Yeni formatda ilk müsabiqəmizin ikinci həftəsi!
1 sms yaz, 1000 dəqiqə danış!
Müsabiqəmiz adından da göründüyü kimi mobil telefonlar, daha dəqiq qısa mesajlarla, SMS ilə bağlıdır və müsabiqənin ilk həftəsi artıq bitmişdir.
Müsabiqənin keçirilmə vaxtı:
1-ci həftə: 04 - 09 noyabr ( artıq bitmişdir - http://qadin.net/index.php?newsid=34893 )
2-ci həftə: 11 - 16 noyabr
3-cü həftə: 18 - 23 noyabr
Final: 25 - 30 noyabr
2-ci həftənin mövzusu: Məzəli (gülməli) mesajlar
İzahat: Hazır ismarıclardan istifadə etməyiniz tövsiyyə olunmur. Sırf öz düşüncələrinizə, yumor hissinizə güvənərək fikirlərinizi qeyd etməyiniz kifayətdir. Bəzən çox sadə sözlər belə, milyonların üzündə təbəssüm üçün kifayət edir ))
Tapşırıq: Çox sevdiyiniz, sizin üçün çox dəyərli birinin əhvalı olduqca pisdir. Təcili olaraq həmin şəxsi bu vəziyyətdən çıxarmaq lazımdır. Bu "missiyanı" yerinə yetirəcək şəxs isə, sizsiniz! Yəni, bu mesajınız ilə qarşı tərəfin üzündə mütləq təbəssüm yaratmalısınız...
Təəssüflər olsun ki, bu xoşməramlı işinizdə belə çətinliklərdən qaçmaq olmur ))
Çünki, telefonunuzda yalnız 1 SMS-in göndərilməsi üçün balansa sahibsiniz. Yəni, bütün demək istədiklərinizi sadəcə 160 simvoldan istifadə etməklə, sms vasitəsi ilə qarşı tərəfə yazmalınız...
Son iştirak tarixi: Hazırladığınız sms, mesajları 14.11.2013-cü il, 23:59 tarixindən gec olmayaraq, hesabınıza daxil olarkən istifadə etdiyiniz e-mail ünvanını, adınızı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz lazımdır.
15.11.2013-cü il tarixində səsvermə başlanacaq və 16.11.2013-cü il tarixində ikinci həftənin qalibi müəyyən ediləcək. Səsvermə şərtləri daha sonra qeyd ediləcəkdir.
Qaliblərə mükafat:
1-ci yer: 300 dəqiqə danışıq balansı (istənilən mobil operator)
2-ci yer: 200 dəqiqə danışıq balansı (istənilən mobil operator)
3-cü yer: 100 dəqiqə danışıq balansı (istənilən mobil operator)
Qeyd: 160 simvol məqamına diqqət yetirməyiniz mütləqdir! Bu qaydanı pozan istifadəçilər müsabiqəyə buraxılmayacaq. Bu şərti pozmamaq üçün ilk öncə sms-i telefonunuzda yazıb hazırlaya bilərsiniz.
Qalib istifadəçilərin mobil telefon nömrələrinə yalnız Azərbaycan Respublikası ərazisində xidmət göstərən mobil operatorların danışıq kartları yüklənir.
Bütün operatorlar üçün 1 dəqiqənin qiyməti simvolik olaraq 0.05 AZN dəyərində qiymətləndirilir.
Digər ölkələrdən müsabiqəyə qoşulmuş və qalib olmuş istifadəçilərin mükafatları yalnız öz şəxsi istifadəçi hesablarına müvafiq QN xalları ilə əvəz edilərək yüklənilir.
15.11.2013 - 01:00 - S Ə S V E R M Ə
1. Səsvermə 15.11.2013 - 01:00 etibarı ilə başlayır və 15.11.2013 - 23:59 tarixinədək davam edir. Ekranın(saytın) sağ tərəfində görmüş olduğunuz "Sorğu" bölməsinin köməkliyi ilə seçmiş olduğunuz "SMS nömrəsinə" səs verə bilərsiniz.
2. Səsvermədə yalnız qeydiyyatlı istifadəçilərin iştirak hüququ var.
3. "Özü özünə" səs vermiş istifadəçilərin səsləri etibarsız sayılır.
4. Səsvermə zamanı 01.11.2013-cü il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!
5. İştirakçı nömrəsinin ona məxsus olduğunu bəlli edən iştirakçının nəticələri ləğv edilir!
