Qadin.NET / Yelena Kornaro Lukresiya Piskopiya

Yelena Kornaro Lukresiya Piskopiya

Yelena Kornaro Lukresiya Piskopiya

Yelena Kornaro Lukresiya Piskopiya italyan riyaziyyatçısı və filosofdur. Avropada ilk doktorluq dərəcəsi almış qadın kimi tarixdə yerini alıb. Venesiyalı zadəgan ailəsindən olan Yelena Piskopiya çox erkən yaşlarında istedadını nümayiş etdirə bilmişdi. Doğulduğu Venesiya o zaman İntibah dövrünün mərkəzi idi və o, Leonardo Da Vinçi kimi öndə olan simaların başlatmış olduğu yaradıcı axını davam etdirirdi. 

Piskopiyanın inkişafında atasının böyük rolu olub. Atası qızına dövrünün ən yaxşı təhsilini vermişdi. Piskopiyanın özünün də bacarığı tez bir zamanda üzə çıxdı, o, xarici dil öyrənmək və güclü fikirlər irəli sürmək qabiliyyətinə malik idi. Eyni zamanda musiqiyə böyük həvəsi vardı, piano, arfa, skripka çalır, musiqi bəstələyirdi.  

Yelena Kornaro Lukresiya Piskopiya

20 yaşına çatmadan ilahiyyata və fəlsəfəyə olan həvəsi onu Benedikt təriqətinə qatılmağa istiqamətləndirmişdi. Amma təriqətin öyrətdiklərini mənimsəsə də, rəsmi olaraq ona qoşulmur. Çünki, atası onu 1222-ci ildə qurulmuş, İtaliyanın üçüncü ən qədim universiteti olan Padua Universitetinə getməyə razı sala bilmişdi (1672). Piskopiya həmin universitetdə Avropada doktorluq dərəcəsi alan ilk qadın olur. Bu uğuru ona Avropada böyük hörmət gətirir. 

Piskopiya öyrənmək və yoxsullara yardım etmək istəyi üzündən aldığı evlənmə təkliflərini rədd edir. Həyatının son illərini mütəmadi olaraq tədqiqatlara və xeyriyyə işlərinə həsr edir. O, 1684-cü ildə dünyasını dəyişir və cəsədi Paduadakı Santa Kiustina kilsəsində yandırılır. Piskopiyanın Padua Universitetində heykəli qoyulub və universitet onun şərəfinə medal hazırlayıb.  

Yelena Kornaro Lukresiya Piskopiya

Piskopiya özündən sonrakı nəsillərə ilham qaynağı olur. Onunla bağlı araşdırmalar da aparılır. Həyatı ilə bağlı ilk geniş araşdırma 1999-cu ildə Jane Hovard Quernsey tərəfindən nəşr edilmiş "The Lady Cornaro ; Pride and Prodigy of Venise" (Venetsiyanın qüruru və möcüzəsi ; Ledi Kornaro) adlı əsərdir. 

Qızının zəkasına və qabiliyyətinə böyük inam bəsləyən atası onu cəsarətləndirir və o, erkən yaşda təhsil almağa başlayır. Yelena Piskopiya artıq  7 yaşında ikən xüsusi müəllimlərin təlimi ilə musiqi və qrammatikadan başqa latın və yunan dillərini öyrənərək klassik təhsil alır. İspan, fransız, ərəb, ibri dilləri ilə yanaşı, latın və yunan dillərini də mükəmməl öyrənir. Daha sonrakı çalışmaları riyaziyyat, fəlsəfə və nəzəriyyə ilə bağlı idi. Padua Universitetində daha böyük uğur qazanır. İlahiyyat mövzularına olan böyük marağı ilhaiyyat üzrə doktorluq dərəcəsi almaq üçün universitetə baş vurmasına səbəb olmuşdu. 

Amma kilsə mənsubları qadınların ilhaiyyat mövzuları ilə bağlı çalışmasına etiraz etdikləri üçün Piskopiya ilahiyyat üzrə deyil, fəlsəfə üzrə doktorluq dərəcəsi almaqla kifayətlənir.  

Yelena Kornaro Lukresiya Piskopiya

Piskopiyanın doktorluq imtahanı iclası universitet salonunda ediləcəkdi. Amma imtahanı izləmək istəyənlərin sayı çox olduğu üçün toplantı Blessed Virgin Katedralinə keçirildi. Piskopiya orada 1 saatlıq nitq söyləyir. Bu qabiliyyəti salondakıları təəccübləndirir və 1678-ci ildə 32 yaşında fəlsəfə doktoru adını alır. Professoru Piskopiyanın başına dəfnə yarpaqlarından düzəldilmiş tac qoyur, barmağına doktor üzüyü taxır və doktorluq sənədini ona təqdim edir.

Bundan sonra Piskopiya Avropadakı müxtəlif akademiya və cəmiyyətlərin üzvü olur, mütəmadi olaraq elm insanları tərəfindən ziyarət edilir. 

Yelena Piskopiyanın ən böyük uğuru qadınların elm və akademiya həyatında yetərli ola bildiklərini və ilk dəfə olaraq qadının doktorluq dərəcəsi ala bildiyini göstərmiş olmasıdır. Piskopiya doktorluq dərəcəsi aldığı il Padua Universitetində riyaziyyat müəlliməsi olur.

Onun akademik danışıqlarını, tərcümələrini və elmi düçüncələri təşkil edən yazıları  ölümündən sonra 1688-ci ildə Parmada nəşr edilib. 

13 may 2014
GO BACK