Weyla
Mən Şeylayam, sizin Şeyla! Kohnə istifadəçilərdənəm, amma son iki il demək olar ki, çox az gəlirəm bu sayta. Az gəlsəm də heç vaxt unutmuram, hər gün imkan olduqca sayta gəlib xəbərlərə baxıram. Şərh yazmasam da belə... 2013-cü il ən acı hadisələrlə yaddaşımda qaldı. 2013-cü il varım-yoxum tək anamı əlimdən aldı... 2013 mənə heç nə vermədi, əksinə, məndən aldı... Anam getdi, izi qaldı, ürəyimdə məhəbbəti, qəlbimdə isə sözü qaldı... Nə isə... daha çox yaza bilmirəm...
azeri kizi :-)
2013-cü il mənim üçün həm gözəl, həm də pis oldu. Gözəlliyi odur ki, sevdiyim insanla evlənib ailə həyatı qurdum. Həyatı tam anlamasam da məni öz usaqlığıma rəğmən sevən qaynanam, qaynatam, bacı kimi sevdiyim baldızlarım var. Bu il mənim üçün pis hadisə isə dunyaya gəlməmiş övladımı itirməyim oldu. Allah heç kimə göstərməsin, çox ağırdır bir qadın üçün. Həmişə ətrafımda olan insanların körpələrini itirməsi mənə gülünc gəlirdi ki, dunyaya gəlməmiş bir uşağa görə insan necə pis ola bilər ki? Amma indi bildim ki, hər nə olursa-olsun, insan yaşamayınca anlamır. Yenə də Allahın bu gününə şükür edirəm. Bax, mənim üçün 2013-cü il belə keçdi, əziz Qadın.Net-lilər.
_BeautifuL_
İlk öncə qeyd edim ki, 2012-ci ilin sonu - 2013-cü ilin əvvəli elə də xoş keçmədi mənim üçün. Bu il ali məktəbi bitirdikdən sonra bekar keçirəcəyim ilk il idi. Odur ki, işimlə məşğul olmağa başladım. Bildiyiniz kimi muəlliməyəm. Günümün 60-70 faizini şagirdlərimə həsr edirəm. Uzun sözün qısası, 2013-cü il mənim üçün necə maraqsız başlamışdısa, maraqsız da davam etdi. Şükür, bu günkü günümə görə Allahımdan sonsuz razıyam. Həyat çətinliklərə rəğmən çox gözəldir. Amma 2014-cü ildən çox ümidliyəm. Bu il at ilidir. At da muraddır. Hər kəs kimi mən də bu il muradıma çatacağıma ümid edirəm... İnşaAllah, 2014-ci il bütün Qadın.Netlilərə düşərli olar, mən də içində... Amin!
Günay Nesirova
Bu il mənim üçün çox uğurlu olub. Fevral ayında isə düzəldim, iş mənim üçün uğursuz oldu. Ancaq Allahın qisməti imiş məncə, həyatımın sevgisiylə qarşılaşdım. İndi çox xoşbəxtəm və bu xoşbəxtliyi hamıya arzulayıram. Öz aramızda üzük bəyəndik, aldıq. Məni ailəsiylə tanış etdi, onlar da məni çox sevdilər. Sentyabr ayında çox sevinclə hazırlaşırdım, bizə elçi gəlirdilər, amma son anda razılıq vermədilər. Bir müddət çox əsəbilik, söz-söhbət oldu, amma bizim sevgimiz hər maneəni aşdı. Onun ailəsiylə münasibətlərim duzəldi. İnşaAllah bizimkilər də yola gələr.
♥Dream girl♥
2013-cü ildə həm sevgi baxımından, həm də dərs əlindən çox əziyyət çəkdim. Ən ağır ilim oldu bu il. Həm də yayda anama qulluq etmişəm. Çox çətin və ağır günlər keçirmişəm. İnşaAllah, 2014-cü il mənim üçün çox yaxşı olar. Ən yaxşı hadisə isə martda bura gəlməyim oldu. Fevralda qeydiyyatdan keçdim, martda tez-tez onlayn idim. Şükürlər olsun, burada bacılarımı tapdım. Hamınızı çox sevirəm, əsas da Aydan Əsgərli, Ləman və Günel bacıları, yəni Hüseynzadələr. Nə yaxşı ki, siz varsınız. Mən dərslərə görə burda çox vaxt olmuram, amma görürəm ki, çoxu məni unudub. Ləman, çox sağ ol ki, məni həmişə soruşursan. Sən də burada yoxsan, səni də burada unudublar dərslərinə görə. Tələbə yoldaşımı - Aydan Həsənovanı da salamlayıram. İnşaAllah, sən də 2014-cü ildə çox aktiv olarsan! 2014-cü ildə hamıya uğurlar arzulayıram, xoş günlər, sevincli vaxtlarınız çox olsun, Amin inşaAllah.
lala
Bu il mənim üçün çətin il oldu. 2013-cü il özü ilə bərabər sürprizlər qatdı həyatıma, sevdiyim insandan ayrılmaq çox çətin oldu mənim üçün. Hələ indi də keçmiş rahatlıq vermir mənə, sevib evlənmək başqadır... Mart ayının 8-də "hə" mərasimi, martın 23-də nişan, aprel ayının 28-də toyum oldu. Ailə həyatım elə də ürəyimcə olmadı. Arzuladığım kimi olmadı, bir az problemlər yaşadıq. İndi 6 aylıq hamiləyəm, oğlumun dünyaya göz açmağına az qalıb. Allah həsrətində olanlara qismət etsin. Valideynlərimdən çox uzağam, onlar üçün çox darıxıram... İnşaAllah, 2014-cü il hər birimiz üçün düşərli olar, xoşagəlməz sürprizlərlə rastlaşmarıq.
