Zehra Bedirxanli
Mənim 2 övladım var - oğlum Ömər və qızım Zəhra. Ömərim 2011-ci il iyun ayının 14-də anadan olub. Çox dəcəldir. İndi 2 yaş 4 aylıqdır. Şirniyyatları çox sevir. Hər dəfə anası şirnyyat bişirəndə yanında oturur. Başlayandan hazır olana qədər gözləyir. Zəhram isə isə 2012-ci il iyul ayının 22-si anadan olub. İndi 1 yaş 3 aylıqdır. Allah bütün balaları saxlasın, mənimkilər də daxil olmaqla.
kristen_
Bu ayın oktyabrın 20-də oğlum dünyaya gəldi. Əslində noyabrın 3-də doğulmalı idi. Şükür Allaha, xeyli sağlıqlı bala oldu. İlk anlar mənə o qədər qəribə gəlirdi ki. Ana olmuşam, oğlum olub. Özümün, mənim, xüsusi... İnanılmaz bir şeydir. Hələ ki bir-birimizə alışmağa çalışırıq. Doğrudan da analıq hissi başqa cür sevgidir. Özümü dünyanın mərkəzi kimi hiss edirəm. Allah hamıya qismət eləsin... Balam gəlişi ilə həyatıma rəng qatdı. Atasının, mənim, nənələrinin, babalarının. Hamının! Adı Eduarddır. Düzdü, bir az qəribə addır, amma İngiltərə vətəndaşı olaraq doğulduğu üçün belə qərar verdik. Həm də bu adı mən çox sevirəm (həmçinin yoldaşım). Bu qədər. Bu da mənim balaca, mələk Edikimin ilk fotosu. Sizlərlə paylaşıram...
Parvina İbrahimova
08.10.2007 tarixində mənim dəcəl qızım dünyaya gəlib. Gecə saat 10-da anadan oldu. Tək istəyim, dərdim tez üzünü görmək idi. Kim idi? Necə idi? Bir qulağına azan, bir qulağına kəlimeyi şəhadət oxuduq. Kiçik əmisinə bənzəyirdi. Yəqin ürəyim nə istəyirdisə Bakıdan heç bezmədən alıb gətirirdi ona görə. İkinci gün idi, yanıma on beş dəqiqəlik gətirdilər, ağladı. Onunla bərabər elə ağlayırdım ki... Deyirdim, görəsən 19 yaşında heç nədən başı çıxmayan mən ona baxmağı bacaracağammı? "Allaha pənah" dedim. O, oyuncağım idi - duyğulu şirin oyuncağım. Onunla iki uşaq kimi olduq biz. Üç il ombasında problem oldu, əziyyət çəkdi. Tək dərdim odur ki, insanları sevsin, Allahını sevən bəndə olsun. Gün keçdi, ay keçdi, böyüdü. Həmişə "quzuşum" dedim ona. Adı Bilqeyisdir. Süleyman peyğəmbərin həyat yoldaşı, Səbə hökmdarının, həm də bizim nənəmizin adı. İndi 6 yaşı var balamın. Tək dərdim tərbiyəsidir. "Əlimdən gələni edirəmmi" deyirəm. Çünki doğrusunu Allah bilir. Rəbbini sevsin, mömin olsun, başqa diləyim yoxdur. Onu bütün pislik və bəlalardan Yaradana tapşırıram. Hobbisi rəsm çəkməkdir. Bir də sual vermək. O qədər sual verir ki, bezdiyimi üzə verməmək üçün bir neçə saat yatıram. Sualları da sualdır a. Deyir:"Niyə bu ağacdan alma çıxır, o birindən gilas?". Bu tipdə suallar verir. Fizikanı sevir. Məncə, gələcəkdə elm adamı ola bilər. Əsas odur ki, xeyirli insan olsun. Allah hamımızın balasını saxlasın və xeyirli övladlar etsin, Amin!
