Eldar Mansurovun melodiyaları insan ruhuna nüfuz edir və orada əbədi qalır. Onun melodiyalarını dinlədikcə sevgi, sədaqət, vətənə və torpağa məhəbbət, hüzn, kədər hissləri ayrı-ayrılıqda insan qəlbinə yol tapır.
Azərbaycanın xalq artisti, mahir musiqişünas, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, gözəl bəstəkar Eldar Mansurov 1952-ci il fevral ayının 28-də xalq artisti, tarzən Bəhram Mansurovun ailəsində dünyaya göz açıb. Musiqiyə uşaq yaşlarından maraq göstərən, Fikrət Əmirov, Qara Qarayevin simfonik musiqilərinə həvəslə qulaq asan Eldar anasının təkidi ilə fortepiano üzrə təhsil alır. Təkmilləşmək üçün Asəf Zeynallı adına Musuqi Kollecinin fortepiano şöbəsinə, daha sonra Üzeyir Hacibəyli adına Milli Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə daxil olur və Cövdət Hacıyevin tələbəsi olur.
O, yaradıcılığa plan kimi baxmır. Hər şeyi əhval-ruhiyyə ilə bağlayır. "Məni əhatə edən yaxşı insanlar, gözəl atmosfer, çox zaman da qəmli vaxtlarım mənə yazmağa ruh verir."
O, daha çox lirik musiqilər yazmağa üstünlük verdiyini və bunun onda daha yaxşı alındığını da etiraf edir.
1968-ci ildə hələ Asəf Zeynallı adına Musiqi Kollecinin 1-ci kursunda oxuduğu və Oqtay Kazımovun "Eksperiment" adlı qrupunda ifa etdiyi müddətdə atasının məcmuələrindən - "Bağçadan gələn səs" xalq mahnısının sözlərinə musiqi bəstələyir. Uzun illər musiqi bəstələməkdən uzaq düşən gənc Eldar 70-ci illərdə Olqa Vasilyevnadan musiqi bəstələməyin sirlərini öyrənir və artıq 1974-cü ildə Konservatoriyaya daxil olanda musiqi bəstələməyin incəliklərini bilirdi. Cövdət Hacıyevin sinfində o, bəstəkarlığın klassik prinsiplərini öyrənməyə başlayır. Kiçik fortepiano prelüdiyaları ilə yaradıcılığa başlayan Eldar Mansurov çoxjanrlı əsərlər yazmağa başlayır - fortepiano pyesləri, xor üçün müxtəlif janrlı musiqilər, instrumental əsərlər, simfoniyalar, marş, kontatalar. Bu janr müxtəlifliyi bəstəkarın inkişafına zəmin yaratdı.
O, opera və baleti rok üslubunda yazmaqla Azərbaycan musiqisinə yenilik gətirib. Bunlar "Yeddi gözəl" rok-operası və "Kleopatra", "Olimp" rok-baletləridir. Atasının ən çox sevdiyi muğam "Mahur-hindi"ni öz tərzinə uyğun işləmişdir. Atasına olan məhəbbəti onu daha bir əsər üzərində işləməsinə sövq etdi və "Bəhramnamə"adlı simfoniyasını yazdı. Bu əsər də öz üslubu ilə fərqlənirdi, o, burada muğam, caz, rok və simfoniyanı bir araya gətirməyi bacarmışdır.
Daha çox ciddi janrda əsərlər yazmağı xoşlayan bəstəkar mahnı janrında yazmağa çox gec başlamışdır. Bunun tələbatdan irəli gəldiyini etiraf etsə də bir-birindən fərqli və yaddaqalan mahnıları hər kəsin ürəyini fəth edə bilmişdir.
1989-cu ildə ilk dəfə olaraq Brilyant Dadaşovanın ifasında səslənən "Bayatılar" mahnısı təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyə, Yunanıstan, Rusiya, Almaniya, Fransa, İtalya, İspaniya, İsveçrə, İngiltərə, ABŞ, Kanada, Braziliya, Ərəb ölkələrində də sevilərək dinlənildi və çox böyük populyarlıq qazandı.
