Bakıda hava +25°
USD 0.7844 AZN
EUR 1.0293 AZN
1 sentyabr 23:35S.N. Aleykumessalam.amin,Lavinya. 1 sentyabr 23:32Lavinya Oxuyan gozlere salam olsun Gecemiz xeyir qadin.net ehli 1 sentyabr 18:50Lavinya Xow geldin 1sentyabr 1 sentyabr 18:49Lavinya Gunumuz ugurlu kecsin qadin.netli bacilar
27389

Qanda "-" və "+" rezuslar

Qanda "-" və "+" rezuslar

Cavan bir qadın həyəcanla danışır,həkim onu diqqətlə dinləyirdi.Dediklərindən belə məlum olurdu ki,həyat yoldaşının  və özünün razılığı ilə ilk hamiləlik abortla qurtarmış,ikinci hamiləlikdə körpə ölü doğulmuşdur.Üçüncü hamiləlik isə yeni doğulmuş körpənin sarılıq xəstəliyinə tutulması və bir neçə saatdan sonra tələf olması ilə nəticələnmişdir.İndi gələcək hamiləliyin qayğısına qalan qadın bunların səbəbini,müalicənin mümkün  olub olmamasını soruşurdu...
Aparılmış müşahidələr göstərir ki,bəzən sağlam ailədə uşaq sarılıq əlamətləri ilə doğula bilər.Lakin belə körpələr bir neçə gündən sonra tələf olur,tək-tək sağ qalanlarda isə bir müddətdən sonra sinir sisteminin zədələnməsi müşahidə edilir.Müalicə olunmamış belə uşaqlar həyatları boyu əlil qalırlar.Bunun səbəbi uzun müddət müəyyən edilməmişdir.
1940-cı ildə isə insan qanında rezus amilin kəşf edilməsi həmin xəstəliyin səbəbini aydınlaşdırdı.

Qanda "-" və "+" rezuslar

İnsanların təxminən 85 faizinin eritrositlərində rezus amili vardır.Tərkibində rezus amil olan insan qanını rezus müsbət,həmin xüsusiyyəti daşımayan qanı isə rezus mənfi adlandırmışlar.Eritrositlərdə rezus amilin olub-olmaması insanın sağlamlığına mənfi təsir göstərmir.İnsan bədənində xarici amillərdən mühafizə üçün fərdi mübarizə sistemi yaranmışdır.Həmin sistemdə əks-cisimlərin də mühüm rolu vardır.Əks cisimlər (antigenlər)yad zülalla birləşdikdə onu neytrallaşdırıb parçalayır.Qanı rezus mənfi olan şəxslərə rezus müsbət eritrositlər köçürdükdə,bədəndə əks cisimlər əmələ gələ bilər.Çünki rezus müsbət xüsusiyyətə malik olan eritrositlər rezus mənfi orqanizm üçün "yad"antigen olub,ona qarşı əks-cisimlər əmələ gətirir və bu uzun müddət orqanizmdə qala bilər.Belə şəxslərə təkrar rezus müsbət eritrositlər köçürülərsə,yad cisimlərin təsirindən onlar parçalanar.Bu isə ölümlə nəticələnə bilər.

