Səhər tezdən saat 4 idi. Birdən qapı döyüldü.
-Kimdir orda?- bir kişi soruşdu.
-Mən ölüm mələyiyəm, icazə ver girim.
O saat ölümcül xəstəlikdən titrəyən bir şəxs kimi titrəməyə başladı o kişi. O, yatan arvadına yalvararaq dedi:
-Nə olar onu qoyma canımı alsın! Nə olar, ey ölüm mələyi, mənə rəhm et və mənə bir şans ver.
Ancaq mələk durmadan qapını döyürdü.
-Mən sənin canını ağrısız alacam. Mən bura öz iradəm ilə gəlməmişəm, sənin canını verən Allah tələb edir.
Qorxudan çaş-baş qalmış insan ağlamağa başladı.
-Ey ölüm mələyi, mən ölümdən qorxuram. Sənə də çoxlu qızıl verərəm, sənin qulun olaram, ancaq məni o qaranlıq qəbirə göndərmə.
Mələk dedi:
- Ey dostum icazə ver içəri girim. Qapını aç və yatağından qalx. Əgər mənə içəri girməyə icazə verməsən onda özüm qapıdan keçəcəm.
Kişi tez tapancanı götürdü və mələk duran tərəfə atmaq istədi.
Kişi dedi:
- Əgər sən içəri girmək istəsən onda tapancanı düz sənin başına atacam.
Ancaq artıq mələk içərdəydi və mələk insana belə dedi:
- Ey axmaq insan, bil ki, mələklər heç vaxt ölmür və tapancanı kənara qoy və dərindən ah çək. Ey insan, de mənə niyə ölümdən qorxursan? Gəl gülümsə qəmgin olma. Allaha tərəf qayıtdığına görə şad ol.
-Ey mələk, mən çox utanıram. Mən ömrüm boyu 1 dəfə də olsun Allahın adını dilimə gətirməmişəm. Mən səhərdən-axşama kimi heç sağlamlığıma da fikir vermədən helə pul qazanmağa çalışmışam. Mən heç vaxt Allahın əmirlərinə tabe olmamışam. Heç gündəlik vacib namazları da qılmamışam. Neçə Ramazan gəldi-getdi, ancaq mən heç 1 dəfə də olsun oruc tutmadım. Həcc mənə vacib oldu, amma pulumdan xərcləməyə xəsislik etdim. Mən heç bir kasıba da əl tutmamışam. Əslində pulumun çoxunu şəraba və gözəl qadınlara xərcləmişəm. Ey mələk, yalvarıram mənim ömrümü 1 və ya 2 il artır. Mən bundan sonra Quranın bütün qanunlarına və əmrlərinə tabe olacam. Mən elə bu andan namaza başlayacam. Mən bütün pulumu Allah yolunda xərcləyəcəm, kasıblara əl tutacam.
-Ey insan, biz mələklər yalnız Allah deyəni edirik və biz Oun əmrlərinə qarşı çıxa bilmərik. Ölüm hamı üçündür: ata, ana, oğul, qız. Təəssüflər ki, bu sənin son anındır və sən indi yalnız gələcək nəsil üçün bir xatirə olacaqsan. Sən qorxdun ağlayırsan, ancaq göz yaşı tökmək artıq gecdir. Sən bu dünyada kifayət qədər yaşadın, ancaq böyüklərə heç vaxt hörmət etmədin, valideyinlərinin sözünə tabe olmadın, pula ehtiyacı olan insanları görəndə onlardan üz çevirdin. Sənin pis tərbiyyə etdiyin 2 qızın isə bütün günlərini diskotekada-barda , əxlaqsız işlərdə keçirirlər. Sən uşaqlarını yaxşı tərbiyyələndirib əsl müsəlman etməkdənsə onları qeyri- müsəlman etdin. Sən nə Azan verənin Azanına məhəl qoydun, nə də Quran oxudun. Verdiyin bütün vədlərə xilaf çıxdın, daim başqalarının arasını vurdun və başqaları haqda qeybət etdin. Bütün günü qarnının və şəhvətinin dalınca düşdün. Ax, insan, ax!... Sən çox səhv işlər görmüsən. Sən Cənnətə bu əməllər ilə heç vaxt girə bilməzsən. Artıq peşman olmağın gecdir və mən sənin canını almalıyam.
Kişi birdən qışqıraraq yataqdan qalxıb qaçmaq istədi, ancaq hərəkət edə bilmədi. O artıq gözlərini əbədi olaraq yumdu.
Ey oxucu, bütün bunlardan bir nəticə çıxart. Bəlkə elə bu axşam da sənin getmək vaxtındır. Həyatını dəyiş, yalnız Allah üçün yaşa. Əgər dediklərimiz sənə təsir etdisə, onda əminəm ki, başqalarına da təsir edəcək. Ona görə də bunu evdə tozun içinə atma və bacardığın qədər insanlarla paylaş. Allahın yolunu tut, bacardığın qədər insanları da bu yola cəlb et. Axirət gözlə-qaş arasında bizi gözləyir.
XƏBƏR LENTİ
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
1 saata portret çəkir
Zövqlü don modelləri
Ailədə uşaqların tərbiyəsi
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Madonna məhkəməlik oldu-SƏBƏB
İnsanlar niyə xəyanət edir?
Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır
Təzəpir məscidində bayram namazı qılındı
Şəxsiyyət inkişafının xüsusiyyətləri (2)
2018-in estetik trendi; təbiilik
Dəhşətli epidemiya ilə bağlı xəbər yayıldı
Gəlinlik modelləri
Beren Saatdan qeyri-adi -FOTO
Messi Ronaldunu geridə qoydu
Azərbaycanın analıq indeksi açıqlandı
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
Növbəti əfv siyahısı hazırlanır
Sevimli tətildən nigaran müəllimə
Onu cox sevirəm
Məktəbli geyimlərini hardan alaq?
Bentley hibrid hazırladı - FOTO
Ağrıların səbəbi D vitamini çatışmazlığı
Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub
Qarpızın faydaları
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
Uşaqlarda burun qanaxması
Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT
30 saniyəlik göz masajı ilə gözəlləşin
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Sevgi olmazsa...
Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?
Uşaqlar arasında intihar halları niyə artıb?
Uşaqlarımıza qayğı göstərək
Kerem Bürsin saç əkdirib
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
"Qar adamı" tortu (foto resept)
Selena Gomes çimərlik kolleksiyası təqdim etdi-FOTO
Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb
Tramvay xətti üçün uyğun yol hansıdır?
Şahzadə Diananın məşhur libası satışa çıxarılır-REKORD MƏBLƏДћ
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
Ermənilər Dağlıq Qarabağı itirir
Qəbul imtahanlarında bu şəxslərin iştirakına icazə verilməyəcək - RƏSMİ
Tər qoxusunun qarşısını necə almalı?
Suda doğuşun riskləri
Azərbaycanda direktor olmaq istəyənlərin nəzərinə
Yeni tikililərdə liftdə qalanlara niyə yardım edilmir?
Şahmatçımız olimpiya çempionu olub
- ŞƏRHLƏR