Yelena Kornaro Lukresiya Piskopiya italyan riyaziyyatçısı və filosofdur. Avropada ilk doktorluq dərəcəsi almış qadın kimi tarixdə yerini alıb. Venesiyalı zadəgan ailəsindən olan Yelena Piskopiya çox erkən yaşlarında istedadını nümayiş etdirə bilmişdi. Doğulduğu Venesiya o zaman İntibah dövrünün mərkəzi idi və o, Leonardo Da Vinçi kimi öndə olan simaların başlatmış olduğu yaradıcı axını davam etdirirdi.
Piskopiyanın inkişafında atasının böyük rolu olub. Atası qızına dövrünün ən yaxşı təhsilini vermişdi. Piskopiyanın özünün də bacarığı tez bir zamanda üzə çıxdı, o, xarici dil öyrənmək və güclü fikirlər irəli sürmək qabiliyyətinə malik idi. Eyni zamanda musiqiyə böyük həvəsi vardı, piano, arfa, skripka çalır, musiqi bəstələyirdi.
20 yaşına çatmadan ilahiyyata və fəlsəfəyə olan həvəsi onu Benedikt təriqətinə qatılmağa istiqamətləndirmişdi. Amma təriqətin öyrətdiklərini mənimsəsə də, rəsmi olaraq ona qoşulmur. Çünki, atası onu 1222-ci ildə qurulmuş, İtaliyanın üçüncü ən qədim universiteti olan Padua Universitetinə getməyə razı sala bilmişdi (1672). Piskopiya həmin universitetdə Avropada doktorluq dərəcəsi alan ilk qadın olur. Bu uğuru ona Avropada böyük hörmət gətirir.
Piskopiya öyrənmək və yoxsullara yardım etmək istəyi üzündən aldığı evlənmə təkliflərini rədd edir. Həyatının son illərini mütəmadi olaraq tədqiqatlara və xeyriyyə işlərinə həsr edir. O, 1684-cü ildə dünyasını dəyişir və cəsədi Paduadakı Santa Kiustina kilsəsində yandırılır. Piskopiyanın Padua Universitetində heykəli qoyulub və universitet onun şərəfinə medal hazırlayıb.
Piskopiya özündən sonrakı nəsillərə ilham qaynağı olur. Onunla bağlı araşdırmalar da aparılır. Həyatı ilə bağlı ilk geniş araşdırma 1999-cu ildə Jane Hovard Quernsey tərəfindən nəşr edilmiş "The Lady Cornaro ; Pride and Prodigy of Venise" (Venetsiyanın qüruru və möcüzəsi ; Ledi Kornaro) adlı əsərdir.
Qızının zəkasına və qabiliyyətinə böyük inam bəsləyən atası onu cəsarətləndirir və o, erkən yaşda təhsil almağa başlayır. Yelena Piskopiya artıq 7 yaşında ikən xüsusi müəllimlərin təlimi ilə musiqi və qrammatikadan başqa latın və yunan dillərini öyrənərək klassik təhsil alır. İspan, fransız, ərəb, ibri dilləri ilə yanaşı, latın və yunan dillərini də mükəmməl öyrənir. Daha sonrakı çalışmaları riyaziyyat, fəlsəfə və nəzəriyyə ilə bağlı idi. Padua Universitetində daha böyük uğur qazanır. İlahiyyat mövzularına olan böyük marağı ilhaiyyat üzrə doktorluq dərəcəsi almaq üçün universitetə baş vurmasına səbəb olmuşdu.
Amma kilsə mənsubları qadınların ilhaiyyat mövzuları ilə bağlı çalışmasına etiraz etdikləri üçün Piskopiya ilahiyyat üzrə deyil, fəlsəfə üzrə doktorluq dərəcəsi almaqla kifayətlənir.