6. Kütləvi halda saxta səslərin toplanmasına cəhd göstərən iştirakçının səsləri ləğv edilir!
1 |
- Əzizim, inanmazsan mən bir günə 5 kq arıqlamışam... - Necə? Üzündəki makiyajı sildin???... |
2 |
Ay mənim qrilyaj konfeti kimi olan qara sevgilim... Ayy, mənim qlobus kimi başı olan keçəlimi kim əsəbləşdirib?? Kasıbın olanından mənimki də sənsən. |
3 |
Müəllim şağirddən soruşur: - Himnin sözlərini kim yazıb? Şagird qorxmuş halda: - Müəllim, Allah haqqı mən yazmamışam! |
4 |
Saç şampununun reklamına müğənni Elnarəni çəkiblər. Gəl təklif göndərək gələn dəfə müğənni Tünzaləni çəksinlər. |
5 |
Əziz Dostum, GÜLÜMSƏ! |
6 |
Qızların qəlbi məzar kimidir, bir girən bir daha çıxa bilməz! Kişilərin qəlbi super market kimidir, girən çıxan bilinmez! |
7 |
Deyirlər təxminən 3-4 min il bundan əvvəl qadının alt çənə sümüyü tapılıb. Arvad o qədər danışıb ki, vurub çənəsini qırıblar |
2-ci həftənin nəticələri
"SMS" mövzusunda keçirilən müsabiqənin ikinci həftəsi sona çatdı. Keçirilmiş səsvermədən sonra əldə edilmiş nəticələri sizlərə təqdim edirik:
1-ci SMS - 19 səs - 19 keçərli
2-ci SMS - 11 səs - 10 keçərli 1 keçərsiz
3-cü SMS - 7 səs - 7 keçərli
4-cü SMS - 3 səs - 3 keçərli
5-ci SMS - 2 səs - 2 keçərli
6-cı SMS - 7 səs - 7 keçərli
7-ci SMS - 13 səs - 11 keçərli 2 keçərsiz
Nəticələrə əsasən ikinci həftənin qalibləri:
1-ci yer: Milana.M (Xəyalə Murad)
2-ci yer: Angel_sity (Sirli_dunyam)
3-cü yer: nelliii (Fikos)
Qaydalara əsasən ikinci həftənin qalibi son final həftəsində mübarizə üçün iştirak hüququ qazanmış oldu. Digər 2-ci, 3-cü yerin sahibləri isə bu müsabiqədə iştiraklarını başa vurmuş oldular. Qaliblərdən xahiş olunur, 18.11.2013-cü il tarixinədək [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.
Müsabiqənin üçüncü həftəsi haqda bütün məlumatlar 18.11.2013-cü il tarixində açıqlanacaq.
XƏBƏR LENTİ
Qızılın qiyməti artacaq
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Əhvalı yaxşılaşdıran idmanlar
Kakaolu paxlava(foto-resept)
Reyhanlı tomat sousu (foto resept)
Cəbhədə erməni təxribatı
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Suyun əhəmiyyəti
Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı - FOTO
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Pecenye M&M’S(foto resept)
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
Doğulacaq körpələrinin cinsi məlum oldu
Möhtəşəm don modelləri
Diş məcunu sızanaqları yox edirmi?
Sevindirici XƏBƏR: qorxunc dəlik bağlanır
Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Məşhur əsərlər günümüzdə
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
2015-2016-cı illər payız -qış dəbi
Neft ucuzlaşmaqda davam edir
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Belə rekord olmamışdı
Nazirlikdən bayram sovqatı
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Hansı hallarda təqiyyə etmək olmaz?
Azərbaycan cənnəti qışda
Şeytanın sevdiyi 10 adam
Gözəl jaketlər
Kitabları mobillə oxuya bilərsiniz
Duzdan miqdarında istifadə edin
Sobada somon balığı (foto-resept)
İrina Şeykin gecə libasları
Saç rənginin təbii yolla açılması
Murat Bozdan sevgi açıqlaması
Hadisə reklamdan 5 milyon qazanacaq
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Tapın görək?!
Mobil internetdən istifadə edənlər sürətlə artır
“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu
Yuxuda nadir hallarda gördüklərimiz
Daşıyıcı analıq
Saç üçün maskalar
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Azərbaycan üçün qorxulu proqnoz
Mətbəx üçün praktik məlumatlar
Barak Obama və iki baş nazir: "Özümüzü çəkək" qalmaqalı
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
- ŞƏRHLƏR