Qanda "-" və "+" rezuslar

Əks cisimlər hamiləlik dövründə də əmələ gələ bilər.Belə təsəvvür edək ki.qanı rezus mənfi olan hamilə qadının bətnində qanı rezus müsbət olan döl artıb inkişaf edir.Hamiləliyin inkişaf dövründə uşaq ananın bədəni ilə müvəqqəti üzv olan ciftlə əlaqə saxlayır.Uşağın  normal inkişafı üçün lazım olan qida maddələri anadan uşağa cift vasitəsilə keçir.O,dölü karbohidrogen,yağ,zülal,duz,vitamin,  su və başqa maddələrlə təmin edib,dölün və hamiləliyin düzgün inkişafı üçün xüsusi harmonlar hazırlayir,qanı karbon qazı və qalıq maddələrdən təmizləyir,orqanizmi oksigenlə zənginləşdirir.Cift bir növ dölün "ağciyər"və"böyrəklərini"əvəz edir,bir sıra mikroorqanizmlərin,zərərli maddələrin qan vasitəsilə dölə,döl eritrositlərinin isə ananın orqanizminə və əksinə keçməsinə mane olur.
İndi biz yuxarıda misal gətirdiyimiz hadisəyə qayıdaq.Belə fərz edək ki.ananın qanı rezus mənfi,dölünkü  isə rezus müsbətdir.Döl eritrositlərini ananın qanına keçirməmək qabiliyyəti ciftdə pozulduqda dölün eritrositləri ananın qan dövranına daxil olur və nəticədə anada döl eritrositlərinə qarşı əks cisimlər əmələ gəlir.Həmin əks cisimlər anadan ötrü zərərli deyildir,çünki onun eritrositlərində rezus müsbət amil yoxdur.Lakin əmələ gəlmiş rezus əks cisimlər dölün qan dövranına daxil ola bilər.Deməli dölün bədənində rezus müsbət xüsusiyyətə malik olan eritrositlər,əks cisimlərlə birləşərək parçalanırlar.Eritrositlərin parçalanması nəticəsində dölün inkişafı pozulur.Nəticədə təkrarən uşaqsalma,dölün ana bətnində tələf olması,uşağın ölü doğulması,onun ağır formada sarıılıq və ya qansızlıq ilə anadan olması müşahidə edilir.Bu xəstəliklər hemolitik xəstəlik adlanır.

Rezus amil valideyinin irsi xüsusiyyəti olub,dölə verilir,hamilə qadının qanı rezus mənfi,dölün qanı isə rezus müsbət xüsusiyyətə malikdirsə,deməli bu xüsusiyyət dölə atadan keçmişdir.
Rezus mənfi xüsusiyyətə malik qadınlar rezus müsbət kişidən ilk dəfə hamilə olduqda doğulan uşaq sağlam olur.Bunu onunla izah etmək olar ki,rezus mənfi xüsusiyyətə malik olan ananın bədənində əks-cisimlər əmələ gəlməsi üçün müəyyən müddət lazımdır.İkinci hamiləlik dövründə isə əks-cisimlər artır ki,bu vaxt döl daha çox zədələnir.
Rezus amilin xüsusiyyəti dölün qanında hamiləliyin bir-iki aylığından müşahidə edilir.Abort zamanı rezus amili dölün eritrositləri ilə birlikdə ananın qanına keçərək əks-cisimlər əmələ gətirə bilər.
Qanı rezus mənfi olan qadınlar özlərini ilk hamiləlik zamanı abortdan qorumalıdırlar.Əks halda gələcək uşaqların həyatı təhlükədə qala bilər.

Qanda "-" və "+" rezuslar

     Deyilənlərdən belə nəticəyə gəlmək olar ki,yuxarıda qeyd etdiyimiz hadisədə körpənin ölməsinin əsas səbəbi rezus mənfi qanı olan qadının ilk hamiləliyi pozmasıdır.Qanları rezus mənfi olan qadınlar hamiləliyin ilk günlərindən həkim nəzarəti altında olmalıdırlar.
Belə bir sual meydana çıxır:bəs qadınlar rezus amilə dair məlumatı hamiləlikdən qabaq haradan ala bilərlər?Əlbəttə rezus mənfi qanı olan qadınlara və ya xəstələrə vaxtında təcili tibbi yardım göstərmək üçün onların qan qrupuna və rezus amilinə dair məlumatın əvvəlcədən olmasının böyük əhəmiyyəti vardır.Qanuna görə bütün vətəndaşlaırn razılığı ilə qanın qrupu və rezus amil haqqında onların pasportunda,doğüm şəhadətnamələrində,habelə vətəndaşın şəxsiyyətini müəyyən edən başqa sənədlərdə qeydlər edilməsi yerli səhiyyə orqanlarına bir vəzifə kimi tapşırılmışdır.
Dövlət əhəmiyyətinə malik bu mühüm işə ciddi yanaşmaq lazımdır.Vlideyn çalışmalıdır ki,həm özünün,həm də uşaqlarının sənədlərində qan qrupu və rezus amil haqqında qeyd edilsin.
Bu isə həm böyüklərin,həm də uşaqların sağlamlığınin qorunması deməkdir.
Gəlin bütün bu yazılanlara riayət edək ki,gələcəkdə sağlam övlad dünyaya gətirək,cəmiyyətimizə sağlam nəsillər bəxş edək.Allahın köməkliyi ilə...

