Təhtəlşüurunuz qaranlıq bir otaqdır. Xaricdəki həyatınızın inkişaf etdiyi gizli bir yerdir. Bu səbəblə sizi siz edən şey; adınız, geyiminiz, ana-atanız, məhəlləniz və ya sürdüyünüz avtomobil və s. deyil. Siz yeraltındakı qaranlıq otağınızda formalaşan inanclarınızdan ibarətsiniz. Əxlaqi mənada təhtəlşüurumuz təmamən tərəfsizdir; bir vərdişi dünyanı yaxşı və ya pis görməmizə əhəmiyyət verməz. Bu səbəbdən təhtəlşüurumuza, yəni qaranlıq otağımıza neqativ düşüncələr gəldiyində, həmin qaranlıq düşüncələrin gündəlik təcrübə və münasibətlərimizdə ifadə olunduğunu görüb təəccüblənirik. İşin əsası da budur ki, başımıza gələn hər şeydə bizim rolumuz vardır.
Hamımızın uşaqlıqdan gələn və uzun müddət əvvəl unutduğumuz inanc və fikirləri vardır. Bunlar təhtəlşüurumuza aid qaranlıq otağın dərinliklərində gizlənib. Bunu bilmək gələcək düşüncələrimizi sağlam şəkildə dəyərləndirməyə kömək edəcəkdir.
Məsələn, bir ventilyatorun yanında oturduğunuzda boynunuzun tutulacağına inanırsınız, təhtəlşüurunuz boynunuzun tutulmasını təmin edəcək. Bu narahatlığa səbəb olan şey ventilyatorun yüksək frekansda zərərsiz enerji molekulları yayması deyil, sizin böyük inanclarınızdır. Ventilyator zərərsizdir.
Başqa bir misal, iş yerinizdə biri asğırdığı üçün soyuqdəyməyə tutulacağınızdan qorxursunuz, qorxunuz zehninizin bir hərəkəti halına gələrək gözlədiyiniz, qorxduğunuz, inandığınız şeyi yaradır. İş yerindəki soyuqlamış yoldaşınızı görərkən özünüz barədə sağlam düşüncədə olsanız, heç bir soyuqdəymə halı baş verməz.
Digər tərəfdən möcüzəvi, şəfaverici gücün haradan gəldiyini düşünürsüz? Əlbəttə, eyni təhtəlşüurdan... Qaranlıq otağınızı faydalı gerçəklərlə doldursanız, xarici şəkilləriniz də bunları əks etdirəcək. Təhtəlşüurunuz bu gerçəkləri qəbul edər və sağlam, enerjili olmağınız üçün səy göstərər. Bir almanı yeyərkən qanınıza qarışması kimi sağlam düşüncələr də zehninizə yerləşir və həyatınıza təsir göstərir. Yeriməyi, üzməyi, rəqs etməyi, piano çalmağı və s. bu şəkildə öyrənirsiniz. Bu düşüncəni tez-tez təkrarlasanız, bir müddət sonra bu sizin bir hissəniz halına gələcək. Benzin avtomobilinizi işlədə bilməsi üçün əvvəlcə buxar halına gəlməlidir, güc qazanmadan əvvəl dəyişməsi lazımdır. Zehniniz də dünyanızı olmasını istəyiniz yerə gətirmədən əvvəl dəyişməlidir.
Təhtəlşüurunuz, qaranlıq otağınız gözəl yeni fikirlərlə dolduqdan sonra köhnələrin yerinə onlar keçəcəklər. Bir an əvvəl doğru, gözəl və dəyərli şeyləri düşünməyə başlayın, ətrafınızın dəyişəcəyini görəcəksiniz. Hər şey başlanğıcda xoş niyyətlə yaradılıb, sizlər də hərəkətlərinizdə o cür olmalısınız. Bunu etmək sizə düşüncələriniz məsələsində yeni və sağlam bir baxış bucağı qazandıracaq; bundan sonra heç bir təsiriniz olmadığını düşündüyünüz mənfi yüklü tablolarının qurbanı olmaq məcburiyyətində qalmayacaqsınız.
Cozef Mörfi - "Təhtəlşüurun gücü"
XƏBƏR LENTİ
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Bakıda Novruz yarmarkaları keçiriləcək
Bu barədə anan heç vaxt səninlə danışmayıb
Təbiətin gözəlliyini çərçivəyə salan rəssam
Qorxudan xilas olmaq mümkündürmü?
Əhvalınız xoş olsun
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Ornella Muti Putinlə şam etdiyi üçün 30 min təzminat ödəyəcək-FOTO
HAVA necə olacaq?-24 Avqust
Qan vermək haqqında
Sitrus meyvələrinin şahı
Ayaqqabı modelləri
HAVA necə olacaq?-30 Avqust
Azərbaycanda havanın temperaturu 37 dərəcə olacaq
Azərbaycanda bu ilin ilk sınaq imtahanları keçirilir
Halit Ergenç xəstəxanaya yerləşdirildi-FOTO
Toy tortları
“WhatsApp”da YENİLİK!
Tətil 1 mayadək uzadılacaq?-AÇIQLAMA
Sürücüsü Hülya Avşarı məhkəməyə verdi
"Xaricdə belə Milli Gimnastika Arenası kimi gözəl arena yoxdur"
Ərdoğandan seçkilərlə bağlı ilk AÇIQLAMA
"Facebook"dan möhtəşəm yenilik
Selena Qomez filmə çəkilir - FOTO
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Hər kəs təyyarə sürə biləcək
"Türkmənlərin mövcudluğu təhlükə altındadır"
Bredli Kuper “Analar günü”nü İrina Şeyklə birgə keçirdi - FOTO
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Tarix yenidən yazılır - Ən qədim insan sümüyü tapıldı - FOTO
Qaydaları pozan məktəblərlə bağlı nazirdən AÇIQLAMA
Qadınlara 25 milyon ödəyəcək
Podiumda gözlənilməz hadisə-FOTO
Sudan gələn sürməli qız
Ziyafət donları
Bu günün Ramazan təqvimi (13 iyul)
Aleyna Tilki oyuncaqları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hədiyyə ilə bağlı etiket qaydaları
Gözaltı problemləri üçün 2 maska
Şahzadə tənqid olundu-SƏBƏB
TƏBİB bugünkü test sayını açıqladı
Monika Belluççinin qızı gözəlliyi ilə meydan oxudu - FOTO
İki meymun klonlaşdırıldı - Dünyada ilk dəfə - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Rus dili - A
Sosial media depressiyaya səbəb olur
Finlandiyanın baş naziri Sanna Marin keçmiş futbolçuya ərə getdi
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
Niyə duzdan az istifadə etməliyik?
Reyhanlı yay salatı (foto resept)
- ŞƏRHLƏR