Ayan,Abiyeva
Deyəcəyəm, gülməli olacaq. Ən birinci maşınlara "enqo" deyirdi. Qarpıza "apuz" deməyi daha çox bizi güldürürdü, bir o qədər də sevindirirdi ki, balamız dil açıb.
Ulker.Agamali
Uşağın ailəyə daxil olması evdəki atmosferi kökündən dəyişir. İstər-istəməz hər kəs öz hərəkətinə, davranışına və hətta danışığına da ölçü qoymağa başlayır. Körpənin hər hərəkəti, gülüşü, qığıltısı ailə üzvlərinin bir ayrı sevincinə səbəb olur. Allah bütün körpələri saxlasın. Mənim də ailəmdə körpə sevinci 2 dəfə yaşanıb. Artıq onlar sərbəst danışa bilsələr də təzəcə dil açdıqları vaxtlar işlətdikləri bir neçə söz var ki, biz hələ də onları yada salırıq. Böyük balam İsgəndər yumşaq ədyalını çox sevirdi və ona "Çamça" deyirdi. Süd içdiyi şüşəyə isə "Toka". Balacam Aqşinin ən çox sevdiyimiz sözü "РІСЃРµ" (rus dilində) "hoso", şirəyə " xua" və qardaşım əvəzinə "dardaşım" deməsidir.
Xəyalə Murad
Muradım dil açanda hər kimi səsləsə mütləq "hı-hi" əlavə edərdi. Məsələn: babaya, nənəyə, əmiyə, bibiyə, ataya bu cür səslənirdi: "Babahı, əmihi, nənəhi, bibihi, atahı". Mənə isə ana əvəzi -"anya" deyirdi. İndi də xatırlayıb gülürük. Qızımın ilk sözü "ata gəl" oldu. Təsadüfmü deyim, qəsdənmi deyim bilmirəm. Məhz hamamda əl-üzünü yuyanda dayanmadan bir nəfəsə "ata, gəl, ata, gəl" deyir. Suyu və suyun səsini çox sevir. Hamam otağında məhz sevincini dilə gətirmək üçün danışa bildiyi sözü tez- tez deməklə rahatlaşır.
Esna
Oğlumun ilk sözlərinin çoxu demək olar ki, yadımdadır. Amma mənə ən çox təsir edən bir şeyi yazmaq istəyirəm. 2 yaşı vardı oğlumun. Azan səsi eşidəndə qorxub ağlayırdı. Mən gördüm ki, uşağın qorxmaması gərəkən bir şey olmalıdı müqəddəs Azan səsi və ondan sonra başladım ona laylay yerinə azan oxumağa. Sonra bir gün məni çox sevindirən bir şey oldu. Gördüm oğlum çıxıb öz balaca stolunun üzərinə Azan oxuyur. Tez videoya çəkdim. İndi də telefonumda durur həmin video. Bax, bu sözlərlə "allao əppər, allao əppər" deyə oxuyurdu. Allah bütun övladları qorusun , içində də bizimkiləri.
Uşaqlar evin sevincidir. Böyük Yaradan mənə də bu sevinci yaşatdığına görə sonsuz xoşbəxtəm. Onların ilk addımı, şirin gülüşü və ilk söylədikləri sözləri unutmaq mümkün deyil. Təbii ki, bütün körpələr ilk "ana" sözünü deyirlər. Mənim İlkin balam da mənə ana deyəndə elə bil dünyalar mənim olmuşdu. Qızımın ağaca "acax" deməsi, ağcaqanada "axcanakkad" deməsi bizi çox güldürmüşdü. Balacam südü çox sevdiyinə görə mətbəxdən süd iyi gələndə "uyaaaaa, süd lili dəliy" deyə qışqırırdı. Allah heç bir evi körpəsiz etməsin, Amin!!!
Televizora heç baxan deyiləm, amma bir neçə ay əvvəl bir kinoya rastladım və çox bəyəndim. Müharibə ilə əlaqəli kino idi. Sonay da sağa fırlandı, sola fırlandı (kino da AzTV-dən idi deyə reklam vermədilər) bezdi. İki əlli başını tutub, atasına dedi: “Ata, get televizoru söndür, mənim başım ağrıdı”.
Evdə şaftalı yeyirdi, bir qohum buna dedi ki, Sonay, al, şaftalı ye. Dedi ki, “yemişəm”. O da bunu dolamaq istədi, soruşdu: “Sonay, sən yemişsən?” Sonay cavab verdi ki, “Yemiş demirəm ey, deyirəm ki, şaftalı yemişəm”. O dedi, bu dedi. Axırda qayıtdı ki, “Yaxşı mən yemişəm, onda sən balqabaqsan”. Mən də dedim: “Di cavabını aldınmı, nə uşaq dolayan çıxmısan”.
Əslində çox olub, gülməli əhvalatlar, amma indi yadıma düşən bunlar oldu.
PƏRVANƏ ƏLİYEVA......
Böyük oğlumun ilk sözü "maşın" oldu. O qədər ki, maşında gəzdirirdi atası onu uşağın ilk sözü də maşın oldu. Onda həm bir az xətrimə dəydi, həm də güldüm. Sonra atasının adını "Yafi" dedi. Adı Raufdu. Zeynəb Xanlarovaya "Zenab Xamada". Çox sözlər var. Balacam isə ilk dəfə mənə "Pəyiş" dedi. Sonra su istiyəndə "vdi -vdi" ,yeməyə "mna-mna", gəzməyə istiyəndə "dəz- dəz dedəy". Yadımda qalanlar bu qədərdir.
