Xəbərimin birinci hissəsi çox bəyənildi. Heç gözləmədiyim qədər təriflər yağdı xəbər haqqında. Xanımlarımız özləri ikinci hissədə yer almaq üçün mənə ismarıclar yolladılar. Sağ olsunlar... Burdan həmin xanımlara öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm!
Buyurun xəbərin ikinci hissəsi ilə tanış olun. Ümid edirəm ki, bunu da bəyənəcəksiniz...
Nata Abdullayeva
Əvvəla onu deyim ki, nişanlımla olduğum anlar mənim ən sevincli anlarımdı. Amma ən yadda qalan sevincli anım bax bu olub...
Bir dəfə bizim tanışlığımızın 1 ili tamam olurdu, mən ondan təbrik gözləyirdim. Telefonla danışdıq, məni tələm-tələsik təbrik elədi. Dedi ki, bağışla əlimdə işim var, gələ bilməyəcəm. Mən də solğun səslə razılaşdım və o dəstəyi asdı. Kefim pozuldu, həm də çox pis oldum. Dərsdən çıxıb qızlarla evə tərəf üz tutdum. Küçəmizə dönəndə gördüm ki, yolun başında dayanıb məni gözləyir.
Sən demə qəsdən özü elə deyib ki, mən şübhələnməyim və mənə sürpriz etsin. Onu görəndə inanılmaz dərəcədə sevinmişdim.
Bax mənim ən sevincli və xoşbəxt anım bu olub Alena...
-Santa_Xatun-
Xoşbəxt günlərim çox olub, ama ən yadda qalanlarını sizinlə paylaşacam. Məsələn: elə bu yaxınlarda toyumuz üçün restoran bəyənməyə getmişdik. Baxdığımız restoran ikimizin də ürəyincə oldu və böyüklərimiz yeri tutdular.
Xoşbəxt günlərimdən biri də kollecə daxil olduğum gün olub. Çünki artıq əmin idim ki, imtahandan kəsilmişəm və daxil ola bilməyəcəm. Ümidimi üzüb rayona istirahətə getmişdim, birdən zəng gəldi və dedilər ki, istədiyin fakültəyə daxil olmusan. Sevincimin həddi-hüdudu yox idi.
Daha bir xoşbəxt günüm bacımın ilk dəfə ana olduğu gün idi.
Qəzetdə öz məqalələrimi görəndə də sevincim aşıb-daşır.
Ən sonda isə Renat kimi bir insanla nişanlı olduğum üçün və tezliklə onunla ailə quracağım üçün çox ama çox xoşbəxtəm....
Təşəkkürlər Alena...
a.angel
Ən yadda qalan anlarım oğlumu və qızımı ilk dəfə qucağıma aldığım anlar olub. O anı heç bir ana dəyişmərəm!
AZS
Mənim də sevincli anlarım çox olub həyatımda. Birincisi Universitetə daxil olduğum gün olub. Çünki o günü hələ məktəb vaxtlarımdan çox arzulayırdım.
İkincisi isə ailə qurduqdan sonra oğlumu ilk dəfə qucağıma aldığım gün idi. Allah bütün arzusunda olanlara qismət etsin! Amin...
Üçüncü sevincli anım isə hələ olmayıb, yəqin ki o da ikinci körpəmi qucağıma alacağım gün olacaq inşAllah...
Sonda bütün qadın.net-lilərə xoşbəxt və sevincli günlər yaşamağı arzu edirəm!
Gulya isazadeh
Həyatımda xoşbəxt günlər çoxdu. Ən mühümü hələ qabaqdadı. Artıq bir neçə ay sonra körpəmi qucağıma alacam. Yoldaşım da mən də çox sevinirik. Günləri sayırıq ki, körpəmizi xeyirli və sağ-salamat qucağımıza alaq. İndi də çox xoşbəxtəm, körpəm dünyaya gəldikdən sonra isə yeni bir xoşbəxt səhifə daha açılacaq həyatımda. Allah hər kəsə qismət etsin... Amin...
Sabina87
Mənim də həyatımda xoşbəxt anlarım çox olub. Ən yadda qalanı- 5 il sürən müalicələrdən sonra oğluma hamilə qaldığım gün olub. Allah olmayanlara nəsib etsin... Amin...
sekine ismayilova
Ən xoşbəxt anım burada-sizlərlə olmaq, bir dərdim olanda sizlərlə bölüşməkdir. Kefim olmayanda sms-lərimdən anlayıb, dərhal məni şənləndirməyə çalışırsınız. Qadın.net-də olduğum hər an, hər dəqiqə mənimçün dəyərlidi. Səncə bundan xoşbəxt an ola bilərmi Alena? İnşallah bu xoşbəxtlik bir ömür boyu sürər. İnşallah hər zaman belə mehriban və səmimi olarıq... Təşəkkürlər Alena...
Love story
Hər bir kəsin həyatında olduğu kimi mənim də həyatımda sevincli anlarım cox olub...
