Qadin.NET / Bu Ramazan fərqli olmalıdır

Bu Ramazan fərqli olmalıdır

Bu Ramazan fərqli olmalıdır

Əziz və cəlil olan Allah belə buyurmuşdur: "Oruc mənim üçündür, onun əvəzini Mən verəcəyəm" (Buxari, "Savm", 2, 9; Müslim, "Siyam", 30)

Bu Ramazan hər Ramazandan fərqli olmalıdır mənim üçün. Necə ki hər namazı son namaz kimi qılmağımız tövsiyə edilmişsə, Ramazanı da bir daha tuta bilməyəcəkmiş kimi əhya etməyə çalışmalıyıq.

Ramazan əyləncə ayı deyil, yemək-içmək ayı deyil, yuxuya tabe olma ayı deyil. Bu ay təzələnmə, yenilənmə, 11 ay çirklənən, yorulan bədəni və ruhu təzələmə ayıdır. Bu ay yemək ayı deyil, yenilənmə ayıdır.

O halda biz bu Ramazanı yeni bir başlanğıc etməliyik. Yeni bir "mən"ə başlanğıc, daha keyfiyyətli bir insan, daha keyfiyyətli bir müsəlman olmağa başlanğıc olmalıdır Ramazan. Etmədiklərmizi, təxirə salıb dayandıqlarmızı bu Ramazan həyata keçirməli, daha keyfiyyətli bir qul olmalıyıq.

Namaza başlamamışıqsa, hicaba keçə bilməmişiksə, qeybəti, yalanı tərk edə bilmiriksə, Ramazan tam bizə görə kəsilmiş bir xalatdır. Bir yerdən başlayacaqsa əgər, bu Ramazan bir başlanğıc olmalıdır bizim üçün. Yalnız orucu deyil, özümüzü də tutmalıyıq ...

Ac qalaraq acların halını anladığımız kimi, acların əlindən də tutmalı, Allah üçün verməyi öyrənməliyik. Göstərilən fitrə miqdarının nə qədər artıq çıxa bilərik deyə yarışmalıyıq bir-birimizlə.

Yalnız mədəm deyil, gözlərim də oruc tutmalıdır. Küçəyə daha az çıxmalı, alver mərkəzlərindən mümkün olduqca uzaq durmalıyıq, seriallar, kliplər, əxlaqsız şeylər çıxmalıdır həyatımızdan.

11 ay küsdürdüyüm Quranımı yenidən əlimizə almalı, ürəyimizə qoymalıyıq. Hər ayə bizə enirmiş kimi, hər müjdə, hər xəbərdarlıq bizə edilmiş kimi oxumalıyıq. Bitirmək üçün deyil, anlamaq üçün oxumalıyıq ...

Həyəcanını itirmiş, cılızlaşmış dualarımızı gücləndirərək yenidən başlamalı, dualarımızla həyat tapmalıyıq. Suriyada, Misirdə və dünyanın hər yerində yalnız müsəlman olduğu üçün öldürülən, zülm görən qardaşlarımızı unutmamalıyıq.

Nə üçün yaradıldığımızı, nə adına yaşamaq lazım olduğunu, davamımın, məqsədimin nə olduğunu daha yaxşı anlamalı, fərq etməliyik bu Ramazan. Bir İbrahim (as) ədasıyla, ürəyimizdə böyütdüyümüz bütün bütləri yıxmalıyıq.

Hər zaman xoş gəlib Ramazan. Əhəmiyyətli olan bizim Ramazanı necə qarşıladığımızdı. Bu Ramazan yenə xoş gələrkən biz də onu xoş qarşılamalı, məmnun olaraq yola salmalıyıq.

Biz orucu tutarkən, oruc da bizi tutmalıdır. Nəfsimizə bir döyüş olsun bu ramazan. Amma qazanan mütləq biz olmalıyıq ...

Ramazan bayramımız mübarək olsun!

Müəllif: Cahide Sultan

2 avqust 2013
GO BACK