Əziz və cəlil olan Allah belə buyurmuşdur: "Oruc mənim üçündür, onun əvəzini Mən verəcəyəm" (Buxari, "Savm", 2, 9; Müslim, "Siyam", 30)
Bu Ramazan hər Ramazandan fərqli olmalıdır mənim üçün. Necə ki hər namazı son namaz kimi qılmağımız tövsiyə edilmişsə, Ramazanı da bir daha tuta bilməyəcəkmiş kimi əhya etməyə çalışmalıyıq.
Ramazan əyləncə ayı deyil, yemək-içmək ayı deyil, yuxuya tabe olma ayı deyil. Bu ay təzələnmə, yenilənmə, 11 ay çirklənən, yorulan bədəni və ruhu təzələmə ayıdır. Bu ay yemək ayı deyil, yenilənmə ayıdır.
O halda biz bu Ramazanı yeni bir başlanğıc etməliyik. Yeni bir "mən"ə başlanğıc, daha keyfiyyətli bir insan, daha keyfiyyətli bir müsəlman olmağa başlanğıc olmalıdır Ramazan. Etmədiklərmizi, təxirə salıb dayandıqlarmızı bu Ramazan həyata keçirməli, daha keyfiyyətli bir qul olmalıyıq.
Namaza başlamamışıqsa, hicaba keçə bilməmişiksə, qeybəti, yalanı tərk edə bilmiriksə, Ramazan tam bizə görə kəsilmiş bir xalatdır. Bir yerdən başlayacaqsa əgər, bu Ramazan bir başlanğıc olmalıdır bizim üçün. Yalnız orucu deyil, özümüzü də tutmalıyıq ...
Ac qalaraq acların halını anladığımız kimi, acların əlindən də tutmalı, Allah üçün verməyi öyrənməliyik. Göstərilən fitrə miqdarının nə qədər artıq çıxa bilərik deyə yarışmalıyıq bir-birimizlə.
Yalnız mədəm deyil, gözlərim də oruc tutmalıdır. Küçəyə daha az çıxmalı, alver mərkəzlərindən mümkün olduqca uzaq durmalıyıq, seriallar, kliplər, əxlaqsız şeylər çıxmalıdır həyatımızdan.
11 ay küsdürdüyüm Quranımı yenidən əlimizə almalı, ürəyimizə qoymalıyıq. Hər ayə bizə enirmiş kimi, hər müjdə, hər xəbərdarlıq bizə edilmiş kimi oxumalıyıq. Bitirmək üçün deyil, anlamaq üçün oxumalıyıq ...
Həyəcanını itirmiş, cılızlaşmış dualarımızı gücləndirərək yenidən başlamalı, dualarımızla həyat tapmalıyıq. Suriyada, Misirdə və dünyanın hər yerində yalnız müsəlman olduğu üçün öldürülən, zülm görən qardaşlarımızı unutmamalıyıq.
Nə üçün yaradıldığımızı, nə adına yaşamaq lazım olduğunu, davamımın, məqsədimin nə olduğunu daha yaxşı anlamalı, fərq etməliyik bu Ramazan. Bir İbrahim (as) ədasıyla, ürəyimizdə böyütdüyümüz bütün bütləri yıxmalıyıq.
Hər zaman xoş gəlib Ramazan. Əhəmiyyətli olan bizim Ramazanı necə qarşıladığımızdı. Bu Ramazan yenə xoş gələrkən biz də onu xoş qarşılamalı, məmnun olaraq yola salmalıyıq.
Biz orucu tutarkən, oruc da bizi tutmalıdır. Nəfsimizə bir döyüş olsun bu ramazan. Amma qazanan mütləq biz olmalıyıq ...
Ramazan bayramımız mübarək olsun!
Müəllif: Cahide Sultan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gül suyu ilə dəriyə qulluq
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
ABŞ Rusiya ilə savaşa girir?
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
Qurban bayramınız mübarək!
Əsgərimiz ad günündə şəhid oldu
Metro ilə gedənlərə müjdə
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Meşə kababı (foto-resept)
Reynaldo yenə ən yaxşı oldu
Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib
Zəhərlərdən təmizlənmə üsulları (II hissə)
Rus gəmiləri Bakıya gəlir
Oğlan uşaqları üçün yataqlar
Qırıcılarımız havaya qalxır
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Türkiyə ekranlarının ən dəbli aktrisaları
Darçınlı alma topları (foto-resept)
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Dağ başında qəribə məbəd
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Leyla Əliyeva sərgidə - FOTO
İlham Əliyev Antalyada
HAVA necə olacaq?-9 Avqust
2011-2012-ci ilin dəbdə olacaq çəkmələri
Fotoşopsuz sənət
Soyuducular
"Adını Feriha koydum" serialının aktrisası İLLƏR SONRA-FOTO
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Özümə qavır seçerəm
Günün qoroskopu: tərəddüd etməyin
Dondum...
"Bulka" (foto-resept)
Maraqlı dibçəklər
Dərini 10 yaş cavanlaşdıran üsul
Prezident və xanımı xalq artistləri ilə görüşdü-FOTO
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - RƏSMİ
Türkmənistanda tələbələrə əylənmək qadağan olundu
Kriştianu Ronaldu yeni rekorda imza atdı
Məşhur cütlük evlənir-FOTO
Külək nə vaxta kimi davam edəcək?
Ordudan istifadə olunacaq
Qozlu şorba (foto resept)
Şuşada fəaliyyət göstərən çörək istehsalı müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Soma Bakıda da anıldı
Qəhvə və likörlu şokolad tortu (foto resept)
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
- ŞƏRHLƏR