Səslərin sayı: 21
108
8911
Şərhlər
Offline
toma676
Menim qanim menfi 3,yoldasim ise musbet 2 dir, sukurlrer olsun usaqlarimda hec bir xestelik yoxdur
23 mart 2014 23:37
Offline
♥NiLuFeR♥
MARAGLIDI,TESEKKURLER
30 dekabr 2013 22:52
Offline
gul
hamileliyin 28 ci heftesinde rogam iynesi vurulur ALLAHIN IZNILE KORPEDE HECBIR PROBLEM OLMUR
25 oktyabr 2013 14:17
Offline
kuluzade anne
hər kəsə salamlar.mənim də qanım "-"dir. -1 dir.1 oglum var,onun da qanı -3 dur.yoldasim da +3dur. sukurler olsun ki oglum sag-salamat dogulub.mende de hamileliyimde hec bir problem olmayib.hamileliyimi cox gozel kecirtmisem.dogusum cox normal kecib. Məncə hal-hazirda tibb sahəsi elə inkişaf edib ki artıq "-" rezuslu qana sahib olmaq o qeder də problem deyir.duzdur - rezuslu qadinlarda dusuk olma riski daha coxdur,nəinki + rezuslularda.amma indi onun da çarəsi var.bildiyim qədəriylə dusuyun olmamasi ucun və yaxud da olma riskini azaltmaq ucun"-"rezuslu qana sahib olan hamilə qadinlara iynə vurulur.mənim ozumə vurulub.hamiləliyimin 6-ci ayindan sonra vuruldu.bu iynəni dogusdan sonra 72 saat muddətində də vurmaq olar.amma 72 saati kecməməlidir.bu iynə həm anaya,həm də gələcəkdə dogulacaq korpəyə cox xeyirdir.yəni 2-ci hamiləlikdə də dusuk riski cox azalir.amma adətən - qana malik olan qadinlarin 1-ci hamiləlikləri cox normal kecir və korpə də saglam dogulur.həkimlər deyirlər ki adətən 2-ci,3-cu hamiləlikdə dusuk riski cox olur.hal-hazirda ise bunun da carəsi var.- rezuslu qadinlar sadəcə olaraq həkim nəzarətində tez-tez olmalıdırlar.Allah haminin balasini saxlasin.olmayanlara nəsib etsin.
2 sentyabr 2013 17:02
Offline
Bahar Ibadova
Leyla Xanim teessuf ki, eyni problemi men de yaşamişam ve meni de çox düşündürür. men de -2, yoldaçimda +2 dir, 2aylıq hamiləlik özü pozuldu yeni abort olmadi ama men cox narahatam :(
14 avqust 2013 16:53
Offline
leyla fuad
menim qanim -2 dir 2ayliq usagim duwub... indi 2ciye qalsam nesen problem olacaq??
5 avqust 2013 20:06
Offline
Yağmur damlası
Allah her birimize komek olsun,Insallah.haminiza oz tesekkurumu bildirirem.
28 iyul 2013 07:26
Offline
Lale Alibalayeva
Salam menim de qanim "- 2" dir AMMA YOLDASIMDA "+ 1" dir 2 oglum var ikisinin qanida "+" dir sukur allahimaki ikiside saglamdir
26 iyul 2013 16:41
Offline
ayka
menim qanim +1 yoldasimdada eyniyle 1+ du 1 ildi usagimiz olmur ikimizdede problrm yoxdu goresen qanimiz nece uygundur birbirine?
18 iyul 2013 19:13
Offline
Shokolad Tvix(Evli)
Inshaallah bu yaxinda gedib kecmek isidyirem butun analizderden.
11 iyul 2013 11:05
Offline
Guler
menim qanim -1,yoldasimda +2.boyuk oglum -2,balaca oglu +2.amma hec birinde cox- cox sukurler olsun ki hec bir problem olmayib.indi 21yasi va boyuk oglumun sukurler olsun saglamdi,idmancidi,amma deyirler -rezuslu hamile qadin mutleq hekim nezaretinde olmalidi her halda hekim nezareti vacibdi
16 iyun 2013 16:46
Offline
Musliminka
menim qanim +1 yoldasiminki -4 indi hamileyem bunun usaga ne kimi ziyani olur bilmirem
16 iyun 2013 16:22
Offline
eliyeva naz
menimde qanim - dir. cox qorxurdum.qlandalarimi kesende analizde bildik.hekimden sorusduq hec bir qorxusu yoxdur. sadece hamile olanda hekim nezareti lazimdir.allah hamiya komek olsun.amin.

