Təxminən 20 yaşına çatdıqdan sonra Məhəmməd (s.a.v) əmisinin himayədarlığı olmadan tam müstəqil həyata başlayır. Bu zaman Məhəmmədin (s.a.v) özündən asılı olmayan hadisələr onun gələcək məşğuliyyətini müəyyənləşdirir. Ticarətdə onun əli gətirir, yaxşı çarvadarlıq edirdi. Lakin əlində kifayət qədər sərmayə olmadığından sərbəst ticarət edə bilmirdi. Ərəb tarixçilərinin yazdıqlarına görə Məhəmməd (s.a.v) gözəl xasiyyətli, həddən artıq vicdanlı, səmimi, namuslu, sədaqətli, düzlüyü sevən adam idi. Məhz onun sənəti də düzlük, ağıl, vicdan, sözündə bütövlük, ona etibar edilmiş mallara həddən artıq qayğı tələb edirdi. Məhəmmədin (s.a.v) çarvadarlıqdakı işləri yaxşı getdiyindən hamı ona inanırdı. Məkkəlilərin nəzərində o, olduqca təmiz, pak idi. Bu xüsusiyyətlərinə görə hətta Qureyşilər ona Əməlisaleh ləqəbi vermişdilər.
Bu dövrdəki onun mənəvi həyatı haqqında ona irad tutulası söz demək mümkün deyil. Onun özünün dediyinə görə, vicdanlı və namuslu həyat sürdüyündən Allah həmişə onu pis əməllərdən və günahlardan hifz edibmiş. Məhəmməd (s.a.v) 25 yaşına çatmışdı. Dörd illik müstəqil həyat onun taleyində zahirən heç nəyi dəyişdirməmişdi. O, yenə əvvəlki kimi müxtəlif ticarət tapşırıqlarını yerinə yetirirdi. Vicdanlı və bacarıqlı adam olduğundan Məhəmmədin (s.a.v) şöhrəti getdikcə artırdı. Nəinki əmiləri və başqa Haşimilər, hətta Qureyşilər qəbiləsinin varlı tacirləri belə kömək üçün ona müraciət edirdilər. Lakin ona miras qalmış cüzi vəsaitdən gələn gəlir o qədər az idi ki, ömrü boyu əlləşsəydi yüksək bir səviyyəyə çata bilməzdi. Məhəmmədin (s.a.v) bu yolla varlanmağa, var-dövlət sahibi olmağa heç bir ümidi yox idi.
Həmin illərdə onun daxili aləmində mürəkkəb dəyişikliklər baş verirdi. Bu dəyişikliklər onun dini məsələlərə olan marağını getdikcə gücləndirir və dərinləşdirirdi.
Dini məsələlərə olan xüsusi maraq “müqəddəs şəhər” idi. Ərəbistanın hər yerindən buraya ziyarətə gəlirdilər. V əsrin sonu – VI əsrin əvvəllərində burada Allahaxtarıcılıq dəqiq forma almışdı. Əfsanələrdə bütün həyatını mövcud dini ayinlərin tənqidinə və yeni dini konsepsiyalar yaratmağa sərf etmiş bir çox məkkəlilərin adlarına rast gəlmək mümkündür. Bu isə təsadüfi deyildi. Şəhər ağır ictimai böhran keçirirdi. Tayfa qanunları fəaliyyət göstərsə də, artıq rəsmi hal daşıyırdı, müqəddəs hesab edilmirdi. Həyatda belə bir əqidə getdikcə daha çox rəhbər tutulurdu: “Kim varlıdırsa, o da haqlıdır”.
Varlılar belə hesab edirdilər ki, hər şey qaydasınca gedir., hər şey ədalətlidir. Varlılar tərəfindən ticarətdə sıxışdırılan əksər məkkəlilər isə hiss edirdilər ki, qarışıq və ədalətsiz dövr başlanır.
Köhnə fikirlərlə yaşayanlar üçün həyat dözülməz olur və mənasızlaşırdı. Artıq insan özündə elə bir dünyabaxışı yaratmalıydı ki, sosial ədalətsizlik şəraitində də həyatın qiymətli olduğunu duya bilsin, itirilmiş yaşamaq ümidini ona qaytarsın.
Məhəmməd (s.a.v) Allahaxtaran həniflərə rəğbətlə yanaşırdı. Onların təlimlərində qədim ərəb əfsanələri və dini ayinləri ilə vahid Allah və insanın ölməzliyi ideyası qəribə və tamam inandırıcı olmayan bir şəkildə çulğaşırdı. Lakin yalnız məntiqi mühakimələrlə, söz yox, həqiqəti tapmaq mümkün deyildi.
Dini axtarışlar üçün ta qədimdən başqa bir yol mövcuddu – öz daxili aləminə qapanmaq, emosiya və fikirlərini idarə edə bilmək. İnsan özünün heyvani və xudbin təbiətindən nə qədər çox uzaqlaşırsa, hissən qavranılmaz aləmə bir o qədər çox yaxınlaşır, bu aləm özü bir o qədər tez onun köməyinə gəlir və onun qarşısında tədricən və ya dərhal bütün həqiqətlər, bütün həqiqətlər, bütün biliklər açılır, dərk edilən olur.
Axırıncı peyğəmbərin (s.a.v) dünyaya gəlməsindən yüz illər keçmişdi, bilikli və müdrik adamlar deyirdi ki, bu yaxınlarda yeni peyğəmbər (s.a.v) zühur edəcək. Lakin Məhəmmədin (s.a.v), çarvadarın, qoyun-quzu otarmaqla məşğul olan bir adamın, peyğəmbərlik haqqında fikirləşməsi gülməli deyildimi? Məhəmməd (s.a.v) kim idi ki, Allah onunla danışmaq istəsin? Amma bir az dərindən fikirləşəndə və bəzi hadisələri qarşı-qarşıya qoyanda bu o qədər də gülməli və mənasız görünmürdü.
Ardı var...
XƏBƏR LENTİ
Bakıda çox ucuz bazarlar açılıb
Messi tarix yazdı
Dünya qocalara qalacaq
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Pakistanda Azərbaycanla bağlı sərgi
Vaqon problemi
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollar
Şəkildəki fərqliliyi tapın (test)
Koronavirusla bağlı son STATİSTİKA
Sən kişi olsaydın...
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Arıqladan üzüm yarpağı çayı
Rəsmi nikah kəbini əvəz edirmi?
“Barselona” dörd futbolçusunun maaşını azaltmaq istəyir
Bakıya yağış yağacaq
TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
Ancelina Colinin geyimi bu dəfə bəyənilmədi - FOTO
Eşq dəryası
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Xərçəngdən qorunmaq istəyirsiz? Xoşbəxt olun!
BMW qıvraqlaşdı
Azərbaycanda hava isinir
Kolorado çayının əyrisi
Rubl və neft yenidən düşür
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular
HAVA necə olacaq?
Dünyada ən uzun şüşə körpü açıldı
Azərbaycanda zəlzələ olub
Texnoloji aslılıq- kütləşirikmi?
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Mesajları silmək üçün 68 dəqiqə vaxtınız var
Bu ilin ən isti rəngi: Narıncı
Belə fəlakət görülmədi: Bir kənd məhv oldu
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan EHTİYATLI OLUN!
Güldürən heyvanlar
Dərinizə təbii üsullarla qulluq edin!
Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Çətirsiz evdən çıxmayın
Can Yamanın tamaşaçıya verdiyi cavab Gündəm Oldu
Yataq geyimləri
Rus dili - РљРє
- ŞƏRHLƏR