Sevinc M
Allahıma şükürlər olsun ki, bu həyatın ən gözəl hissi olan analıq hissini mənə qismət etdi. Sevgimizin meyvəsi olan iki gözəl bala qismət etdi bizə. Qızım Züleyxa 22 noyabr 2008-ci ildə, oğlum Fərid isə 9 mart 2011-ci ildə dünyaya gözlərini açıb. Qızım mənim ilk nurum, oğlum isə həyatımın ən gözəl 8 mart hədiyyəsidir. Qızım daha çox evdarlığa maraqlıdır, oğlum isə maşın həvəskarıdır. Allahım hamının balasını saxlasın.
AYSUN MEMMEDOVA
Mənim 2 övladım var. Oğlum 3 yaş 2aylıq, qızım 8 aylıqdır. Oğlumun adı Asiman, qızımın adı Asudur. Oğlum bacısını şox istəyir, elə olur ki, mənim işim olur, oğlum stolunda oturub qızıma lay-lay çalır ki, yatsın. Və ən əsası uşaqlarım cox mehribandır. Hər kəslə gülərüzlüdürlər. Allahıma min şükür. Allah hər kəsə övlad nəsib etsin. Amin! Allah hec kimi uşaq acısıyla sınamasın.
vusale-m
Mənim bir oğlum var, adı Kamaldır. 2013-cü il, aprelin 30-da dünyaya gəlib. Gəlişi ilə ailəmizə sevinc gətirdi. Balam özünü hamıya sevdirir, tanıdı-tanımadı hamının qucağına gedir, hamı ilə oynayır. Dişi çıxacaq deyə əlinə keçəni ağzına sürtür. Ən sevimli məşğuliyyəti isə çimməkdir, sudan çıxmaq istəmir. Balam çox şirindir, arzusunda olanlara da belə şip-şirin pay arzulayıram. Allah qorusun Kamalımı!!!
Xedice 033
Ilk övladım qızım Xədicə 16.06.2006-ci ildə gündüz saat 3-də dünyaya gəlib və gəlişi ilə evimizə sevinc gətirib, çünki hər iki tərəfdən ilk nəvə idi. Xədicənin hobbısi gəlincikləri ilə oynamaq, bir də dərslərinə həvəsi çoxdur, deməyinə gorə gələcəyin uşaq həkimi olacaq. Oğlum Əli isə 29.04.2007-ci ildə səhər saat 11-də dünyaya gəlib. Onun da hobbisi öz oyuncaqları ilə oynamaqdır. Böyüyəndə kim olmaq istədiyini soruşanda hər dəfə birini deyir, axırıncı dəfə soruşanda polis olacağını dedi. İnşaAllah onu da gələcək göstərər. İnşaAllah saytımızda ana olmaq istəyən hər xanıma Allah xeyirli övlad qismət etsin.
MELEKLERİM
Hüseynim 1 yaş 2 aylıqdır, avqustun 6-sı 2012-ci ildə dünyaya gəlib. Hüseyn doğulmamışdan əvvəl yuxumda adını mənə demişdilər. İndi maşaAllah asta-asta danışır (mama, ata, dəli və s.). Çox şirindir, Allah hamıya belə şirin bala qismət eləsin.