meslehetiniz varsa vere bilersiz. girl_ang sad olaram .cox sagolun.
7 iyun 2013 19:00
Offline
Melek Refiyeva
menim qanim +1 di yoldasimin qani -2di..5heftelik hamileyem..ama qan uygunlawmasi ve bawqa weylerle bagli hec bir melumatim yoxdu heleki tezedi hamileliyim diyene..inshallah yaxsi olar her wey..
3 iyun 2013 21:44
Offline
Samir Aliyev
tesekurler xebere gore hi
4 aprel 2013 13:17
imza: ❤Həyata dəyib yıxılıramsa. Duadan tutub qalxaram ELHEMDULİLLAH]❤
Offline
Guler Celalova
menim qanim musbet 3,yoldasiminki 1dir,oglumuz doguldu qani menfi 1 oldu,ata nenesinin qanidir cetin tapilir.hekim 2 ay qoymadi men onu emizdirimki qaniniz tutmur senin sudun onu zeherleyir,dozmedim nece hekimden sorusdum deiler ele sey ola bilmez ana sudu dermandi,sudumden analiz verdim hecne cixmadi oglumu 1 yasina kimi emizdirdim.yazdimki bele sey basiniza gelse inanmayin
26 mart 2013 01:03
Offline
SON_1_AY
Menim qanim+3,yoldasimin qani ise+2di. Ama qizim dogulanda -3 rezursla doguldu,oglumsa +3. Dediler ki genden gelib qanin - olmasi. Allah hamiya komey olsun
17 mart 2013 16:17
Offline
Ib_Lamka
cox sagolunki bizi melumatlandirirsiz bele weylernen.tewekkurler!)
4 mart 2013 13:20
Offline
C
menim ganim -2 yoldashimin +1 .Fevralin 5-i oglumuz oldu.Duzdu chox stressler kechirtmishem,butyn hamilelik boyu.Chunki ganimda antitel variydi.Ushag 37 heftelik oldu,keser kesiyi emiliyyati.Ishagda bilirubin yuksekiydi,sarilig kechirtdi.6 gunden sonra eve geldik.Shukur Allaha indi her shey yaxshidi,ushag saglamdi.Eziz xanimlar ganiniz menfidise hekim nezareti altinda olun.Allah haminin komeyi olsun.Bu hagda kimin suali varsa vere biler,chunki bu hagda chox bilirem.) ) Birde pis sheyler fikirleshmeyin.

allah haminin komeyi olsun.Bu hagda kimin suali var vere biler.Menimde ganim - di ve bu hagda chox bilirem,oz praktikama gore.))
2 mart 2013 22:49
Offline
AY İŞIĞI
mende -2 yoldasimda+2dir goresen ne derecede uygunuq?hele ovladimizda olmayib no
28 fevral 2013 19:24
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )