsana ictimai həyatında iş həyatında ,şəxsi həyatında təsirli, məhsuldar, güclü edərək həyatına istiqamət verir. Adam bunu ancaq fərqli sahələrdə biliklərini artıraraq reallaşdıra bilər.
Fərdi inkişafın digər məqsədi isə ; həyatın əsas ünsürləri olan , xoşbəxtlik, sağlamlıq kafi maddi rifah, təhlükəsizlik, ictimai münasibətlər, ruhi sakitlik, ümidini itirməmək və ailə əlaqələrində yaxşı səviyyədə olmaq və bu sahələrdə davamlı inkişaf etməkdir. Fərdi inkişaf özündən daha çoxunu və daha yaxşısını istəmək və özünü bütün bunları əldə etməyə hazır hala gətirməkdir.
XƏBƏR LENTİ
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Parfe ( foto- resept)
Prezident iki icra başçısını işdən çıxardı
"Kızım" FİNAL EDİR
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Sızanaqlar aradan qaldıran qidalar
Göz laynerini asan çəkmə üsulları
"Yazıq" portret
Araz Ağalarov sanksiyaları pislədi
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
"Çukur"da surpriz
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Qışın əvəzedilməz yeməkləri
Qənaətcil olmaq üçün 5 təklif
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Azərbaycana güclü qar yağıb
Toy dəvətnamələri
Eşşəkarıları şoku: 42 ölü, 1689 yaralı
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Azərbaycanın təbii-coğrafi şəraiti-3 (son)
Smartfonda istənilən insanı izləmək mümkündür
Qadının yataqda 10 səhvi
Gümrüdə erməniləri belə susdururlar
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
İnsan
Övladımla necə dost ola bilərəm?
Kremlə iyunadək vaxt verildi
İnəyinin hərəkətinə görə cərimə ödədi
Ev almış jurnalistlərə müjdə
Bakıya gətirilən yeni avtobuslar sabahdan istismara buraxılacaq
"Rusiya müharibəni qızışdıracaq"
Rəngarəng şamlar
Sabahdan Azərbaycanın ali məktəblərinə və kolleclərinə sənəd qəbulu başlanılır
Willow Smith
Ölkələr həyəcan təbili çalır
9 lotoreya aldı, hər biri qalib oldu
Bacardıq: ermənilərə tərs şillə
Saçları gücləndirən; saç detoksu
Azərbaycanın dövlət saytları çökdü
Milyonların sevimlisi vəfat etdi
Ərdoğan Obamanı tənqid edib
Arıqlamaq üçün ilkin addımlar
Cem Yılmaz Defne ilə barışdı?-FOTO
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Ramazan ayında səfərə çıxmaq olarmı?
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
TQDK-dan Facebook açıqlaması
- ŞƏRHLƏR