Əsrlərdir türk qanına susamış erməni quldurlarının başımıza gətirmədikləri fəlakət qalmayıb.Torpaqlarımızdan, varımızdan , mülkümüzdən göz çəkməyən nankorlar hər cür pislikləri ilə tarix boyu xalqımıza ziyan vurublar.
1918-ci il 31 mart tarixində S.Şaumyanın başçılıığı ilə bolşevik-daşnaq birləşmələri Azərbaycanda misli görünməmiş soyqırımı törətdilər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xallqının tarixinə qan yaddaşı kimi həkk olundu.Sözün həqiqi mənasında qılıncdan keçirilib, dözülməz işgəncələrə məruz qalan xalqımız bu tarixi əsrlər keçsə belə unuda bilməyəcək. Bu hadisələr zamanl təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Azərbaycanın bir çox bölgələri bu qırğına məruz qaldı. Quba, Şamaxı, Lənkəran, Şuşa, Cəbrayıl qəzalarında görünməmiş faciələr törədildi. Şamaxıda erməni və rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər, 72 kəndi dağıtdılar. Hamazaspın başçılıq etdiyi silahlı dəstələr Quba qəzasının 162 kəndini yandırıb , 16 mindən çox müsəlmanı öldürdü. Bu soyqırım zamanı 50 minə qədər azərbaycanlı öldürüldü.
1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından).
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədiylə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Fərmanda deyilir: "Azərbaycan xalqına qarşı tərədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədiylə qərara alıram:
1. 31 mart Azırbaycanlıların Soyqırımı günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxılsın."
Bu yazını yazmaqda əsas məqsədim Azərbaycan xanımlarının yaddaşını bir daha təzələməkdir.Qanımızda Tomris, Həcər, Nigar qanı axırsa, düşmənə nifrətlə yanaşı onunla mübarizəyə də hazır olmalıyıq.
Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyirik...
XƏBƏR LENTİ
Qızılın qiyməti artacaq
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Əhvalı yaxşılaşdıran idmanlar
Kakaolu paxlava(foto-resept)
Reyhanlı tomat sousu (foto resept)
Cəbhədə erməni təxribatı
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Suyun əhəmiyyəti
Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı - FOTO
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Pecenye M&M’S(foto resept)
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
Doğulacaq körpələrinin cinsi məlum oldu
Möhtəşəm don modelləri
Diş məcunu sızanaqları yox edirmi?
Sevindirici XƏBƏR: qorxunc dəlik bağlanır
Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Məşhur əsərlər günümüzdə
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
2015-2016-cı illər payız -qış dəbi
Neft ucuzlaşmaqda davam edir
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Belə rekord olmamışdı
Nazirlikdən bayram sovqatı
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Hansı hallarda təqiyyə etmək olmaz?
Azərbaycan cənnəti qışda
Şeytanın sevdiyi 10 adam
Gözəl jaketlər
Kitabları mobillə oxuya bilərsiniz
Duzdan miqdarında istifadə edin
Sobada somon balığı (foto-resept)
İrina Şeykin gecə libasları
Saç rənginin təbii yolla açılması
Murat Bozdan sevgi açıqlaması
Hadisə reklamdan 5 milyon qazanacaq
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Tapın görək?!
Mobil internetdən istifadə edənlər sürətlə artır
“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu
Yuxuda nadir hallarda gördüklərimiz
Daşıyıcı analıq
Saç üçün maskalar
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Azərbaycan üçün qorxulu proqnoz
Mətbəx üçün praktik məlumatlar
Barak Obama və iki baş nazir: "Özümüzü çəkək" qalmaqalı
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
- ŞƏRHLƏR