Ən öndəsi 2 il bundan qabaq Universitetə qəbu olduğum gün idi. O ankı sevincimi heç nəyə dəyişmərəm! Sanki dünyalar mənim olmuşdu....
Daha sonrakı xoşbəxt anım tələbə biletini əlimə aldığım an olub.
Və ən nəhayəti zəhmətimin bəhrəsi olaraq ilk dəfə tələbə təqaüdümü aldığım gün ən unudulmaz anım olub. Sevincimin həddi-hüdudu yox idi...
İnşallah hər birimizin həyatı xoş günlərlə yadda qalsın. Allah hər birimizə mənalı ömür qismət etsin. Amin...
Gunew
Ən xoşbəxt anım qızımın dünyaya gəldiyi gün olub, o gün o qədər sevincli idim ki... Gözlərimə inana bilmirdim. Yəni bu balaca mələk mənim idi, mənə məxsus idi? Balamın adını da özüm qoydum-Zəhra... İnsallah öz adına layiq bir övlad olar... Amin...
Lili Sultanlı
Mənim xoşbəxt anlarım çox olub. Ən yadda qalanları isə uşaqlıq xatirələrimdi. Mən balaca olanda qızlarla yox, oğlanlarla oynayırdım.
Bir gün qardaşımın kiçik toyu idi. Ötən-keçən qardaşımın yastığının altına pul qoyurdu. Mən də yalvarırdım ki, o pullardan mənə də versin, amma o vermirdi. Mən də atamın baş-beynini dəng elədim ki, təcili məni də sünnət etsinlər. Atam heç nə demədi. Mən ağlamayım deyə nənəm dedi ki, bu il qaqaşı etdirdik, gələn il də səni sünnət etdirərik... İnanın ki, həmin ilin gəlməyini elə səbrsizliklə gözləyirdim... Çox sevinirdim, sevinirdim ki çoxlu pulum olacaq. Sevincim boşa çıxdı.
Amma indi yadıma düşəndə bir az uatnıram... Alena, mənim ilk yada düşən anım bu oldu, çox sağ ol...
****
Bir daha bütün xanımlara təşəkkür edirəm, onlara Allahdan hər anlarını xoşbəxt keçirmələrini arzu edirəm! 3-cü hissədə yer almaq istəyən xanımlarımız mənə ismarıc vasitəsi ilə müraciət edə bilərlər...
XƏBƏR LENTİ
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Dəbli gəlinlik modelləri
Aleyna Tilkinin oxşarı-FOTO
Bakıda karantinə nəzarət gücləndirildi
HAVA necə olacaq?
Atatürk heykəli yandırıldı
Demet Akalın bahalı pencəyi ilə diqqət çəkir-FOTO
Sosial şəbəkələrdə yayılan video ilə bağlı - Aeroportdan açıqlama
Geyimlərinizi xilas edəcək tövsiyələr
Internet Explorer güclənir
Dodaq quruluğuna qarşı vanil yağı
Gözəl saçlar
Hər kəs bu uşaqdan danışır-FOTO
Saçlarınızı qışın soyuğundan qorumağın 4 yolu
Doğuş sonrası depressiya: nə etməli?
Stil ikonu Taylor Tomas Hill
Qızardılmış kartof ruleti(foto resept)
Qarışqanın iybilmə xüsusiyyəti
Pendirli çörək (foto resept)
Cavabsız qalan teleqramlar
Haram insanın övladına nə kimi təsir edir?
2014-cü ilin nişan üzükləri
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Qab süngəri (özünü düzəlt)
Qaçqın ailələri üçün problem: necə etməli?
Mühəmməd peyğəmbərin (s.ə.s) gəlişindən xəbər verən digər dini kitablar
Hansı hallarda təqiyyə etmək olmaz?
Yumor hissinə malik robot hazırlanır
XXI əsrdə bizi qul edən nədir?
Prezident bir qrup hərbi qulluqçunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib - SƏRƏNCAM
Avropada rouminq ləğv ediləcək
Valideynlər üçün testlər
Bakıda gözəl quş qalmayacaq?
Türkiyədə İLK: Uzaq mənzilli raket sınaqdan keçirildi
Tez hazır olan duzlu xiyar(foto-resept)
Siz də lider ola bilərsiniz
Payız üçün köynəklər
Əhalinin banklarda nə qədər pulu var?
İnsanları geyindirən kitabxana
Tovuz atəşə tutuldu
Hikmət Hacıyevdən 80 jurnalistin Xankəndidən çıxa bilməməsi məsələsi ilə bağlı AÇIQLAMA
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Kişilərin bədən dili nə deyir?
Yaz aylarında xüsusi qidalanma tövsiyyələri
Margot Robbienin gözəllik sirləri
Rəngarəng salat (foto resept)
Küləkli hava şəraiti koronavirusa yoluxmanı artıra bilər? - VİDEO
İvana Sert hicab geyindi-FOTO
Evin dekoru üçün 1 milyon xərclədi
ANS Televiziyasının yayımı dayandırılıb
- ŞƏRHLƏR