Bir çox cahil insanların fikrincə dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. “Qurani - Kərim”də buyrulur : “Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də “ Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.
Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. “Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?
Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru –dürüst övladlar yetişdirməkdə təbii digərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunarsa, deməli, gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Hətta sübuta yetirilmişdir ki, elm və biliyə sahib olan qadınlarımız həyat yoldaşları tərəfindən daha çox sevilib hörmət olunanlardı.
Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb: “Oğlan uşaqları təhsil almaqda birinci sırada olmalıdırlar, çünki onlar gələcək ailəsi üçün pul qazanmaq kimi məsuliyyətli bir problemlə qarşılaşacaqlar”. Doğrudur, kişi ailə başçısı kimi bu məsuliyyəti daşıyır və daşımalıdır. Ancaq bu o demək deyil ki, ailə qurduğu qızın ali savadı olmamalıdır. Olacağı halda nə qədər sağlam bir ailənin formalaşması daha qəbuledilən deyilmi?
Bu gün qızlara təhsil sarıdan diqqətin azalması səbəbləri nədir? Bir çox səbəblər var ki, məhz bu səbəbləri üstün tutaraq bəzi valideynlər qızlarını təhsil almaq hüququndan məhrum edirlər. Qızlar üçün ancaq “ev işləri, tikmə, naxış, mətbəxt işlərinin” daha çox vacib olduğunu üstün sayırlar. Bu doğrudanmı belədir? Həqiqətənmi qızlarımız təhsildən çox ev işlərinə diqqət ayırmalıdırlar? Bəs onda yuxarıda dediyimiz savadlı, bilikli, əxlaqlı övlad yetişdirmək üçün bu qadınlar çətinliklə qarşılaşmayacaqlarmı?
Bir başqa səbəb isə erkən nigaha üstünlük verilməsidir.Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır. Qızlar birmənalı olaraq ailə qurması üçün “hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib ictimaiyyət içinə çıxmağa qadağa qoyur. Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb onun köləsinə çevrilməsinə yol açmırmı? Savadı olmayan bir qadın haqqında kişinin düşündükləri ancaq bu ola bilər : “Sən otur yeməyini bişir”, “sənə söz demək düşmür”, “sənin haqqın yoxdur” və s. Bu məhz təhsili olmayanlar üçün deyilə bilən sözlərdi. Bunu da ancaq “vəzifəsindən” istifadə edən kişilər qadını susdurmaq üçün söyləyərlər. Hətta ailədə mübahisələr yarandığı halda kişilərin ən güclü “silahı” – “səni boşayaram, gəlib mənə möhtac olarsan yenə” sözüdür. Ağır kəlmədir, başa düşürəm,amma savadlı, ağıllı qadın kişinin bu düşüncələri qarşısında heç vaxt aciz qalmaz axı. Bu düşüncədə olan kişilər də əslində elmə, biliyə sahib olsalar da düzgün düşünmə təfəkküründən uzaqdırlar. Qadın deyib “susdurmaq” istədikləri onların övladlarının anası, evinin qadını deyilmi? Bütün bu xoşagəlməz hallarda, qadın hüquqlarını bilərsə, özünü daha yaxşı müadfiə etməyə nail olmazmı?
Bu gün bu fikir də elə bil dəb halını alıb: qız 22 yaşındadırsa, artıq kənardan ona “evdə qalmış” kimi baxırlar. Valideynlər isə gecə-gündüz qızının bəxti açılacağı günü həsrətlə gözləyir,sanki bir ağır “yükü” daşıyırlar kimi narahatçılıq keçirirlər. Bu əslində yanlış düşüncədir. Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Mən demirəm ki, biliyindən, savadından sui- istifadə edib qadınlar ailədə “hakimiyyət” davası döysünlər. Yaxud da bilikli olmaqlarını əsas tutub üstünlüklərini nümayişkarcasına önə çəksinlər.Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim milli dəyərlərimizin ən qiymətli olanlarından biridir. Qızlarımızı təhsildən yayındıran bütün valideynlər bu gün bunu anlamalı və qəbul etməlidirlər artıq. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Mən onu deyərdim ki, ən gözəl qız tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir.
Bu ikisi bir arada olarsa qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar!
Bu gün ali məktəbdə təhsil alan qızlarımızın sayı nə qədər çox olsa da, yenə də oxumağı ikinci plana keçirənlərə də rast gəlmək olur. Daha çox pedaqoji sahəyə üstünlük verən qızlarımız dəqiq sahalərdən uzaqdırlar. Bunun da özəl səbəbləri var təbii. Çünki qadın müəllimlik sənətinə sahib olarsa, kişilər işləməyə icazə verirlər. Bu gələcək xəbərlərdə bir başqa mövzunun müzakirəsi ola bilər deyə bu haqda çox yazmayacam. Bu günsə, deyəcəklərimi bu sonluqla bitirmək istəyirəm:
Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alğışa layiqdirlər!
XƏBƏR LENTİ
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ
Uşaqlara məktəbi və dərsləri necə sevdirməliyik?
Planşet satışları artacaq
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Su krantını açanda dəhşətə gəldi - Şok FOTO
Xalçanızın ömrünü uzadın
HP liderliyini qoruyur
Heç görmədiyiniz qəribə meyvələr (2)
Dördəm uşaqlar doğuldu
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Cennifer də ayrılır - FOTO
"Ağacla yatıb, ağacla dururuq" - İlanlar evlərə hücum edib
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Azərbaycan yığmasında böyük itki
Bakıda qida məhsullarının istehsalı artıb
Məşhur müğənni torbadan şort geyindi-FOTO
Facebook istifadəçiləri təhlükədə
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Rusiya tarixində bir ilk
Allergiyadan bəzi şeylər
Yanar tonqal tortu(foto resept)
Sezen Aksu səhnə ilə vidalaşdı
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Ginekoloqa getmək üçün 7 səbəb
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Az yatmaq təhlükəlidir
Hadise ərə gedir- Elçilik olacaq
Hava haqqında
Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirildi-SƏBƏB
Svarovski daşlı bijuteriyalar
Acun Cem Yılmaz və Serenayın qonağı oldu - VİDEO
Əsəd:“Rusiyaya görə icazə verdik...”
Barmaq izləriniz və xarakteriniz...
Uest ABŞ prezidenti olmaq istəyir
Oğrular yeni sərdabə tapdılar-FOTO
Rəngli gəlinlik modelləri
Yaşından 30 il qoca görünən İnstagram ulduzu - FOTO
Bu il əhya gecələri nə vaxta düşür?
Üzən dövlət nə vaxt hazır olacaq?
Gülben Ergeni paylaşdığı FOTO -ya görə peşman etdilər
Karantin dövründə cütlüklər xoşbəxtliyi necə qorumalıdır?
Doğum günü tortları
2018 tərzləri ilə təəccübləndirən məşhurlar
Günün qoroskopu: özünüzə çox güclü düşmən qazanacaqsınız
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında sərəncam imzaladı
Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO
Müəllif hüquqları harada çox pozulur?
Demet Özdemir yeni filmdə-VİDEO
- ŞƏRHLƏR