Dəniz84
Mənim böyük oğlum bir az gec dil açıb. Buna səbəb 11 aylıq olarkən mədə-bağırsaq xəstəliyi keçirməsi olub. Və səhv tətbiq olunan müalicə səbəbindən oğlum 4 yaşında dil açdı, 2 yaş yarımda yeridi. Çox şükür indi heç bir problemi yoxdur. Maşallah zehninə söz ola bilməz. Onun bir sözünü hələ də mən işlədirəm. Ehtiyatlı ol sözünü "ehtalı ol" deyərdi. Avtobusa həmişə "kamaz" deyirdi. Çünki avtobus sözünü deyə bilmirdi. 2-ci oğlum maşallah 1 yaş olmamış dil açıb. Həkim uşaqlara vitamin yazmışdı. Vitamin 3 rəngdə idi. Yaşıl, mavi və çəhrayı rəngdə. 2-ci oğlumun da 2 yaşı var idi. Deməli yaşıl və mavi olan həbi qəbul edirdi, çəhrayı rəngli olanı qəbul etmirdi. Deyirdi ki, "Mən qızam ki, mənə qıymızı dəyman veyiysən?" 3-cü oğlum isə hələ danışmır. Mənə gah mama, gah ana, gah da ama deyir. Demək istədiklərini hələ ki, işarələrlə başa salır. Allah hər kəsin övladını qorusun. Valideynləri də bu körpələrin üstündən əskik etməsin. Amin!
Narin
Ana və ataların, nənə və babaların, dayı və əmilərin, xala və bibilərin doğumuna çox şad olduqları, sevindikləri körpələr. Həyatın bəzi anlarında söylədikləri kiçik kəlmələrlə bizi göz yaşlarına boğan, bəzən də bizi qəhqəhələr ataraq gülməyə vadar edən körpələr. Analıq hissini yaşamasam da gözəl və böyük Allahım mənə xala olmağı nəsib edib. Analıq hissini az da olsa dadmağı nəsib edib (necə deyərlər xala ananın yarsıdır). Bir dəcəl qızım var. O, qızım ki, düz 2 yaşına qədər suyun dadına güclə davayla baxıb (amma indi suyu onun əlindən ala bilənə eşq olsun). Elə ilk sözü də "ana, şu" olub. Bir dənə də qara böcəyim var (mən ona helə deyirəm), nəfəsim, hər şeyim, körpəlikdən düz 5 yaşına qədər onu özüm saxlamışam. Şükür indi 3-cü sinifdə oxuyur. Onun ilk sözü isə "Nayın" olub. Allah hər birinizin körpəsini qorusun, daim nəzərində saxlasın. Amin İnşAllah.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
Duz onları öldürə bilər
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ
Hər dəriyə uyğun təbii maskalar
Üzən dövlət nə vaxt hazır olacaq?
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Gül bayramında iştirak ediblər
BMW M4 üçün bodi-kit
Fəsil yorğunluğu pəhrizi
Ermənistanda səfərbərlik başlayıb?
Dünyanın ağ ciyərləri belə məhv edilir
Azərbaycanda yeni qaydalar təsdiq edildi
Mehriban Əliyeva: "Atamın insani keyfiyyətləri mənim həyat amalımdır"
Trendi özünüz yaradın
Parfüm: saxta məhsulu necə tanımalı
Nazirlikdən bayram sovqatı
Qapının zəngi...
Çağatay və Hazal Kaya yenidən birlikdə çəkiləcək-FOTO
Məşhur aktrisadan FOTOsessiya
Dekorativ güzgülər
Küçələrdə qapıları yalayan seksual manyak peyda olub - FOTO
Evdə frappe (foto resept)
Tanınmış azərbaycanlı astroloqdan 2016-cı il PROQNOZLARI
Ehsan süfrələrinin yarışına son qoyulmadı
Günün ulduz falı
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
NATO-dan ABŞ və Türkiyəyə ÇAĞIRIŞ
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
Azərbaycan dili - XIII Dərs
Quzu qovurmalı-balqabaqlı plov (foto-resept)
Yaponiyadan Afrika qaçqınlarına böyük jest
Quran öyrənib ölümdən qurtuldular
Qarabağdan ən son görüntülər
Azərbaycanda yazıb oxuya bilməyən şagirdlər üzə çıxıb
Azərbaycanda məktəblərdə yoxlamalar başlanır
Vitgenşteyn fəlsəfəsi
TƏBİB sədri koronavirusun müəyyənləşdirilməsinin gecikdirilməsindən danışdı
Dondurma ilə bağlı VACİB XƏBƏRDARLIQ
Demet Akalın qızının dayəsini DÖYDÜ-FOTO
Çin təqvimi nədir? - Cinsiyyət necə hesablanır?
"Yaxın zamanda Qarabağa dair görüşlər keçiriləcək"
Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da
2019-cu ilin çanta trendləri
Onlayn alıcılıq sahəsində Avropa lideri kimdir?
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Dadlı əl işlərim (2)
Hər şəhərdə arzu olunan yeniliklər
Türkiyə kuboku: "Qalatasaray" matçında 15 top vuruldu
Ermənilər Ağrı dağ tamahı
Madonna məhkəməlik oldu-SƏBƏB
- ŞƏRHLƏR