Piskopiyanın doktorluq imtahanı iclası universitet salonunda ediləcəkdi. Amma imtahanı izləmək istəyənlərin sayı çox olduğu üçün toplantı Blessed Virgin Katedralinə keçirildi. Piskopiya orada 1 saatlıq nitq söyləyir. Bu qabiliyyəti salondakıları təəccübləndirir və 1678-ci ildə 32 yaşında fəlsəfə doktoru adını alır. Professoru Piskopiyanın başına dəfnə yarpaqlarından düzəldilmiş tac qoyur, barmağına doktor üzüyü taxır və doktorluq sənədini ona təqdim edir.
Bundan sonra Piskopiya Avropadakı müxtəlif akademiya və cəmiyyətlərin üzvü olur, mütəmadi olaraq elm insanları tərəfindən ziyarət edilir.
Yelena Piskopiyanın ən böyük uğuru qadınların elm və akademiya həyatında yetərli ola bildiklərini və ilk dəfə olaraq qadının doktorluq dərəcəsi ala bildiyini göstərmiş olmasıdır. Piskopiya doktorluq dərəcəsi aldığı il Padua Universitetində riyaziyyat müəlliməsi olur.
Onun akademik danışıqlarını, tərcümələrini və elmi düçüncələri təşkil edən yazıları ölümündən sonra 1688-ci ildə Parmada nəşr edilib.
XƏBƏR LENTİ
Bəzi evdarlıq üsulları
Sıla Demet Akalını izləmədən sildi-SƏBƏB
Teylor Sviftdən nümunəvi addım-FOTO
AZAL təyyarələrinə noutbuk, fotoaparat və telefon keçirmək çətinləşdi
Azərbaycanlıların SMS-siz gələcəyi
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
Neft bahalaşmağa başladı
Kələmli toyuq salat (foto resept)
Avroliqa: "Trabzonspor" zirvədə, Abışovun komandası səfərdə xal itirdi
Yaşıl pomidor turşusu (foto resept)
Saçların təbii vastələrlə boyanması
Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
"Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq"
Avtobuslarda sərnişinlərin ürəyindən olacaq YENİLİK - FOTO
Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Türkiyə Ordusu Ermənistan sərhədində
Qarpız haqqında
Yeməklərdən hazırlanmış 18 bayraq
BÜRCLƏR bizə nə vəd edir?-14 yanvar
Azərbaycanın bu ərazilərində sürüşmə sahələri aktivləşdi
Büdcəyə qənaət
Hava haqqında
Qadınlar, özünüzə güvənirsinizmi?
Azərbaycanda dövlət qurumları ilə bağlı yeni qayda
İmtahanların keçiriləcəyi tarix ELAN EDİLDİ - CƏDVƏL
Almalı pirojkilər(foto resept)
"İçərişəhər"in turizm obyektlərinə giriş pulsuz olacaq
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
"Neftçi" qələbə qazandı
Eynəyi necə seçməli?
Ağıllı soyuducu təqdim edildi
Kola içib komaya düşdü
Tələbə qız 50 kq arıqladı - FOTO
Türkan Şorayın ən böyük arzusu...
Pendirli bükmə (foto-resept)
İlham Əliyev qərəzli beynəlxalq təşkilatlardan danışdı: “Gəlsinlər və dəlilləri təqdim etsinlər”
“UNESCO ilə münasibətlər yeni mərhələyə qədəm qoyub”
Akalın libasını fanatına hədiyyə etdi
"Onlayn fikir bankı” yaradılacaq
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Azərbaycanlı dirijor Lvova gedəcək
Badımcan salatı (foto-resept)
Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən imtina edib
Toyuqlu göbələk sote (foto resept)
Yarmarkaya gətirilən 22 ton BAL SAXTA ÇIXDI
Brüs Linin qızı 51 milyon istəyir
Sadə Toy, Zəngin Xoşbəxtlik...
On yaşlı qız hər kəsi heyrətləndirdi-FOTO
Ceyhun Bayramovla Mövlüt Çavuşoğlu arasında telefon danışığı olub
İlham Əliyev açıq danışdı
- ŞƏRHLƏR