Zumrud Nurullayeva
Mənim başbəlam 14 dekabr 2006-ci ildə 2 kilo 990 qram, 50 sm, özü də sübh azanı veriləndə (06-15) doğulub, onun hər şeyi demək olar ki, sürpriz oldu. Cinsini həm qız, həm də oğlan deyirdilər, mən də mavi və qırmızı corab almışdım. Bətnimdəki dövrü çox yaxşı keçib, çoxlu təpiklər yemişəm, amma olmağına 1 ay qalmış nənəm və əmim qızı yuxularında "Uşaq oğlandır, doğulanda xəstə olacaq, adı Əli-Əli çagırılmalıdır və Əli qoyulmasa yaşamayacaq". Ən dəhşətilisi, ikisi də eyni yuxunu gormüşdü. Biz də razılaşdıq ki, adıbı Əli qoyarıq. Allahıma qurban olum, hər dediyi olur. Doğulanda ciyərinə yaşıl su dolmuşdu, hər gün yanına gedib "Əli-Əli" deyə çağırırdıq, arada gözün açıb halsız baxırdı. Nələr yaşadığımızı tək Allah bildi, 16 gün xüsusi şüşədə saxladılar. 12-ci gündə özü nəfəs aldıqdan sonra 29-cu gündə qucağıma almışam. Qurban olduğum böyük sınaqdan sonra uşağa 2-ci nəfəs verib mənə qaytardı, Əlimin aldığı hər nəfəs üçün Rəbbimə min şükürlər olsun! İlk dişi 6 aylığında çıxıb, ilk addımı 1 yaş 1 aylığında atıb, 3 yaş yarımda bütün rus hərflərini bilirdi, indi maşaAllah cin baladir. Uşaq bağçasına gedir, yavaşca oxuyub yaza bilir, rus və ana dilində sərbəst danışır. Bütün uşaqlar kimi kompüteri çox sevir. Hobbisi boks və musiqidir. Oyuncaqlardan maşını çox sevir, çox şən, bir az da şıltaq uşaqdır. Allah bütün qızlarımıza Əli kimi şipşirin bala nəsib etsin.
Advokatka
Qızımın adı İpəkdir. 1 yaş 8 aylıqdır. 2012-ci il martın 8-də doğulub. Ən xoşladığı şey yeməkdir, baxanda da bilinir. Sonra çimməyi dəhşət xoşlayır. Yəgin balıq bürcü olduğundandır. Qızlarla qəti arası yoxdur, ölür oğanlardan ötrü. Ən sevdiyi şeylərdən biri ayaqqabı yiğmaqdır. Ayaqqabı kolleksiyası var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pazllar ("Barboskinlər")
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
“Sen anlat Karadeniz” türk serial tarixində ilkə imza atdı-FOTO
Bu adanın sakinləri "ölməyi unudublar"
BİR SEVGI HEKAYƏSI
Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
Dərini gəncləşdirən maska
Qubaya 17 sm qar yağdı-FOTO
Milyarder koronavirusdan qorunmaq üçün bunkerlərə sığındı
TQDK elan etdi
Təyyarəyə gizli girən qarğa Sinqapurdan Londonda uçdu-FOTO
Analar bu dəbi yaymağa başladılar
Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq - dünyada ilk
Aytən Cavanşirin tərcüməsində “Tikanlıqda şərqi deyənlər” - FOTOLAR
Arda Turanın xanımı MÜSAHİBƏ verdi-FOTO
“Dünya romanıma çevrilib” - Stiven Kinq
Dişləriniz ağrımasın
Zamanın dayanmadan axdığına şahid olun
Kolorado çayının əyrisi
Pendirli açma (foto-resept)
Sabahın HAVAsı
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Narahatlıqdan xilas olmaq üçün...
İtaliyaya səyahət (II hissə)
Qırmızı rəng qəlbi qoruyur
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Baykal gölü ikiyə ayrıldı
Məşhur aktrisa seçkilərdə uduzdu-FOTO
"Kurtlar vadisi"nin məşhur aktyoru öldü - FOTO
“Ufak Tefek Cinayetler”in əsas qəhrəmanın gəliri artacaq – FOTO
Rusiyalı ekspert: "Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək"
ŞOK QƏRAR: Dollara qadağa qoyuldu
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
Restoranlarda qeyri-adi yemək servisləri
Bəhram Bağırzadə koronavirusdan sağaldı
Günün ulduz falı
Emin və övladları işçini qorxutdular
Mütaliə haqqında oxuyaq
Qafqazın "Barselona"sı: axı niyə məhz o?
Etibarnamə ilə maşın sürənlərə dərs olsun
Dənizə getmək istəyənlərə ŞAD XƏBƏR
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Doğum gününə görə xarakter (iyul)
Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanıldı
Yağış az idi, külək də əsəcək
- ŞƏRHLƏR