Qur”ani Kərim
Z.M.Bünyadov, V.M.Məmmədəliyev
Allah-Təalanın hər zaman hər cür tədbil və təhrifindən, artırıb- əskiltmədən qoruduğu və qiyamətə qədər qoruyub saxlayacağı Qurani-Kərim qəlbləri iman nuru ilə işıqlandıran, insanlara dünya və axirət səadəti bəxş edən ilahi bir kitabdır.
Nazil olduğu gündən özünün əsrarəngiz gözəlliyi ilə hamını heyran edən, oxunduğu zaman ilahi ahəngi ilə hər bir kəsi, hətta da ərəb dilini bilməyənləri belə ovsunlayıb ülvi aləmlərə aparan Quran bəşəriyyətin rifahı və səadəti üçün Allah dərgahından göndərilmiş bir nicat gəmisidir.
Fani dünyanın enişli- yoxuşlu yollarında yorulub əldən düşən, zamanın ağrılı- acılı gərdişindən cana doyan bəşər övladı özünün ən çətin anlarında ancaq Qurana üz tutur. Quranın gücü, köməyi sayəsində özünü ələ alıb Allahın ona əta etdiyi ömür payını layiqincə yaşamaq istəyir. Bu Allah-Təalanın yalnız öz kitabına bəxş etdiyi qüdrətdir. Belə bir qüdrət bəşər zəkasının yaratdığı, insan qələmindən çıxmış heç bir kitaba qismət olmayıb və olmayacaq da!
İslam dini sağlam təfəkkürə, məntiqə əsaslana bir dindir. İlk surəsi “oxu”, “qələm”, “öyrətmək” sözləri ilə başlayan Qurani-Kərim elmə böyük qiymət verir. Elmi, biliyi, mərifəti insanın ən böyük üstünlüyü hesab edir. Allahın bu sonuncu haqq dinində elmə, məntiqə zidd heç bir şey yoxdur. Sadəcə olaraq onu olduğu kimi anlamaq, dərk etmək lazımdır. Allah kəlamı öz ayələrində çox dərin elmi fikirlər ehtiva edir.
Qurani-Kərim ecazkar gözəlliyə malik Allah kəlamıdır. Məhz belə bir ecazkar gözəlliyin nəticəsidir ki, insan Quranı oxuduqda, yaxud dinlədikdə Allah kəlamının heybəti, əzəməti və kosmik ahəngi onu qaplayıb sonsuz göylərə, ülvi bir aləmə aparır. İnsan bu sonsuzluqda qanad çalıb hey yüksəkliklərə qalxmaq, intəhasız ənginliklərə varıb orada qeyb olmaq, əbədiyyətə - lahut aləminə qovuşmaq istəyir.
Allah-Təalanın bəşəriyyət üçün hidayət çırağı olaraq göndərdiyi Qurani-Kərim ərəb dilində nazil edilsədə, sonra bütün dünyəvi dillərə tərcümə edilmişdir. Belə bir müqqədəs kitabı hər hansı bir dilə tərcümə etmək, daha doğrusu onun ehtiva etdiyi mənaları başqa bir dildə oxuculara çatdırmaq, təbbi ki, olduqca çətin və məsuliyyətli bir işdir.
Əl-Fatihə (Kitabı açan) surəsi
Məkkədə nazil olmuşdur, 7 ayədir.
Bismillahir-rəhmanir-rəhim!
1. Mərhəmətli, rəhimli Allahın adı ilə!
2. Həmd (şükr və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya)mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4.Haqq- hesab (qiyamət) gününün sahibinə!
5.Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6.Bizi doğru (düz) yola yönəlt!
7.Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqqdan) azmışların (yoluna) yox!
XƏBƏR LENTİ
Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Cana cəfa, yoxsa dərman kredit
Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
“Binə” Ticarət Mərkəzi açılır? - AÇIQLAMA
Malayziyanın ən gənc milyarderi - FOTO
68,5 faiz əhali Mehriban Əliyevaya tam etibar edir - SORĞU
İlham Əliyev qanun imzaladı
Bakıda mənzillərin qiymət artımı nə vaxta kimi davam edəcək?
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
Kürək və sinədə çıxan sızanaqlardan xilas olmanın yolu
Hava haqqında
Ağ atlı şahzadə
Vasvası adamlar niyə depressiv olurlar?
Kıvançın satılmayan maşını-FOTO
Ozan Güvən “Babil”dən ayrıldı
Ayaq incəldən idmanlar
Neqativ düşüncənin orqanizmə təsiri
İzmir zəlzələsində həyatını itirənlərin sayı 51-ə çatdı - YENİLƏNİB
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
"Ölmüş" qız 29 il sonra cinsiyyətini dəyişərək geri döndü
Bu adaya gələnlər yoxa çıxır
2014-cü ilin pərdə modelləri
Murat Yıldırımdan təqdirəlayiq addım
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza xəbərdarlıq edir
Azərbaycanda abortların sayı artıb
Şahzadə aşiq oldu-FOTO
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Hamiləlikdə D vitamini
Merve Özbey xəstəxanalıq oldu-SƏBƏB
Ordudan istifadə olunacaq
Şeyma Subaşıdan FOTOsessiya
Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO
Ancelina Coli uzun illərdən sonra ilk dəfə mini paltarda - FOTO
Evlənmək təklifi üçün möhtəşəm yerlər
Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Zeze__cards - 2
Agentlik sərt tədbirlərə başladı
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
"Bu çaylardan imtina edin" - Ekspertdən XƏBƏRDARLIQ
Ütünün təmizlənməsi- 6 effektli üsul
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İngilis dili-Aa (2)
Facebook-da çoxdan gözlənilən yenilik
Dubayda taksilər sürücüsüz olacaq
Qış çayı
"Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı"
Qozlu-xurmalı peçenye (foto resept)
Hava haqqında
- ŞƏRHLƏR