MELEKLERIM
2013-cü il mənim üçün yaddaqalan oldu, ailə həyatı qurdum, Moskva şəhərində oldum. Qardaşım GDU-ya qəbul oldu, bacımın qızı - Nəzrin bala dünyaya gəldi. 2014-cü ildə Allah qoysa öz körpəm olacaq. 2014-cü il hər birimiz üçün uğurlu olsun, Amin!
Ləman_
2013-cü il mənim üçün o qədər də yaxşı keçmədi, ən sevincli günüm əkizlərin dünyaya gəlişi oldu. Allah hər birimizə qismət etsin, Amin. Arzum budur 2014-cü il hər kəsə uğurlu olsun, hər kəsin duaları qəbul olsun, 2014-cü ildə imanımız daha da güclü olsun. Amin!
♥♥♥YEGiŞ♥♥♥
Arzunun, istəyin əlindən tutub
Gedir uzaqlara gedir köhnə il,
Qayıtmaz bir daha qayıtmaz geri,
Bizlərə əlvida deyir köhnə il...
Artıq köhnə ilin astanasındayıq. Yeni ilə sayılan günlərimiz qalıb. Mənim ücün 2013-cü il elə dərin izlər qoymasa da, maraqsız da keçmədi. Hər günümü, hər saatımı təqvimə düzə-düzə, "Nə gedir ömürdən gedir" prinsipinə rəğmən beləcə başa vurdum. Ən əsası, ağrısız-acısız bir il gözləyirəm gələn ildən. Məncə, cansağlığı olan yerdə insan hər bir arzusuna çata bilər. Sonda hamıya bitməz-tükənməz sevgi dolu həyat arzulayıram. Bayramın mübarək, əziz Qadın.Netim.
♥Aynişka Gülüm♥
Bu il mənim də həyatımda bəzi dəyişikliklər oldu. Oğlum 2012-ci ilin dekabr ayında olub, 2013-cü ilin onunla necə keçdiyini anlamadım, bir də gördüm 1 yaşı olub. Onun gəlişi ilə çox çəki almışdım, amma 2013-də artıq çəkimdən qurtuldum, əvvəlki çəkimə qovuşdum. Şükür Allahıma, bu ili də sağ-salamat başa vurduq. İnşaAllah, yeni il hamımıza bol-bol uğurlar gətirər.
(Ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dilqəm Əsgərovun oğlu danışdı
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
2018-ci ilin yay makiyajı
Şeymadan yeni FOTO
Qədim İspan şəhərində gəzinti
Bakıda Müşfiqin abidəsi ucaldıldı
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Kəs və yapışdır-30
Uşaq istismarı yoxsa sənət?
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mozaik tortlar
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Məktəbli forması nə üçün lazımdır?
Azərbaycanlı bəstəkarın mahnısı türk serialında
Sahib olmağımız lazım olan 4 dost modeli
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
Corc Kluni - bir saata 27283 dollar qazanır
Dəblə geyinmək sağlamlığa ziyandır
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Muncuqla hamiləliyi planlaşdırma
Rusiya Suriyaya lazımi texnika verəcək
Ürək tortu (foto-resept)
Priyanka Çopra izləıyicilərini sevindirdi-FOTO
Putin "erməni qərarı"nı verdi
Toyuqlu qarabaşaq (foto resept)
Uşağınız söylədiklərinizi əhəmiyyətsiz hesab edir?
Səhnədə ürəyi gedən Ziynət xəstəliyini açıqladı
Çimərliyə getmək üçün proqram təminatından istifadə edəcəyik - AÇIQLAMA
Eser Yenenlerin xanımı Tənqid olundu-FOTO
Qozlu-ananaslı kekslər (foto resept)
Azərbaycanda cinayət işi açılan koronavirus xəstələrinin sayı bilindi - RƏSMİ
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Günün qoroskopu: ömür dediyin...
Xoşbəxt ailə niyə boşanır?
“Qalatasaray”dan “Neftçi”yə azərbaycanca cavab - FOTO
Kişiləri cəlb etmək üçün məsləhətlər
Üzüm tumunun faydaları
Hava haqqında
Brus Li"nin mənəvi gücü
WhatsApp-da daha bir yenilik
Antonio Banderas Şah İsmayıl oldu
Qışda çəkmələrə qulluq
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Azərbaycan vətəndaşlarının 90,8%-i Prezidentə tam etibar edir - SORĞU
Şaftalı nektarı (foto resept)
Filmlər haqqında bilmədiyiniz faktlar(2)
2 saata tikilən 2 minlik evlər-FOTO
Demi Mur ETİRAFları ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Moruqlu sadə pirojna(foto resept)
- ŞƏRHLƏR