Eldar Mansurovun mahnılarını sadalamaqla qurtarmaq olmaz, onun hər hansı bir əsərini bir dəfə dinləmək kifayətdir ki, ona vurulasan. Eldar Mansurovun musiqiləri "qəlbin musiqisi"dir desək, yəqin ki, yanılmarıq. Hər kəsin dillər əzbəri olan mahnıları - Ağadadaş Ağayevin ifasında "Halımı sorma!", "İstəmirəm", "Oyna gözəl", "Yarı məndə, yarı səndə", "Ay yalançı", "Karvan", Aygün Kazımovanın ifasında "Xan qızı", "Uzaqlıq", "Bu sevgi", "Gecələr kecir", "Mən aydan gəlmişəm", "Sən hardasan", "Dosvidanye leto", "Həyatımla oynama", "Namə yaz göndər", "Mən Aygünəm", "Legenda o lubvi", Brilyant Dadaşovanın ifasında "Qara gözlüm", "Bilmədin", "Gözlə məni", "Hayıflar olsun", "Əsir Azərbaycanım", "Ötür qatarlar", "Sevinc nəğməsi", "Mən deyən oldu", "Sən getsən", "Dağlar", Manana Japaridzenin ifasında "Vətən sağ olsun", "Mir lubvi", "Neyləyim", "Yol", "Bu necə məhəbbətdir", "Sənin qara gözlərin", "Sönməz eşqimiz", Mübariz Tağıyevin ifasında "Ulu torpaq", "Ömür keçir", "Həyat bir tamaşa", "Yada sal məni", "Bağçadan gələn səs", Faiq Ağayevin ifasında "Ola bilməz", "Biləydin kaş", "Ən əziz gün", İlhamə Qasımovanın ifasında "Gəlirəm", Tünzalə Ağayevanın ifasında "Neyləyim", Aygün Bəylərin ifasında "Bahar bir yol olur, ömür bağında", "Sevirik səni həyat", Cavan Zeynallınin ifasında "Yadındamı", "Qoca qartal", "Bakılıyam mən", Ədalət Şükürovun ifasında "Axtarma məni", Zülfiyyə Xanbabayevanın ifasında "Həsrət yağışı", Flora Kərimovanın ifasında "Dünya köhnə dünyadır", İlqar Murodovun ifasında "Dərdimi soruşma", Rəşad İlyasovun ifasında "Sən getsən", Ruhəngiz Allahverdiyevanın ifasında "Dərdimdən kim öləcək", Səməd Səmədovun ifasında "Ümid sönsə", Natəvan Həbibinin ifasında "Vətənim" və s. - saymaqla qurtarmaq olmaz.
Eldar Mansurov kinofilmlərdə də öz sözünü deyib. "Bəxt üzüyü", "Toy", "Abşeron lövhələri", "Daşdan tikilmiş şəhər", "Almas İldırım", "Bakı bağları", "Qisas günü", " Qeybdən gələn səs", "Güzgü", "Heydər Əliyev 10-cu film", "İlham Əliyev "Olimp"in fəthinə doğru" və s. filmlərdə onun bəstələdiyi musiqilər səslənir.
Eldar Mansurov musiqisinin səsləndiyi teatr tamaşalarından "Dar ağacı", "Mənim ağ şəhərim", "Məşuqələr", "Bu dünyanın adamları", "Dərviş və ölüm", "Pul dəlisi", "Aktyor", "Kələkbaz qızlar" və s. göstərmək olar.
Eldar Mansurov ailəlidir, iki oğlu var. Özünü xoşbəxt hesab edir və ən böyük arzusu nəvələrinin toyunu görməkdir!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2012-ci ilin hamilə paltarları
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Uşaqsız ailələr daha xoşbəxtdir?
Dölün inkişaf etapları
Günün qoroskopu: mübahisələr istisna deyil
Meryem Üzerlidən sevgi açıqlaması
Balaca Versal 17,8 milyon dollara satılır
Kişilər bu qadınlardan qaçır...
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
61 yaşlı Şeron Stoundan FOTOsessiya
Dodaq boyası çəkərkən edilən səhvlər
Kremli rulet(foto resept)
Ramazanın 7-ci günün duası
Azərbaycanda mal-qara arasında virus yayılıb
Məşhur hind aktyorlarının bu günü
Gəlinliyini tikmək istəyən modelyerlər sıraya düzüldü
Bu telefonlarda "WhatsApp" işləməyəcək
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Bakıda qəbristanlıq rəzilliyi: Zibilləri məzarlığa kimlər atır?
Cinayətkarlar təbii fəlakət qurbanlarının dadına çatdılar
Erməni əsir üçüncü ölkəyə getmək üçün müraciət etdi
Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO
Soçi milli komandamızı geridə qoydu
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Sevdiyinizin anası ilə yola getmək üçün...
Cessika Alba geyiminin qiyməti ilə diqqət çəkdi!
Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirildi
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Karantindən sonra ananın yeni doğulan körpə ilə qovuşma anı - FOTO/VİDEO
Amitab Baççan və oğlu Babişek Baççan koronavirusa yoluxdu - FOTO
Günün ulduz falı
Instagram Stories'də Yenilik!
Azərbaycanda tikinti işlərində qiymətlər ucuzlaşıb
HAVA necə olacaq?
Nikahdan öncə tibbi müayinə
Günün qoroskopu:Tələskənliyə yol verməyin
Skarlet Yohanson üçüncü dəfə evlənir - FOTO
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Almalı piroq (foto resept)
Unutmaq istəyirəm
Putin erməniləri necə alçaltdı?
Qarpız maskaları
Kök xanımlar üçün gəlinliklər
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Altıncı hissiniz nə qədər güclüdür?
Brent neftinin qiyməti 49 dollar ətrafında dəyişir
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
- ŞƏRHLƏR