1992-ci il mayın 8-də "Şuşa işğal olundu" sözü beynimə elə həkk olub ki, üzərindən 21 il keçməsinə baxmayaraq dünənki gün kimi yadımdadır. Mənim uşaqlıq illərim məhz həmin o ağrılı-acılı illərə təsadüf edir, televizordan gördüyüm darmadağın olunmuş rayonlarımız, kəndlərimiz, anaların ah-naləsi, körpələrin acizanə göz yaşları və nəhayət şəhidlər xiyabanı, qan ağlayan qərənfillər...
Ilham Idrisoğlu (Yazar)
Qarabağa aparan yol
Çöhrəsinə buludlardan,
Dumanlardan pərdə salır.
Hərdən baxır oğrun-oğrun.
Küskün-küskün haraylayır.
Qarabağa aparan yol
Əl eyləyir "burdayam mən"
Bəs vəfanız haradadır?
Özgəsinə könlüm yatmır,
Mənim sevgim Qarabağdır:
Seyrə dalaq o dağları
Bir baş çəkək bulaqlara.
Sərinləsin ürəyimiz.
Sonra düşək yaylaqlara.
Yox-yox, çirkin deyiləm mən
Kimlər üçün sığal çəkim?
Yuyunuban yağışlarda
Sağ-soluma güllər əkim?
Qarabağa aparan yol
Nifrətindən qanqallanıb.
Əzab dolu, qan qarışıq
Körpə ayaq izlərinin
Dəhşətini gizlətməkçün.
Anaların yerdə donan
Heyrətini gizlətməkçün,
Babaların tapdalanmış
Qeyrətini gizlətməkçün.
Qarabağa aparan yol
Gördüyüylə barışmaqçün
Tənhalığı sirdaş seçib.
Dəhşətlərdən yanmamaqçün
Neçə qanlı yaşlar içib.
Qarabağa aparan yol
Tək dolanır obaları.
Yovşan yığıb dəstə-dəstə
Hey çiləyir babaların
Qəribsəyən qəbri üstə.
Qarabağa aparan yol
Görür Ağdam xarabadır
Sona bülbül çoxdan köçüb.
Kəlbəcərdən bir əsər yox.
Sularından düşmən içib.
Qarabağa aparan yol
Baxışıyla hey soruşur:
Nə söyləyək Füzuliyə?
Deyək nədən belə oldu?
Arazımın sahilləri
Axı necə qanla doldu?
Necə deyək Xan babaya
Şuşa tara həsrət qaldı?
Xarı bülbül düşmənlərin
Tapdağında sındı soldu?
Bu tənhalıq, bu ayrılıq
Yazımıdır yığvalımda?
Yağı hələ çox gəzəcək
Qubadlımda, Laçınımda?
Qarabağa aparan yol
Zəngilanda, Cəbrayılda
Susuzluqdan yanan dil tək
Neçə yerə paralanıb.
Baxmayın ki fəryad dolu
Nalələrlə çox sulanıb.
Qarabağa aparan yol
Xocalının fəryadına
Qış səhəri tək yollandı.
Namərdlərin sözlərinə.
Inaninca tez allandı.
Qarabağa aparan yol
Necə dözdü, kül olmadı?
Nəalac qalıb boylananda
Sinəsində ana-bala
Qucaqlaşıb uyuyanda.
Qarabağa aparan yol
Qayalara qısılaraq
Ümid ilə işıqlandı.
Ünü yetib əl verincə
Gördüyündən bir də yandı.
Qarabağa aparan yol
Kitabdır ki vərəqləri
Nalələrlə cilalanıb.
Hər sətrinə, kəlməsinə
Neçə haqsız qan bulanıb.
Qarabağa aparan yol
Hey boylanır Kürə sarı.
Toylar üçün qəribsəyib.
Üzə vurmur ürəyində
Qərənfilllər dəstələyib.
Qarabağa aparan yol
Xatırlayır, hey kövrəlir
Sürüləri, otlaqları
Qayalardan süzüb gələn
Tütək səsli ovqatları.
Qarabağa aparan yol
Sevinirdi, kövrəlirdi
Qayıdanda el yaylağa
Necə dözsün on illərdən
Körpü salan ayrılığa?
Qarabağa aparan yol
Düşkünlüyə düçar olub.
Yoğrulduqca yaşda, qanda
Halsız düşüb, elə bil ki
Aralanıb ürək candan...
Qarabağa aparan yol
Hey qoruyur ürəyində
Bir arzunu, xoş niyyəti
Bir-bir evə ötürəcək
Geri dönən bu milləti.
Hicran dağlar ürəyini bu yolun,
Düşmən sıxıb biləyini bu yolun.
Ulu Tanrı, ətəyindən tuturuq,
Yerə salma diləyini bu yolun.
XƏBƏR LENTİ
Qışda dəbli olmağın formulu
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Paşinyanın Rusiyaya səfəri ləğv edildi
Məşhur cütlükdən AÇIQLAMA
Alina Kabayevanın əkizləri doğuldu
Sel Tovuzu dağıtdı
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
"Canlı-canlı tabuta girmək qorxulu imiş"
Malta mənzərələri rəsmlərdə
Diqqət! Həyat üçün təhlükəlidir
Günün ulduz falı - 22.09.2013
"WhatsApp"da yenilik
İlk dəfə metroya mindi məsxərəyə qoyuldu-FOTO
Banklar krediti dayandırdı
Qərb zonasında qasırğa
Sehirli dəyirman
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Parçadan muncuq hazırlanması
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Gözəllik üçün fotoks
Ceymsin sehirli kitabxanası
Azərbaycan pilotları NATO-nun qatıldığı təlimlərdə
Paşinyanın “sağ əli” məhv edilib
Azərbaycanda hava kəskin pisləşdi
Kürdan kababı (foto resept)
Çiyələkli keks (foto resept)
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Bananlı, şokoladlı keks (foto resept)
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Meyvələrə sehirli toxunuş
Ərişdə şorbası (foto-resept)
Bakı "qızıl"a bürünür
Bakı ətrafında torpaq neçəyədir?
HAVA necə olacaq?-30 Sentyabr
Dağlıq Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq
Azərbaycanda daha 25 hərbi qulluqçu mənzillə təmin olunacaq
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
General-mayor Həzi Aslanovun ölümündən 70 il ötür
Bulqurlu yaz salatı (foto-resept)
Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək?
Bengünün 3 gəlinliyi - FOTO
Whatsapp-da 3D yenilik
Onlar Minskdə görüşəcək
Mayli Sayrus daha bir açıqlama ilə GÜNDƏMDƏDİR
DİQQƏT! Bu paltarlar xəstəlik daşıyır
- ŞƏRHLƏR