"Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də, Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir."
Heydər Əliyev
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 30 Oktyabr (1993-cü il).
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyi ilə mükəmməl silahlanmışdılar.
Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü.
1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər iki saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Baş verən hadisələrə baxmayaraq hökümət heç nə etmir, heç bir tədbir görmürdü. Vəziyyət getdikcə gərginləşirdi.
1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı. Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini, Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini və Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.
Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz H.Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur.
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və Respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.
B.Şəbnəm
XƏBƏR LENTİ
Alma piroqu
Türkiyədə Təhlükəsizlik Şurasının iclası başlayıb
Şahzadə üçün super avtomobil hazırlanıb
İspan dili 14-cü dərs
Koronavirusun yeni simptomu aşkarlandı
Emin anası üçün fləşmoba qatıldı - VİDEO
Boşanmaq istəmirsinizsə, davanı dayandırın!
Naominin 67 yaşlı anasından çirmərlik FOTOsu
Qəbul imtahanları nə vaxt olacaq?-AÇIQLAMA
Brus Li"nin mənəvi gücü
Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi XƏBƏRDARLIQ
Yeni yaşayış binalarının tikintisi zamanı özbaşınalıq olmamalıdır
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Azərbaycanda keyfiyyətsiz məhsullar satışdan çıxarıldı
Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi - RƏSMİ
Uşaqlar yazda niyə xəstələnirlər?
Xalına görə insanları necə tanımalı?
Səməni, nə vaxt cücərdim səni?
Maraqlı fəlsəfəyə malik rəsmlər
Qadınları dəyərli edən 8 ortaq xüsusiyyəti
Qadınlarda orta yaş krizi
Zeyn Malik artıq müsəlman deyil
İdmandan necə zövq alaq?
Tolqahan Sayışman efirdən uzaqlaşır-SƏBƏB
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Hava şəraiti kəskin dəyişəcək
"Simpsonlar" 31-32-ci mövsümə başlayır
Təbii fəlakət ABŞ-dakı şəhərciyi viranəyə çevirdi
28 dərəcə şaxta olacaq
Azərbaycanın 2 qadın boksçusu finalda
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Kolonya alarkən ehtiyatlı olun!
Evlər xeyli ucuzlaşa bilər
Dəbli ayaqqabı modelləri
Cem Yılmaz Dəfnəyə 20 min dollarlıq hədiyyə aldı-FOTO
Günün ulduz falı
Koronavirusa isti hava şəraiti təsir edəcək? - Alimlərdən açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 20 APREL
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Dişlərinizin gözəl olması üçün 10 qayda
Türkiyədə sərnişinlərlə bağlı məcburi qərar
22 kiloqram arıqlayan məşhurun pəhrizi
Bayram şirniyyatları
Rianna yeni filmə çəkilib - FOTO
Sabahın HAVAsı
Selena Gomezdən yeni FOTOsessiya
Kokoslu-albalılı tort (foto resept)
Arıqlamaq tədbirləri
- ŞƏRHLƏR